Peyğəmbərlər

Əsrlər boyu Peyğəmbərimizə (səv) artan heyranlıq


Əsrlər boyu Peyğəmbərimizə (səv) artan heyranlıq

Uca Allah Peyğəmbərimizə (səv) ən son haqq kitab olan Qurani-kərimi vəhy etmiş, gözəl əxlaqı, təqvası və Allaha yaxınlığı ilə onu insanlara nümunə göstərmişdir. Peyğəmbərimizin (səv) Allah tərəfindən vəhy gəldikdən sonra həyatının sonuna qədər davam etdiyi təbliği bu gün də bütün dünyanı nurlandırır. Bu həqiqət dünya mətbuatında da tez-tez öz əksini tapır. BBC telekanalı başda olmaqla, bir çox televiziya kanalları Peyğəmbərimiz (səv) haqqında sənədli filmlər hazırlamış və Rəsulullahdan (səv) bəhs edən verilişlər təşkil etmişdir.


Bir çox alim və mütəfəkkirlər öz kitablarında Peyğəmbərimizin (səv) şəxsiyyəti, yüksək əxlaqı və müasir dövrdə insanların ona olan ehtiyacı kimi mövzulardan təqdir və heyranlıqla bəhs edirlər. Məsələn, fransız jurnalı “Le Point” Peyğəmbərimizi (səv) ilin adamı seçmiş, məşhur tarixçi Maykl H. Hart (Michael H. Hart) “Tarixin ən mühüm 100 insanı” adlı kitabında Hz. Muhəmmədi (səv) 1-ci sırada qeyd etmişdir. Kitabda bu sözlərə yer verilir:
 “Tarixdə həm dövlət, həm də din sahəsində mütləq mənada müvəffəqiyyət qazanmış yeganə insan odur. Dövlət və dini təsirin tarixdə bənzəri görülməmiş tərzdə birləşməsi hz. Muhəmmədin (səv) tarixin ən təsirli şəxsiyyəti olmasına kifayət edir.” (Michael H. Hart, The 100, A Ranking Of  The Most İnfluential Persons in History, New York, 1978)
Digər məşhur dövlət rəsmiləri, mütəfəkkir və yazıçıların hz. Muhəmmədə (səv) olan heyranlıq dolu ifadələrindən bəziləri belədir:
 Beynəlxalq İnsan Haqları Hüquq İnstitutu rəhbəri, prof. Şerif Bassiauni (Prof. Cherif Bassiouni
´´ Hz. Muhəmmədin (səv) mirası açıqdır, əkdiyi toxumdur. Bu, onun ləyaqəti, dürüstlüyü, etibarlılığı, nümunəvi davranışları, siyasi liderliyi, şəxsən nümunəvi insan olması və dövründə heç kimin izin vermədiyi, lakin onun həyata keçirdiyi böyük müvəffəqiyyətlər, məğlub etmə gücü və nəfsinin onu məğlub etməsinə icazə verməməsidir. Hər şeydən əlavə, nümunə götürüləsi böyük insandır.”


 1935-ci ildə Nobel ədəbiyyat mükafatı almış irlandiyalı yazıçı Bernard Şou (Bernard Shaw)
  “Möhtəşəm canlılığına görə hz. Muhəmmədin (səv) dininə daim dəyər vermişəm. Bu din mənə varlığın və həyatın dəyişən çöhrəsini mənimsəyə bilən, hər dövrə xitab edən tək din olaraq görünür. O möhtəşəm şəxsi araşdırdım və məncə, o “bəşəriyyətin xilaskarı” adlandırılmalıdır. İnanıram ki, müasir dövrdə hakimiyyətdə onun kimi biri olsa idi, dünyanın ən çox ehtiyacı olan sülh və xoşbəxtliyi təmin edərək, bütün problemləri həll edərdi. Bir təxminim var: Hz. Muhəmmədin (səv) inancını sabahın Avropası da qəbul edəcək. Necə ki bu günün Avropası qəbul etməyə başlayıb.” (George Bernard Shaw, The Genuine Islam, 1936, 1: 8)


 19-cu əsr Alman İmperiyası kansleri Şəhzadə Bismark
 “Sənin əsrində yaşamadığım üçün çox təəssüf edirəm, Ey Muhəmməd (səv). Quran Allahın kitabıdır. Bəşəriyyət sənin kimi qabiliyyəti bir dəfə görüb, bir daha görməyəcək. Mən sənin qarşında hörmət və ehtiramla baş əyirəm.”

 
 Fransız tarixçi və yazıçı Lamartine
 “İnsanın böyüklüyü hansı vahidlə ölçülürsə ölçülsün, görəsən, ondan böyük insan tapılarmı?” (Lamartine, Historie dela Turquie, Paris, 1854, Vol. 11)


 Çikaqo Universitetindən  Jül Masserman (Jules Masserman)
 “Bütün zamanların ən böyük lideri hz.Muhəmməd (səv) idi.” (Jules Masserman, Who Were History’s Great Leaders?, Time Magazine. July, 15, 1974)