İman etmədikləri halda, iman etmiş kimi görünərlər
Başlıqda da ifadə etdiyimiz kimi, ikiüzlü insanların təməl xüsusiyyəti iman gətirmədikləri halda, iman gətirmiş kimi görünmələridir. Bunun əsas səbəbi isə Allah'a imanlarının qəlbən deyil, saxta və insanlara meyilli olmasıdır. Allah bu şəxslərin vəziyyətini bir ayədə belə xəbər verir:
Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.(Tövbə surəsi, 109)
Münafiqlər mənfəətlərinə möminlər vasitəsilə qovuşacaqlarını düşündüklərindən mömin təqlidi etmək üçün böyük səy göstərirlər. Dinlə bağlı düşüncələrindəki bu ikiüzlülüyün bir nəticəsi olaraq qaneedici söhbətlərlə Müsəlmanları aldada biləcəkləri düşüncəsinə qapılırlar. Quranda "Sizi məmnun etmək üçün Allah'a and içərlər; halbuki mömin isələr, məmnun edilməyə Allah və elçisi daha layiqdir." (Tövbə surəsi, 62) ayəsiylə münafiqlərin bu səylərinə diqqət çəkilmişdir.
Münafiqlər insanları "iman gətirdiklərinə" inandırmağa çalışır, insanlara görə yaşayırlar. Lakin tək qaldıqda və ya özləri kimi münafiq xarakterli şəxslərlə bir yerə gəldikdə Allah'ın özlərini anbaan izlədiyinin, hər nə edirlərsə etsinlər, hər nə düşünürlərsə düşünsünlər bunu bildiyinin fərqində deyillər. Bu iman pozuqluğuna görə Müsəlmanlarla birlikdə olarkən ibadətlərini yerinə yetirir, onlar kimi davranır, onlar kimi danışdıqları halda, onlardan uzaqlaşdıqda ibadətlərini tərk edə bilir, eynilə bir inkarçının üslubu ilə danışa bilir, dinsiz insanlar laqeyd kimi davrana bilirlər. Ancaq təqlid qabiliyyətləri nə qədər inkişaf etmiş olsa da, Allah Quranda münafiqlərin vəziyyətlərinin mütləq ortaya çıxacağını bildirir. Quranda Allah bu vəziyyətə belə diqqət çəkmişdir:
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: "Allah'a və Axirət gününə inanırıq"– deyirlər. Onlar Allah'ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və (bunu) anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.(Bəqərə surəsi, 8-10)
Başqa bir ayədə isə Allah münafiqlərin bu vəziyyətindən belə bəhs edir:
Münafiqlər, həqiqətən də, Allah'ı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır... (Nisa surəsi, 142)