Quran

Allahın tanıdılması


Allahın tanıdılması

"Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!""

("Hud" surəsi, 61).

Cahil cəmiyyətdəki Allaha inamın Qurandakı əsli ilə heç bir uyğunluğu yoxdur. O cəmiyyət öz prinsiplərinə uyğun şəkildə doğru olmayan, nağıla bənzər və "mifoloji" bir Allah inancı yaratmışdır. Cahillər Allahın kainatı və insanları bir dəfə yaratdıqdan sonra onları özbaşına qoyduğunu, kosmosun bir küncündə "oturduğunu" - Allahı tənzih edərik - düşünürlər. Beyinlərində qurduqları Allah təsviri - Allah göstərməsin - göydə bir yerdə, bəlkə də bir ulduzun arxasında oturan və uzaqdan insanları seyr edən yaşlı bir insan kimidir. Qurduqları və yanlış və əsassız inanc Allahı unutmalarına və Onu öz kiçik ağılları ilə "dəyərsiz" bir varlıq kimi görmələrinə səbəb olmuşdur.
Şüeyb peyğəmbər də qövmünün bu yanlış inancına diqqət çəkərək "...Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız?..." deyir və Allahın həqiqi xüsusiyyətini belə açıqlayır: "...Həqiqətən Rəbbim nə etdiklərinizi biləndir!" ("Hud" surəsi, 92).

Allah bu insanların dilində "Allah göstərməsin", "İnşallah", "Allah verməsin" kimi sözlərlə arabir zikr edilən, amma haqqında heç vaxt düşünülməyən abstrakt bir anlayış kimidir. Allahın varlığını və gücünü sözdə qəbul etsələr də həqiqətdə buna səmimi şəkildə inan-mırlar. Bu hal özünü Allah üçün bir fədakarlıq lazım gəldikdə büruzə verir. Dara düşəndə yaxud da hər hansı mənfəət itkisinə məruz qalacaqlarını anladıqları vaxt dərhal inkarçılarla birləşib öz səmimiyyətsizliklərini göstərirlər. Cahil cəmiyyətin böyük bir qismi isə açıq şəkildə Allahın varlığını inkar edib Quran ayələrinə qarşı mübarizə aparır. Bəziləri materialist fəlsəfə yaxud da təkamül nəzəriyyəsi kimi əsaslar taparaq bu inkarlarını buna bağlayırlar. Özlərini "müasir, aydın, çağdaş, elmli, intellektual" və s. bu kimi insanlara təsir edə biləcək adlarla tanıdan və Allahı inkar etməklə "şəxsiyyət" qazandıqlarını zənn edən bu zavallılar həqiqətdə Allahın varlığını görüb qavramayacaq qədər dü-şüncəsizdir.

Cahil cəmiyyət içindəki bu iki ayrı qrup arasında aparılacaq təbliğ əslində eynidir. Allahın varlığının dəlilləri onların hər ikisinə açıqlanacaq və batil inanclarla hörülmüş düşüncələrinin həqiqətləri görməsi üçün səy göstəriləcək. Ancaq inkarlarını ideologiyaya bağlayanlar üçün əvvəlcə bu ideologiyalarının köklərinin çürüdülməsi lazımdır. Məsələn, gözübağlı və cahil bir şəkildə inandıqları təkamül nəzəriyyəsi onun daxilindəki ziddiyyətlər və açılmaz düyünlər ortaya qoyularaq dağıla bilər. İnsan inandığı bu sistemin əslində səfil bir yalan olduğunu görməlidir.
Bu mərhələdən sonra görüləcək iş hər iki qrup üçün eynidir. Cahil sistemin batil fikirləri ilə düşünmə qabiliyyətlərini itirmiş, mühakimələri məhv olmuş, ağılları təzyiq altında boğulmuş bu insanlar bəl-kə də həyatlarında ilk dəfə Quranda buyrulduğu kimi düşünməyə dəvət ediləcəkdilər. İllər boyu yedikləri meyvənin, içdikləri suyun, udduqları havanın necə yarandığını düşünməyə başlayacaqlar. Sahib olduqları bədənin, gözlərin, qulaqların, ürəklərin necə və kim tərəfindən yaradıldığını fikirləşməyə sövq ediləcəklər. Onu da qeyd etmək lazımdır ki, Quranda insana düşünmək üçün yol göstərilir və nəyi düşünməyin vacib olması tez-tez vurğulanır. Məsələn, "Vaqiə" surəsində insana belə səslənilir:

"Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz deyilik; sizi yox edib yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə heç düşünmürsünüz?! Bəs əkdiyinizə nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: "Biz ziyana uğramış, bəlkə, məhrum olmuş kimsələrik!" - deyərdiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükr etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!"

("Vaqiə" surəsi, 58-74).

Təbliğ ediləcək qarşı tərəf ilk əvvəl bu məntiq üzərində düşünməyə başlamalıdır: nizam və ya estetikaya malik heç bir şey təsadüfən yaxud öz-özünə yaranmaz. Əgər bir yerdə bir qayda-qanun, plan və estetikaya malik bir istehsal varsa, bu, mütləq ağıl sahibi varlıq tərəfindən qurulmuş və meydana gətirilmiş deməkdir. Bir kağızın üzərinə çəkilmiş düzgün həndəsi bir şəkil yaxud tək bir düzgün hərf görən insan bunların ağıl sahibi bir insan tərəfindən çəkildiyinə əmindir. Çox böyük bir hesab və tarazlıq üzərində qurulmuş olan kainat da şübhəsiz ki, yüksək ağıl sahibi bir Yaradıcı tərəfindən yaradılmışdır. O Yaradıcı hər şeyin sahibi olan Allahdır.
Ümumiyyətlə, gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz ya da hiss etdiyimiz hər şey bizlərə yerlərin və göylərin sahibi oln Yaradıcını, yəni Allahı tanıdır. Əslində, yaradılışın məqsədləri də budur. Allah üstündə Öz sifətlərini əks etdirmək üçün əşyanı var etmişdir. İnsanın kainatı bürüyən qüsursuzluq, sonsuz gözəlliklər üzərində ətraflı düşünməsi bu açıq həqiqəti duyması üçün kifayətdir. Çünki onu əhatə edən yaradılış həqiqətləri bu möhtəşəm quruluşun bir sahibinin olduğunu açıq şəkildə göstərir.

Təbliğ tətbiq edilən şəxs bu anlayışa sahib olduqdan sonra Qu-ran əxlaqının və dinin anladılması daha da asanlaşacaq. Şəxsə anladılanlar bu idrakdan etibarən bir şey ifadə etməyə başlayacaq, beynindəki qarışıq fikirlər saflaşaraq öz yerini tapacaqdır.