Peyğəmbərimizin (s.ə.v) igid dostları: Əshabi-kiram
Peyğəmbərimizi (s.ə.v) görən, ona iman gətirib onunla birlikdə fəaliyyət göstərən insanlara “səhabə” deyilir. Səhabə və əshab “səhabi” sözünün cəm şəklidir. Səhabə İslamı qəbul etdikdən sonra Peyğəmbərimizə dərin imanla bağlanıblar. Həyatlarının böyük hissəsini Peyğəmbərimizin (s.ə.v) yanında keçiriblər, İslam dininin yayılması üçün onunla birlikdə mübarizə aparıblar. Onların Peyğəmbərə olan bu sədaqəti dövrün müşrikləri və kafirlərinin xoşuna gəlmədiyi üçün isgəncələrə və hücumlara məruz qalıb, hətta şəhid ediliblər. Ancaq bu çətinliklərə baxmayaraq, Allah`a və hz. Muhammədə (s.ə.v) olan sevgiləri azalmayıb və daim sadiq qalıblar. Bu səbəbdən Əshabi-kiram çox dəyərli insanlardır. Onlar lazım gələrsə, ailələrindən, həyat yoldaşlarından, uşaqlarından, qısacası, hər şeydən çəkilərək Peyğəmbərimizin (s.ə.v) köməkçisi olublar.
Quranda Allah səhabə əxlaqını gözəlliyini vurğulayıb
“Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbr edənləri sevir. Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur. Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir.” (Ali İmran surəsi, 146-148)
Quranda Allah`ın razılığını qazanmaq üçün hər cür çətinliyin öhdəsindən gələn Əshabi-kiram kimi səmimi
müsəlmanların cənnətlə müjdələndikləri belə bildirilir:
Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. (Bu), Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah`ın dərgahındadır”. (Ali İmran surəsi, 195)
Bütün həyatlarını Allah`a və Peyğəmbərimizə həsr edən Səhabeyi Kiram
ƏBU BƏKR əs SİDDİQ: |
Bütün var-dövlətini, mülkünü İslam üçün xərcləyən, Camiü´l Quran, əs- Siddiq, əl-Atik ləqəbləri ilə tanınan böyük səhabə |
Hz. ÖMƏR: |
Ədalətin timsalı ikinci böyük xəlifə |
Hz. OSMAN: |
İlk müsəlmanlardan, üçüncü xəlifə |
Hz. ƏLİ ibn ƏBU TALİB: |
Allah’ın aslanı, dördüncü xəlifə |
ƏBDÜRRƏHMAN ibn ƏVF: |
Bütün mal dövlətini İslam üçün xərcləyən səhabə |
ƏBU ÜBEYDƏ ibn CƏRRAH: |
Əminü´l-Ümmə (ümmətin əmini). Məkkənin fəthində, Taif mühasirəsində, Vəda həccində həmişə Peyğəmbərimizin (s.ə.v) yanında olub, Bədr müharibəsində atasına qarşı vuruşub |
SƏD ibn ƏBU VAKKAS: |
Peyğəmbərimizin (s.ə.v) oxucusu. Uhud müharibəsində Peyğəmbərimizin (s.ə.v) yanından ayrılmadan sinəsini sipər edib döyüşən əsgərlərdən biri |
TALHA ibn ÜBEYDULLAH: |
Cömərdliyi və qəhrəmanlığı ilə məşhur bir insan |
ZÜBEYR ibn AVVAM: |
Müsəlman olduqdan sonra başda əmisi olmaqla müşriklər tərəfindən müxtəlif işgəncə və əziyyətlərə məruz qalan, Məkkənin fəthi zamanı İslam ordusunun bayraqdarı olan səhabə |
