İman HƏQİQƏTLƏRİ

Möcüzənin adı - Günəş sistemi


Möcüzənin adı - Günəş sistemi

Kainatda canlı həyatın mövcud olduğu yeganə mavi planet... İçində Yer kürəsinin də olduğu qüsursuz sistem... Tam uyğunluq və həssas tarazlıqlar əsasında qurulmuş, bizi yaradan Allahın gücünün hüdudsuz  və bənzərsiz olduğunun dəlillərindən yalnız biridir.


Çoban ulduzu - Venera


Günəşə ən yaxın 2-ci planetdir, kütləsi təxminən Yer kürəsi boydadır və özünəməxsus atmosferə malikdir. Günəş doğanda və batanda Günəşə yaxın olduğu üçün Yer kürəsindən adi gözlə də rahatlıqla görünür (“Çoban ulduzu” kimi tanınır). Günəş və Aydan sonra ən parlaq göy cismidir.


Veneranın digər planetlərdən fərqli və maraqlı cəhətləri var, bunlardan ən maraqlısı 1 ilinin 1 günündən uzun olmasıdır. Yəni Günəş ətrafında fırlanma sürəti öz oxu ətrafındakı fırlanma sürətindən daha çoxdur. Bundan başqa, Venera digər planetlərin əksi istiqamətində fırlanır. Digər planetlərin hamısı saat əqrəbi istiqamətində fırlandığı halda, Venera saat əqrəbinin əksinə və çox yavaş fırlanır.


Günəşə ən yaxın birinci planet - Merkuri


Merkuri Günəş sistemində ən kiçik ikinci planetdir və Günəşə ən yaxın planet adını daşıyır. Günəşə ən yaxın planet olduğuna görə gündüz istiliyi 427oC-yə qədər çatır. Atmosferi olmadığı üçün bu istiliyi tuta bilmir və gecələr istiliyi -173oC-yə qədər düşür. Merkuri Günəşə yaxın planet olduğu üçün Günəş doğanda və batanda adi gözlə Günəşin yanında parlaq ulduz kimi müşahidə edilə bilər.


Sistemin mərkəzi - Günəş


Kainatdakı saysız-hesabsız ulduzlardan biri olan Günəş yaşadığımız planet də daxil olmaqla, Günəş sisteminin mərkəzini meydana gətirir. Təxminən 4,65 milyard yaşı olan bu nəhəng enerji qaynağının radiusu Yer kürəsinin radiusundan 100 dəfə böyükdür. Günəş öz oxu ətrafında hərəkətini təxminən 25 günə başa vurur. Günəşin mərkəzində istilik 10 milyon dərəcə, xaricindəki istilik isə 5700 kelvindir.
Günəşin səthi təbəqələrdən təşkil olunur. Bu təbəqələrə nüvədən səthə doğru ardıcıllıqla fotosfer, xromosfer və korona adları verilmişdir.

Mavi planetin peyki - Ay


Yer kürəsinin yeganə peyki Aydır. Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olması Sinodal dönmə adlanır, bu 29,5 gün təşkil edir. Ay təqvimi sinodal dönməyə görə qurulmuşdur. Ayın mərhələləri təxminən 19 ildən bir eyni günə düşür. Ayın necə meydana gəlməsi haqqında hələ də heç bir fikir yoxdur. Günəş sistemi və Yer kürəsinin meydana gəlməsi haqqında bir çox nəzəriyyələr irəli sürülməsinə baxmayaraq, Ayın meydana gəlməsi ilə əlaqədar real bir nəzəriyyə yoxdur. 


Ən böyük planet - Yupiter

Yupiter sistemin beşinci və ən böyük planetidir. Kütləsi bütün planetlərin kütləsindən iki dəfə çoxdur. 1,9 x 1027 kq kütləsi və 142 800 kilometrlik ekvator dairəsi ilə nəhəng planetdir. Bəzi hallarda Marsın parlaqlığı Yupiteri keçsə də, Günəş, Ay və Veneradan sonra səmanın 4-cü ən parlaq cismidir.

Yupiter Günəşdən aldığı enerjinin təxminən 2,5 qatını ətrafına yayır. Güman edilir ki, buna səbəb planetdəki qravitasiya çökməsinin hələ də davam etməsidir. Yupiterin ətrafında eni 6500 kilometr və qalınlığı bir neçə kilometr olan halqa var. Bu nəhəng planet çox böyük maqnetik sahəyə malikdir. Bu sahə sayəsində məlum olan 39 peyki var.

Saturn

Günəş sisteminin ikinci böyük planeti olan Saturnun radiusu 60 400 km-dir və 1 433 000 000 km-lik məsafə ilə Günəşə yaxınlığına görə 6-cı sıradadır. Planet teleskopla baxılanda yaşılımtıl rəngdə görünür və adi gözlə görünən ən uzaq planetdir. Günəşdən uzaq olduğuna görə səth istiliyi təxminən 150oC-dir. Planetin ətrafındakı halqalar illərlə sirr kimi qalmışdır və bu da planetə insanların böyük maraq göstərməsinə səbəb olmuşdur.
 
Sirli planet - Uran

Uran Günəşə yaxınlığına görə 7-ci planetdir. Günəşdən uzaqda yerləşdiyinə görə haqqında çox məlumat öyrənilməmişdir. Planetin quruluşu və atmosferi haqqındakı məlumatlar, əsasən, təxminlərə və 1986-cı ildə planetin yaxınlarından keçən “Voyacer 2” kosmik gəmisindən əldə edilən məlumatlara əsaslanır. Bu məlumatlar əsasında planetin hidrogenlə zəngin, metan və heliumdan ibarət atmosferə sahib olduğu müəyyən edilmişdir və səth istiliyi -2210C-dir. Yer kürəsindən daha böyük elektromaqnetik sahəyə malik olması və qayalı nüvəsinin olması təxmin edilir.
 
Qırmızı planet – Mars

Günəşə yaxınlıq dərəcəsinə görə Mars dördüncü planetdir. Səmada qırmızı rəngdə görünür və özünəməxsus atmosferi vardır. Böyüklüyünə görə təxminən Yer kürəsinin yarısı qədərdir. Gündüz ekvator istiliyi 10oC-yə çatır, lakin atmosferi bu istiliyi tuta bilmədiyi üçün gecələr istiliyi -75oC-yə düşür. Marsda günün uzunluğu Yer kürəsindəkindən yarım saat çoxdur, lakin Yer kürəsi ilə müqayisədə Günəşə daha uzaq olduğu üçün bir ili 687 günə bərabərdir.
 
Neptun və Pluton

Günəşə ən uzaq məsafədə yerləşən bu planetlərin kəşfi riyazi hesablamalarla aparılır. Haqqında ən az məlumat olan planetlər Neptun və sistemin ən kiçik planeti olan Plutondur...

 
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb-bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.  (Əraf surəsi, 54)