MÖMİNLƏR

Qəlbimizdə hər zaman var olan bir hisslə yaşayırıq: ümid


Qəlbimizdə hər zaman var olan bir hisslə yaşayırıq: ümid

Bəli, biz heç bitməyən, heç tükənməyən və qəlbimizdə daim var olan bir hisslə yaşayırıq:ümid... İnsan yeməklə, oksigenlə, qanla yaşamır əslində. Qəlbində daşıdığı iman, Allah sevgisi və bir-birindən gözəl ümidləri ilə yaşayır. Əks təqdirdə həyat, həyat deyil çünki. İçi boş kötük kimi bomboş bir ruhla, ümidsiz, sevgisiz, imansız, bomboş ürəklə, Allahdan bixəbər şəkildə yaşamaq yaşamaq deyil.

Bəs möminlər üçün necə? Biz qəlbimizdə hər gün yenilənən ümidlərlə yaşayırıq.

Allaha daha yaxşı qul olmaq ümidi ilə yaşayırıq...

Allahın günahlarımızı bağışlayacağı ümidi ilə yaşayırıq...

Hər gün əvvəlkindən daha yaxşı olmaq üçün Allaha daha da yaxınlaşmaq ümidi ilə yaşayırıq…

Bunlarla yanaşı bir gün Allahın razı olduğu qullarından biri olub cənnətə girmə ümidi ilə yaşayırıq.

Təbii ki, dünya həyatında insan imtahan olunur. Xəstələnir, bəzən darlıqla, yoxluqla, müxtəlif çətinliklərlə imtahan olunur. Dünya bütün məxluqat üçün cənnətə və cəhənnəmə keçid yeridir. Bitməyən bir imtahan dünyasıdır bura. Biri bitir, qısa bir müddət sonra digəri başlayır. Müsəlman bu qısa müddətdə başına gələn imtahanlara təvəkkül, səbir edərək daim Allahdan yana olur. Heç vaxt, hansı vəziyyətdə olursa-olsun, Rəbbindən ümid kəsmir...

… Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər. (Yusif surəsi, 87)

Dedi: “(Doğru yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”

(Hicr surəsi, 56)

İnkar edənləri iman gətirənlərdən ayıran ən vacib xüsusiyyətlərdən biri də budur. Onlar başlarına gələn ən kiçik bir hadisədə dərhal ümidsizliyə qapılıb ümidlərini itirirlər. Allahın rəhmətindən ümid kəsirlər. Bu qısa dünya həyatında Allahın bizləri bəzən bolluqla və zənginliklə, bəzən də darlıqla, xəstəliklə, çətinliklərlə sınadığını unudurlar.  Çox böyük nemət içində olmalarına baxmayaraq, şükür etmir, üsyan edirlər. Beləliklə, qəlblərində ümid olmadan, kədərlənərək, üsyan edərək yaşamağa məhkum olurlar.

Əgər insana Özümüzdən bir nemət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, məyus (ümidsiz) və nankor olar. (Hud surəsi, 9)

Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.

(Ənkəbut surəsi, 23)

İsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdəisə dərhal ümidlərini üzərlər. (Rum surəsi, 36)

İnsana nemət verdiyimiz zaman (anlamayaraq) üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar. (İsra surəsi, 83)

İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. (Fusillət surəsi, 49)

Möminin içində daşıdığı ən gözəl ümid şübhəsiz, Allahın razı olduğu bir qul olmaq, bir gün Rəbbinə qovuşacağı, Onun sözlü salamını alacağı o möhtəşəm günə qovuşmaq, cənnət qapılarında salamla qarşılanmaqdır. Mömin belə gözəl ümidlərlə yaşayır. Hər keçən gün Rəbbini daha böyük məhəbbət və şövqlə sevir, hər keçən gün Ona daha yaxın dost olmaq üçün çalışır. Bilir ki, Allah onu heç vaxt tərk etməz, onu heç vaxt unutmaz, onu heç vaxt tək qoymaz. Mömin də Rəbbindən heç vaxt ümid kəsməz, əsla Rəbbini tərk etməz.

İnkar edənlər isə dünyada Rəbbindən ümidlərini üzdükləri kimi axirətdən də ümid kəsirlər. Ölümdən sonra gerçək həyatın başlayacağını, həm də bu həyatın əbədi olacağını unudurlar. Bir insan üçün, şübhəsiz, ümidini itirmiş kimi dünyada yaşamaq çox çətindir. Amma əsl çətin olan sonsuza qədər ümidini itirmiş bir şəkildə cəhənnəmdə yaşamaqdır. Dünyada Rəbbindən ümid kəsən qəlb orada hər gün cəhənnəmdən çıxmağı arzulayacaq, bunu şiddətlə istəyəcək, hər gün çıxmaq üçün ümid edəcək, amma buna  Rəbbimizin diləməsi xaricində heç vaxt nail olmayacaqdır.

 Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin (bir daha) diriləcəyinə inanmadıqları kimi Axirət gününə də ümid etmirlər. (Mümtəhinə surəsi, 13)

Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar! (Zuxruf surəsi, 75)