ADİ ibn XƏTİM TAİ: |
Ailəlikcə cömərd olan səhabə |
ƏMİR ibn FÜHEYRƏ: |
Bilal Həbəşi ilə birlikdə ağır işgəncələrə məruz qalan səhabə |
AMMAR ibn YASƏR: |
Şəhid oğlu şəhid |
ABBAS ibn ƏBDÜLMÜTTƏLLİB: |
Peyğəmbərimizin (s.ə.v) əmisi |
ABDULLAH ibn ABBAS: |
Təfsir alimlərinin şahı |
ABDULLAH ibn ƏMR ibn AS: |
Hədis yazmaqda məşhur olan səhabə |
ABDULLAH ibn CƏHŞ: |
Uhud şəhidlərindən |
ABDULLAH ƏBUBƏKR-İ SİDDİQ: |
Hz. Əbu Bəkirin oğlu |
ABDULLAH ibn HÜZAFƏ: |
Rəsullullahın elçilərindən |
ABDULLAH ibn MƏSUD: |
Quran-i Kərimi açıq oxuyan ilk səhabə |
ZÜBEYİR ibn AVVAM: |
Müsəlman olduqdan sonra başda əmisi olmaqla müşriklər tərəfindən müxtəlif işgəncə və əziyyətlərə məruz qalan, Məkkənin fəthi zamanı İslam ordusunun bayraqdarı olan səhabə |
ABDULLAH ibn ÖMƏR: |
Ən çox hədis bilən səhabələrdən |
ABDULLAH ibn RƏVAHA: |
Peyğəmbərimizin (s.ə.v) şairi |
ABDULLAH ibn SALAM: |
Bədrdə atasına qarşı döyüşən səhabə |
ABDULLAH ibn SÜHEYL: |
Tövratda Peyğəmbərimizin (s.ə.v) əlamətlərini görüb müsəlman olan səhabə |
ABDULLAH ibn ZEYD: |
Sahib-ül əzan |
ABDULLAH ibn ZÜBEYİR: |
Mədinədə mühacirlər arasından çıxan ilk səhabə |
ADİY ibn HATƏM TAİ: |
Ailəlikcə cömərd olan səhabə |
ƏMİR ibn FÜHEYRƏ: |
Bilal Həbəşi ilə birlikdə ağır işgəncələrə məruz qalan səhabə |
AMMAR ibn YASƏR: |
Şəhid oğlu şəhid |
ƏMR ibn AS: |
Məşhur ərəb dahilərindən |
ASİM ibn SABİT: |
Arıların qoruduğu səhabə |
BƏRA İBN AZİB: |
Qiblənin dəyişildiyini xəbər verən səhabə |
BƏŞİR ibn SAD: |
Hz. Əbu Bəkirə ilk beyət edən səhabə |
BİLAL-İ HƏBƏŞİ: |
Peyğəmbərimizin (s.ə.v) müəzzini |
BÜREYDƏ ibn HASİB: |
Peyğəmbərimizin (s.ə.v) bayraqdarı |
CABİR BİN ABDULLAH: |
Ən çox hədis bildirən səhabələrdən |
CƏFƏR-İ TƏYYAR: |
Görünüş və xasiyyətcə Peyğəmbərimizə (s.ə.v) bənzəyən, Mutə döyüşündə yetmişdən çox yara alaraq şəhid olan səhabə |
DİHYƏ əl KƏLBI: |
Cəbrayıl əleyhissalamın şəklinə girdiyi səhabə |
ƏBU DÜCANƏ: |
Peyğəmbərimizin (s.ə.v) fədaisi |
ƏBU ƏYYUB-ƏL ƏNSARİ: |
Peyğəmbərimizin mehmandarı |
ƏBU HÜREYRƏ: |
Ən çox hədis nəql edən səhabə |
ƏBU KATADƏ: |
Peyğəmbərimizin süvarilərindən |
ƏBU LÜBABƏ: |
Tövbələri ilə məşhur olan səhabə |
ƏBU MUSƏL-ƏŞARİ: |
Qurani Kərimi ən yaxşı oxuyan səhabələrdən |
ƏBU SƏİDİ HUDRİ: |
Çox hədis rəvayət edən 7 səhabədn biri |
ƏBU SƏLƏMƏ: |
Tək başına hicrət edən səhabə |
ƏBU TALHA: |
Peyğəmbərimizin fədaisi |
ƏBU ZƏR GİFARİ: |
Gifari qəbiləsinin rəisi |
ƏBÜDDƏRDA: |
Qazilik edən səhabərdən |
ƏNƏS ibn MALİK: |
Peyğəmbərimizin (s.ə.v) xidmətçisi |
ƏRKAM ibn ƏBİL ƏRKAM: |
Evi ilk dəfə vəqf olan səhabə |
ƏSAD ibn ZÜRARƏ: |
