Axırzaman və MEHDİ (əs)

İslam və xurafat: iki fərqli və bir-birinə zidd din


İslam və xurafat: iki fərqli və bir-birinə zidd din

İslam və xurafat bir-birindən tamamilə fərqli, hətta bir-birinə tamamilə zidd iki müxtəlif dindir. Lakin kifayət qədər məlumatı olmayan insanlar çox vaxt xurafatı İslama bərabər hesab edilirlər.

Bu gün müsəlman aləminin böyük hissəsində yaşanan dinin adı İslam olsa da, əslində, Qurani-kərimdən və Peyğəmbərimizin (səv) dediklərindən uzaq, uydurmalara əsaslanan xurafat dinidir.

Xurafat və əsl İslam, yəni Quran müsəlmanlığı arasındakı fərqi əsas yönləri ilə nəzərdən keçirək.

İslam dininin yeganə həqiqi və etibarlı mənbəyi Allahın Kitabı Qurandır. Peyğəmbərimiz (səv) Quranı tətbiq etmiş, insanlara çatdırmış, Qurana əməl edilməsini əmr etmiş və sünnənin Quran olduğunu bildirmişdir. Xurafat dininin isə minlərlə fərqli mənbəyi var. Bu etibarsız mənbələr bunlardır: Peyğəmbərimizə böhtan ataraq ona aid olduğu deyilən yüz minlərlə uydurma hədis... İslam alimi kimi tanıdılan insanların din adından ortaya atdıqları uydurma qayda və qadağalar, yanlış Quran şərhləri... Xurafatlara, batil adət və ənənələrə əsaslanan yanlış inanc, hökm və tətbiqlər...

Halbuki Allah insanların din məsələsində yalnız Qurandan məsul olduqlarını açıq şəkildə bildirmişdir:

Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 44)

Xurafatçılar Quranın (haşa) başa düşülməyən, üstüörtülü və əskik olduğunu, onu başa düşmək üçün yuxarıda bəhs etdiyimiz saysız-hesabsız mənbəyə ehtiyac olduğunu müdafiə edirlər. Halbuki Quranın açıq-aydın və yetərli olduğunu söyləyən Allahdır. Allah bir çox ayədə Quranın çox aydın və qüsursuz olduğunu, başqa heç bir mənbəyə ehtiyac olmadığını xəbər verir. Bu ayələrdən bəziləri bunlardır:

Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? … (Ənkəbut surəsi, 51)


Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! … (Ənam surəsi, 114)

… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir. (Ənam surəsi, 38)

Qurana əsaslanan İslam tək və haqq dindir. Xurafat isə aralarında hər mövzuda ixtilaf olan yüzlərlə fərqli qrupa bölünmüşdür. Hamısı öz yolunun doğru, digərlərinin isə batil olduğunu düşünür. Quranda xurafatçıların pərakəndə vəziyyəti belə bildirilir:

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)

Bütün bu aşkar ayələrə baxmayaraq, xurafatçılar Allahın endirdiyi Qurana əməl etməyə çağırıldıqda etiraz edir və yüzlərlə il atalarından, babalarından miras qalan uydurma dinə tabe olmaqda israr edirlər. Peyğəmbərimiz (səv) dövründə də Rəsulullaha ən çox qarşı çıxanlar, Allahın endirdiyi dini qəbul etməyənlər dövrün müşrikləri, yəni xurafatçılar olmuşlar. Allah bu həqiqəti belə xəbər verir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Qurandakı əsl dini yaşamaq çox asan olduğu halda, xurafatçılar dini hər cəhətdən çətinləşdirərək yaşanmaz hala gətirirlər. İslam asanlıq dinidir. Xurafatçılar isə din nə qədər çətin olarsa, o qədər yaxşı olduğunu düşünürlər. Bu, Allahın mərhəmətli olduğunu anlamamaqdan irəli gələn yanlış fikirdir. Tarix boyunca bütün Peyğəmbərlərə qarşı da insanların müqavimət göstərdikləri əsas mövzulardan biri olmuşdur. Hz.Musa qövmünə: "Allah sizdən bir inək kəsməyinizi istəyir" - dedikdə qövmü çoxlu sual verərək çox sadə olan əmri az qala tətbiq etməyəcək hala gətirmişlər. Üstəlik, bunu edərkən guya Allahın əmrinə həssas yanaşdıqlarını iddia etmişlər. Halbuki Allahın əmrinə olan həssaslıq dini Allahın endirdiyi kimi sadə, asan, əsl halı ilə yaşamaqdır. Dinin asan olduğu Quranda bir çox ayələrdə xüsusi vurğulanmışdır:

