MÖMİNLƏR

Möminlərin simasında nur,inkar edənlərin simasında isə zillət olur


Möminlərin simasında nur,inkar edənlərin simasında isə zillət olur

Allahın Quranda bildirdiyi sirlərdən biri də imanın və inkarın insanların simasıda və dərilərində təzahür etməsidir. Allah bir çox ayədə iman gətirənlərin üzündə nur, inkarçıların üzündə isə zillət olduğunu bildirir:

Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən... (Şura surəsi / 45)
Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. (Yunis surəsi / 26-27)

Allah ayələrdə bildirdiyi kimi inkar edənlərin üzündə zillət və qubar vardır. Möminlərin siması isə nurludur. Allah onların üzündəki səcdə izindən tanındığını bildirir:

Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir... (Fəth surəsi / 29)

Başqa ayədə isə Allah inkar edənlərin və günahkarların simalarından tanındıqlarını bildirir:

Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar. (Rəhman surəsi / 41)
Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi / 30)

Hər hansı bir insanın imanına və ya günahkar olmasına görə üzündə fiziki dəyişikliyin əmələ gəlməsi Allahın böyük möcüzəsi və Quranda bildirdiyi vacib sirridir. Mənəvi hisslər fiziki olaraq bədənə təsir edir. O insanın üz cizgiləri dəyişməsə də, üzündəki ifadə dəyişir, simasına aydınlıq və ya zillət gəlir. Ətrafına iman gözü ilə baxan insan Allah dilərsə Onun yaratdığı bu möcüzəni görə bilər.