Cahiliyyə dövründə də tək bir Allah`a inanan səhabə |
FEYRUZ ibn DEYLƏMİ: |
Yəmənli səhabələrdən |
ABDULLAH ibn ÖMƏR: |
Ən çox hədis bilən səhabələrdən |
ABDULLAH ibn RƏVAHA: |
Peyğəmbərimizin (s.ə.v) şairi |
ABDULLAH ibn SALAM: |
Bədrdə atasına qarşı döyüşən səhabə |
ABDULLAH ibn SUHEYL: |
Tövratda peyğəmbərimizin (s.ə.v) əlamətlərini görüb müsəlman olan səhabə |
ABDULLAH ibn ZEYD: |
Sahib-ul əzan |
ABDULLAH ibn ZÜBEYİR: |
Mədinədə ilk mühacir səhabə |
HABBAB ibn ƏRƏT: |
İlk müsəlman səhabələrdən. |
XALİD ibn SƏİD ibn AS: |
İlk müsəlman olan səhabələrdən |
HANZALA ibn ƏBU AMİR: |
Uhud döyüşündə şəhid olan səhabə |
HÜBEYB ibn ADİY: |
Dar ağacında ilk namaz qılan səhabə |
HUZEYFƏ ibn YƏMƏN: |
Sevimli Peyğəmbərimizin (s.ə.v) sırdaşı |
HZ. HƏMZƏ: |
Şəhidlərin ən ucası |
KAB ibn MALİK: |
Peyğəmbərimizin (s.ə.v) şairlərindən |
MİKDAD ibn ƏSVƏD: |
Peyğəmbərimizin (s.ə.v) süvarilərindən |
MUHAMMƏD ibn MƏSLƏMƏ: |
Peyğəmbərimizin (s.ə.v) fədailərindən |
MUSAB ibn UMEYİR: |
İslamda ilk müəllim |
NOVFƏL ibn XARİS: |
Haşimoğullarının ən yaşlısı |
OSMAN ibn MAZUN: |
Mədinədə ilk vəfat edən mühacir səhabə |
OSMAN ibn TALHA: |
Kəbəyə xidmət edən səhabə |
SABİT ibn QEYS: |
Peyğəmbərimizin (s.ə.v) xətiblərindən |
SAD ibn MUAZ: |
Ənsarın ən xeyirlilərindən |
SAD ibn RƏBİ: |
Şəhid olanda nəsihət edən səhabə |
SƏİD ibn ƏMİR: |
Hz. Ömərə bənzəyən qubernator |
SƏLİM MÖVLA ƏBU HÜZEYFƏ: |
Ən yaxşı Quran oxuyanlardan |
SƏHL ibn HƏNİF: |
Əshabi Kiramın oxucularından |
SƏHL ibn SAD: |
Mədinədə ən axırda vəfat edən səhabə |
SƏLƏMƏ ibn ƏKVA: |
Piyadalardan ən xeyirlisi |
SƏLƏMƏ ibn HİŞAM: |
Qardaşları tərəfindən işgəncə görən səhabə |
SƏLMANİ FARİSİ: |
Əhli beytdən hesab edilən İranlı səhabə |
S.Ə.VBAN: |
Rəsullulahın xidmətçisi |
SÜMAMƏ ibn ÜSAL: |
Yəmamə qəbiləsinin başçısı |
TÜFEYL ibn AMR: |
Devs qəbiləsinin bütlərini qırıb müsəlman olmalarına vəsilə olan səhabə |
ÜBADƏ ibn SAMİT: |
Akabe beyəti zamanı qövmünün təmsilçisi olan səhabə |
ÜKBƏ ibn AMİR: |
Əshabı Suffa nümayəndəsi, Peyğəmbərimizin (s.ə.v) tələbəsi |
ÜBEYY ibn KAB: |
Qiraəti ilə məşhur olan səhabə |
ÜSAMƏ ibn ZEYD: |
Rəsulullahın ən çox sevdiyi səhabələrindən |
ÜSEYD ibn HUDEYİR: |
Əshabi Kiramın bayraqdarlarından |
VƏLİD ibn VƏLİD: |
Qardaşları tərəfindən işgəncəyə məruz qalan səhabə |
ABDULLAH ibn ƏTİQ: |
Mədinənin ilk müsəlmanlarından |
ABDULLAH ibn ÜMMİ MƏKTUM: |
Peyğəmbərimizin (s.ə.v) ilk müəzzinlərindən |
ABBAS ibn UBADƏ: |
Ənsarın mühacirləri deyə tanınan səhabə |
CÜVEYRİYYƏ BİNTİ HARİS: |
Möminlərin analarından |
ƏBU RAFİ: |