(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi… (Həcc surəsi, 78)

Bundan başqa, Allah Quranda yeyilməsi qadağan edilən qidaları yalnız leş, qan, donuz əti və Allahdan başqası adına kəsilmiş heyvanlarla məhdudlaşdırdığı halda (16/115, 2/173), xurafatçı mənbələrdə yeyilməsi haram olan yüzlərlə bəndlik qida siyahıları olur. Allah xurafatçıların bu yanlış mövqeyindən Quranda belə bəhs edir:

Diliniz yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar! (Nəhl surəsi, 116)


De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik. (Əraf surəsi, 32)

Xurafatçı düşüncədə qadına, hər cür gözəllik, estetika və sənətə qarşı xüsusi düşmənçilik və nifrət vardır. Quranda hz. Süleymanın sarayına heykəllər, hovuzlar, qalalar kimi möhtəşəm sənət əsərləri inşa etdirdiyi bildirilir (34/13). Allahın cənnətdə mükəmməl və bənzərsiz şəkildə yaratdığı əzəmət, gözəllik və incəsənət ətraflı təsvir edilir.

Xurafatçılar isə sənət, gözəllik və estetikaya tamamilə qarşıdırlar. Onlar heykəli, rəsmi, musiqini ən böyük günah hesab edir, hər fürsətdə bunları viran edib alçaltmağı guya müqəddəs vəzifə sayırlar.

Nəticədə fanatik din anlayışı özünəqapalı, sevgisiz, həyatın gözəlliklərindən zövq almayan qeyri-sağlam kütlələr yetişdirir. Bunu yaxşı bilmək lazımdır ki, bir ölkədə qadınlara dəyər verilmirsə, qadınlar azad deyilsə, o ölkənin küçələrinə zülmət hakimdirsə, elmdə və texnologiyada inkişaf yoxdursa, insanlar fikirlərini sərbəst olaraq ifadə edə bilmir, inanclarına görə yaşaya bilmir, küçələrdə istədikləri kimi geyinib, istədikləri kimi gəzə bilmirsə, İslamı yaşamaları üçün insanlara hər hansı formada təzyiq edilirsə, fərqli məzhəbdən olanlar kafir elan edilirsə, ateist və ya dinsizlər təzyiqə məruz qalırsa, kilsələrə, sinaqoqlara hücum edilirsə, hər dindən, dildən, etnik mənşədən insan birinci kateqoriyalı vətəndaş münasibəti görmürsə, o ölkə rəssamları, heykəltaraşları, musiqiçiləri, sənətçiləri, ədəbiyyatçıları və s. ilə ön plana çıxa bilmirsə, mədəniyyətsizlik cəmiyyətdə yayılıbsa, o ölkədə Quran əxlaqına əsaslanan bir düşüncənin hakim olduğunu demək mümkün deyil.

Lakin bu yanlışlığı edən insanları təzyiq altına almaqla da xurafatın aradan qaldırılması mümkün deyil. Bu insanlar yaşadıqları sistemə təlqinlə inandırılıblar. Əks təlqinlə Quran ayələrindən dəlillər gətirərək etdiklərinin yanlış olduğu göstərildikdə onları bu qaranlıq dünyadan xilas etmək mümkündür.

Quran əxlaqı izah edildikdə və yaşandıqda cəmiyyətə sülh, təmkin, ağıl, demokratiya, azadlıq, sənət, keyfiyyət, mədəniyyət, elmi tərəqqi, xoşbəxtlik,