MÖMİNLƏR

Müsəlmanın danışıq üslubu: Sözün ən gözəlini söyləmək


Müsəlmanın danışıq üslubu: Sözün ən gözəlini  söyləmək

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən,  şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Allah Quranda insanlara bir-birlərinə ən gözəl sözləri deməyi əmr etmişdir. İnsan düşünmədən,  vərdiş etdiyi şəkildə danışdığı kimi, sözləri diqqətlə seçərək gözəl şəkildə danışmağa da cəhd etməlidir. Allah  qatında məqbul olan və insana Allahın rizasını qazandıran ikinci amil isə insanın bacardığı qədər vicdanlı danışmasıdır.

Bu mövzunu belə bir misalla izah edə bilərik:  insana başqa bir şəxsin gözəl davranışını görməməzlikdən gələrək bu barədə heç nə deməyə bilər, laqeyd şəkildə gördüyü işin isə gözəl davranış olduğunu ya da əksinə,  nə qədər gözəl əxlaq göstərdiyini və nümunəvi davrandığını bütün səmimiyyətilə qarşı tərəfə açıqlaya bilər. Bu davranış ilk baxışda elə də fərqlənməyə bilər. Amma Allah qatında insane nə qazandıracağını düşünsək, nə qədər fərqli olduğunu görərik. Müsəlmanın danışıq üslubu qətiyyən qürur, həsəd və qısqanclıq hisslərinə  əsaslanmamalıdır.  Təkəbbür Quran əxlaqından uzaq yaşayan insanların davranış tərzidir. Möminlər nəfslərinin onlara verdiyi vəsvəsələri görər və Allahın ən çox bəyənəcəyi üslubda danışarlar.

Müsəlmanlar sözə başlamadan əvvəl mütləq sözlərini vicdani baxımdan dəyərləndirər,  hər zaman ən gözəl sözləri deməyə çalışarlar. Qarşı tərəfi narahat edəcək,  vəsvəsə və ya sıxıntı verəcək bir söz belə istifadə etməməyə çalışarlar. Əksinə, həmsöhbətlərinə rahatlıq verən, onları şövqləndirən, əhval-ruhiyyələrini qaldıran sözlərdən istifadə edərlər. Qarşılarındakı insanın imanını artırmaq, onları Allaha daha da yaxınlaşdırmaq məqsədilə danışarlar.