AXİRƏT

Allah daima ürəyimizdə cənnət həsrəti yaradır


Allah daima ürəyimizdə cənnət həsrəti yaradır

Quran bizə cənnətin xəyal belə edə bilməyəcəyimiz sonsuz gözəllikdə bir yer olduğunu xəbər verir. Bu səbəbdən ehtişamın, zənginliyin, texnologiyanın, sağlamlığın və s. nemətlərin ən çoxu və sonsuz olanı Allahın izni ilə cənnətdə olacaq.  Ayədə bildirildiyi kimi “ ...eni göylərlə yer qədər olan... (Ali İmran surəsi, 133) cənnət dünyaya bənzər yeri, göyü, hətta hədislərdə ifadə edildiyi kimi küçələri, bazarları olan, normal bir yaşam tərzinin hökm sürdüyü, ancaq dünyadan fərqli olaraq ən qüsursuz şəkildə yaradılmış bir yerdir. (Doğrusunu Allah bilir)

 İnsanlar gerçəkləşməsini istədikləri, ancaq dünya həyatında mümkün olmayan şeyləri bəzən film və ya romanlarda canlandırırlar . Bu cür fikirləri fantastik və ya utopik adlandıraraq həqiqətdən uzaq kimi göstərməyə çalışırlar. Ancaq dünyada  bu gözəlliklərin mümkünsüz olduğunu bilərək sadəcə xəyal qurmaq onların ruhunda dərin bir zövq yaşatmır. Əksinə yaşadıqları dünyanın əskikliklərinin fərqinə vararaq gerçək üzünü görmələrinə, bu da öz sözləri ilə desək, “keflərinin pozulmasına” səbəb olur. Əlbəttə bu ruh halı iman etməyən insanlara aiddir.

 Axirətin varlığına yəqinliklə iman edən möminlər isə xəyal gücünün sərhədlərini aşan ehtimalların Allahın “ol” əmri ilə gerçəkləşəcəyini və axirətdə cənnət neməti kimi qarşılarına çıxacağını bilirlər. Ona görə də insan dünyada “olsa əla olardı” deyə düşündüyü hər gözəllik və nemətə cənnətdə qovuşmağı ümid edir. Bu insan istədiyi hər şeyə qovuşa biləcəyi cənnəti qazanmaq üçün ciddi səy göstərməyə başlayır.

Bəziləri cənnətdə özlərinə vəd edilən nemətlərin bolluğunu, çeşidliliyini, bənzərsiz gözəlliklərini  təxəyyülündə canlandırmaya bilər. Quranda və hədislərdə bildirilən nemətlər, edilən cənnət təsvirləri insanlarda təsəvvür yaratmaq üçün dünyadakı gözəlliklərə bənzədilir. Əlbəttə ki, cənnətdə bu nemətlərin ən  mükəmməlləri olacaq. Çünki Allah  sonsuz ağlının bir təzahürü olaraq cənnəti bütün əskikliklərdən təmizlənmiş bir məkan olaraq yaratmışdır.

İnsanın məhdud düşüncə tərzini belə bir misalla açıqlaya bilərik. İnsanın görmə duyğusu olmasa, o sadəcə eşitmə, dad bilmə, qoxu alma və toxunma hisslərinə sahib olsa,  gözlə görə biləcəyi nemətlər özünə nə qədər anlatılsa belə bunları qavraması qeyri-mümkün olar. Rəngdən, aydınlıqdan, estetikadan, simmetriyadan, ehtişamdan bəhs edildiyi zaman  insan bütün bunları anlamaz. Allah eynilə  yalnız cənnətdə yaradacağı və  bilmədiyimiz, bizə  yeni zövqlər yaşadacaq hisslər verə bilər. Dolayısı ilə sadəcə 5 duyğu üzvümüzlə bağlı olduğumuz bu dünyada daha neçə nemətlərdən xəbərsiz olduğumuzu qavramağımız mümkün olmaya bilər. Görmə, düşünmə və təxəyyül sərhədlərimizin məhdudluğunu pəncərəsiz bir evdən heç çölə çıxmayan bir şəxsin halına bənzətmək olar. Evin xaricindəki gözəlliklərdən-dağların görünüşündən, bir-birindən estetik çiçəklərdən, sevimli heyvanlardan, aydın səmadan, gün işığından xəbərsiz olan bu şəxs necə bir nemət əskikliyi içərisində olduğunun fərqində belə olmaz. Qaldı ki, bu bənzətməni yenə də dünyadakı gözəlliklər üzərindən edirik.