Peyğəmbərimizin (s.ə.v) azad kölələrindən |
ƏBU SÜFYAN ibn HARİS: |
Peyğəmbərimizin (s.ə.v) süd qardaşı |
FATİMƏ BİNTİ ƏSƏD: |
Hz. Əlinin anası |
HƏCCAC BİN İLAT: |
Məkkə səhabilərindən. |
XƏDİCƏTÜL KÜBRA: |
Peyğəmbərimizin (s.ə.v) ilk xanımı |
|
Peyğəmbərimizin (s.ə.v) xanımlarından |
XALİD ibn VƏLİD: |
Allah`ın qılıncı ləqəbi ilə məşhur olan komandir səhabə |
HƏLİMƏ XATUN: |
Peyğəmbərimizin (s.ə.v) süd anası |
HAMNƏ BİNTİ CAHŞ: |
Peyğəmbərimizin (s.ə.v) xalası qızı |
HANSA XATUN: |
Məşhur şair qadın səhabələrdən. |
HASSAN ibn SABİT: |
Peyğəmbərimizin (s.ə.v) şairlərindən |
XATİB ibn EBİ BƏLTEA: |
Peyğəmbərimizin (s.ə.v) nümayəndələrindən |
Hz. AİŞƏ-İ Siddiqə: |
Peyğəmbərimizin (s.ə.v) xanımlarından |
Hz. FATIMƏ: |
Peyğəmbərimizin ən sevgili kəriməsi |
Hz. HƏSƏN: |
Peyğəmbərimizin ən sevdiyi nəvələrindən biri, hz. Əli və hz. Fatimənin böyük oğlu |
Hz. HÜSEYİN: |
Hz. Əli ve hz. Fatimənin oğlu, Peyğəmbərimizə (s.ə.v) bənzəyən nəvəsi |
Hz. REYHANƏ: |
Peyğəmbərimizin zövcələrindən biri |
HZ. SƏİD ibn ZEYD: |
Müsəlmanlığı qəbul etdiyi üçün müşriklərin çoxlu hücumuna məruz qalan, Şamın fəthində iştirak edən səhabə |
İKRİMƏ ibn EBU CƏHL: |
Məşhur İslam komandirlərindən |
İMRAN ibn HÜSAYN: |
İki yüzə yaxın hədis nəql edən, yaxşı lider, gözəl geyinən səhabə |
KAB ibn ZÜHEYİR: |
Peyğəmbərimizin (s.ə.v) əbasını verdiyi şair səhabə |
KATADƏ ibn NUMAN: |
Əshabi Kiramın oxucularından |
MEYMUNƏ BİNTİ HARİS: |
Peyğəmbərimizin (s.ə.v) zövcələrindən biri |
MUİRƏ-TƏBNİ ŞUBƏ: |
Məşhur beş dahidən biri olan səhabə |
RİBİ ibn AMİR: |
Əshabi Kiramın elçilərindən |
SƏD ibn ÜBADƏ: |
Ənsarın bayraqdarlarından biri |
SAFİYYƏ BİNTİ ƏBDÜLMÜTTALİB: |
Peyğəmbərimizin (s.ə.v) bibisi |
SƏFİYYƏ BİNTİ HUYEY: |
Peyğəmbərimizin (s.ə.v) zövcələrindən biri |
SƏDDAD ibn EVS: |
Ailəlikcə müsəlman olan səhabə |
SEVDƏ BİNTİ ZƏMA: |
Peyğəmbərimizin (s.ə.v) zövcələrindən |
SÜRAKA ibn MALİK: |
Əshabi Kiramın süvarilərindən |
UKAYL ibn ƏBU TALİB: |
Hz. Əlinin qardaşı |
ÜMM-İ EYMƏN: |
Peyğəmbərimizin (s.ə.v) dayəsi |
ÜMM-İ HƏBİBƏ: |
Peyeyğəmbərimizin (s.ə.v) zövcələrindən biri |
ÜMM-İ XANİÇ: |
Hz. Əlinin bacısı |
ÜMM-İ HİRAM: |
Hələ də Sultan kimi tanınan qadın səhabə |
ÜMM-İ RUMAN: |
Hz. Əbu Bəkirin xanımı |
ÜMM-İ ÜMARƏ NƏSİBE XATUN: |
Əshabın qadın qəhrəmanlarından |
VƏHŞİ: |
Yalançı peyğəmbər Müseyləməni öldürən səhabə |
ZEYD ibn DƏSİNNƏ: |
Dar ağacından Peyğəmbərimizə (s.ə.v) salam göndərən səhabə |
ZEYD ibn HARİSƏ: |
İlk iman gətirən kölə |
ZEYD ibn SABİT: |
Ən məşhur vəhy katibi olan səhabə |
ZEYNƏB BİNTİ CAHŞ: |
Peyğəmbərimizin (s.ə.v) zövcələrindən |