  Dünyadakı nemət və gözəlliklər cənnət nemətlərinin yanında çox əskik və qüsurludur

 İman edən biri cənnəti  sahib olduğu məhdud bilgilər daxilində dar düşüncə tərzi ilə dəyərləndirməməli və bu yalnışlığa düşməməlidir. Çünki o Rəbbimizin bildirdikləri xaricində cənnətin necə olması və cənnət əhli üçün hazırlanmış sürprizlərin nələr ola biləcəyi haqqında fikir sahibi belə deyil.

 Quranda buna diqqət  çəkilən ayələrdən biri də belədir:

 ”Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.”( Qaf surəsi, 35)

 Bir rəvayətə görə Peyğəmbərimiz (səv) cənnəti belə təsvir etmişdir:

 Cənnətə tələsən yoxdurmu? Çünki cənnətdə ağla gəlməyən nemət vardır  [Tezkireti’l Kurtubi, s. 306-307/499]

 Allah Dünyanı müsəlmanların Cənnət həsrəti duyacaqları şəkildə yaratmışdır.

Allahın və axirətin varlığına iman edən hər kəs dünyada olan nemət və gözəlliklər qarşısında hər an cənnəti xatırlayacaq və bu nemətlərin müvəqqəti olduğunu bilərək cənnətdə gerçəklərini istəyəcək. Nəticədə  belə bir kimsənin cənnətə qovuşma istəyi və həyəcanı  onun hərəkətlərindən, danışıqlarından, din əxlaqını yaşamaq barədə göstərdiyi səmimi səydən hiss ediləcəkdir.

 Möminlər cənnətə qovuşmaq ümidi ilə, ən vacibi isə Allahı razı etmək üçün daim şövq və həyəcan içindədirlər. Rəbbimizin bənzərsiz nemətlərinə varis edəcəyi insanlara vəd edilən cənnətlə sevinc və hüzur içindədirlər. 

İmanın qazandırdığı ağıl və vicdanla cənnəti haqqı ilə təqdir edə bilən biri mənəvi dərinliyi ölçüsündə də bu nemətin fərqində olaraq yaşayacaqdır. Cənnətə onun heç bir şeylə müqayisə olunmayacaq dəyərinə diqqət çəkilən bəzi hədislər belədir: 

Cənnətin kiçik bir yeri dünya və içindəkilərdən daha xeyirlidir. [Ramuz el-Ehadis-1, s. 132/9]

 Cənnətdə Kaman qədər bir yer Günəşin üzərinə doğduğu və ya batdığı şeydən ( dünyadan) daha xeyirlidir. [(Buhari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14,   s. 429/2]

Bir hədisdə Peyğəmbərimiz (səv) Allahın səmimi qulları üçün axirətdə “heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşərin ağlına gəlməyən bəzi nemətlər” olacağından bəhs etmişdir. (Ölüm-Qiyamət-Axirət və Axirzaman Əlamətləri, səh.306/497) 

 Allah cənnəti təsvir edib tanıtdığı ayələrdə insanlara dünyadakılarla müqayisə olunmayacaq gözəllikdə nemətlər söz verir. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.” (Qaf surəsi, 35) ayəsində bu nemət bolluğunu xəbər verir. 

 Peyğəmbərimiz (səv) bir hədisdə möminlərə qarşılaşacaqları cənnət nemətləri barədə bu ayəni  xatırlatmışdır:

 Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.(Səcdə surəsi, 17) [Tezkireti’l Kurtubi, səh. 306/498]

 Allahın cənnətdə verəcəyi nemətləri düşünərkən diqqət edilməli bir məqam da insan ağlının çox məhdud olduğudur