AXİRƏT

Qəflət halından çəkinmək


Qəflət halından çəkinmək

Qəflət halı, insanın, Allahın və axirətin varlığından xəbərsiz olması, ya da xəbəri olduğu halda bu məlumatın tələb etdiyi şüur ​​və məsuliyyəti, davranış şəklini göstərməyərək, biganə və məsuliyyətsiz bir əxlaq içində olmasıdır. Qəflət halı bəzən iman edən bir kimsə üçün qısa müddətli, müvəqqəti bir unutqanlıq, ya da dalğınlıq şəklində ola bildiyi kimi, bəzən də Allaha iman etməyən və ya Ona şərik qoşanlardan olduğu kimi bütün həyatlarını və həyatlarının hər təfərrüatını örtəcək dərəcədə dərin ola bilər.

Dünya üzərində bir çox insan, yaradılış məqsədini düşünmədən, nəfsinin arzularıyla əylənib boş və yararsız işlərlə məşğul olaraq şüursuzca həyatını davam etdirər. "Gününü gün etmə" məntiqiylə, yalnız dünyadakı nemətlərin ən yaxşısına və ən çoxuna sahib olmağı hədəfləyər. Onun üçün əhəmiyyətli olan, "dünyaya bir daha gələcəyikmi" düşüncəsiylə bu zamanı ən yaxşı şəkildə dəyərləndirməkdir. Buna görə də yaşadığı zaman diliminə sadəcə, özünə görə ən yüksək zövqü və əyləncəni sığdırmağa çalışar. Öləcəyini bilir, ancaq öldükdən sonra özünü gözləyən əbədi əzabdan xəbərsizdir, ya da Allahın üstün gücünü qavraya bilmədiyi üçün bu əzabın şiddətini düşünməz. Halbuki, bu əzabın şiddəti Quranın bir çox ayəsində təsvir edilir. (Ətraflı məlumat üçün bax: Harun Yahya, Ölüm-Qiyamət-Cəhənnəm, Mədəniyyət Nəşriyyat) Bu ayələrdən bəziləri belədir:

"... O zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər." (Bəqərə surəsi, 165)

O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)

Qəflət içindəki insanların çoxu Allahın varlığını bilir, ancaq Ona qəti olaraq iman etməz, təslim olmazlar. Bu səbəblə də, həyatlarındakı hər çətin və sıxıntılı hadisədə, təvəkkülsüz olduqları üçün dərin bir acı və kədər duyarlar. Ən kiçik çətinliklərin belə, həyatlarını alt-üst etməyə kifayət etdiyi bu kəslər cəmiyyətdə pessimist, bədbəxt və depressiyada olan insan tiplərini meydana gətirərlər.

Olduqca boş və yararsız işlərlə keçirdikləri uzun zamanları "gərginlik", "məşğuliyyət" olaraq xarakterizə edirlər. Bu "boş gərginlikləri" səbəbiylə də özlərini əhəmiyyətli və yetərli hiss edərlər. Halbuki, bu gərginlik, qəflət içindəki insanın şüursuzluğunu alvlandıran boş bir vaxt itkisindən başqa bir şey deyil. İnkar edənlərin boşuna vaxt itirdiklərini Allah ayələrdə belə təsvir edir:

"Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər. (Hicr surəsi, 2-3)

Qəflət, Allahı və axirət gününü unutmuş insanları əhatə etmiş hiyləgər bir xəstəlik kimidir. Bu, insanın zehnini keyidən, ağlını örtən bir xəstəlikdir. Bu keylik və şüursuzluq içində insan özünü əhatə edən və gözləyən həqiqətlərin fərqinə vara bilməz. Bu səbəblə, qəflət halındakı insanlar görmək, eşitmək kimi hissiyyatlara sahib olmalarına baxmayaraq, gördüklərini və eşitdiklərini qiymətləndirmə, mühakimə etmə qabiliyyətini itirmiş olarlar. Çünki özlərini bürüyən qəflət ağıllarını örtmüşdür. Qəflət içindəki insanlar bütün zamanlarını nəfslərinin sərhədsiz istəklərini təmin etmək üçün sərf edərlər, başqa bir şey düşünməzlər. İstək və həvəslərini, bütün mənliklərini həsr etdikləri bir ilah etmişlər. Onların vəziyyətini Allah Quranda belə bildirir:

"Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? (Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 43-44)

Qəflətin əhəmiyyətli xüsusiyyətlərindən biri də insanın həqiqətlərdən uzaqlaşıb xəyal dünyasında yaşamasıdır. Məsələn, gənclər, daima gələcəklə əlaqədar xəyallar qurarlar və zehinlərini yalnız bununla məşğul edərlər. Qurulan xəyallar nəticəsində də sanki bu xəyallar həqiqətmiş kimi xoşbəxtlik duyarlar. Yaşa dolduqca isə insanlar daha məhdud xəyallar quraraq, daha çox xatirələrlə zaman keçirər və bunlarla yaşayarlar. Çox qısa bir zaman içində yaxınlarına danışa biləcəyi bir çox xatirə tapa bilər və bunları dilə gətirərkən o ankı həyəcan və ya kədəri sanki yenidən duyarlar.

Göründüyü kimi, qəflət içindəki insanların zehinləri, xəyallar və xatirələrlə sıx bir şəkildə məşğuldur. Amma əsl düşünülməli olan axirət günü, cənnət və cəhənnəm kimi həqiqətləri göz ardı edərlər. Bu insanlar nə fikirlərində, nə də ürəklərində Allah ilə əlaqə halında deyildirlər. Qafil insan, həqiqətləri, xəyallar və xatirələr arasında sadəcə istənməyən, dumanlı və qaranlıq bir çərçivə olaraq qəbul edər və həqiqətlər bir an ağlına gəldiyində bunları düşünməkdən imtina edərək dərhal öz ağlına görə bulanıq xülyalarına geri dönər.

Qəflət, gözləri görməyən bir insanın, obyektləri və insanları yalnız dumanlı ya da kompleks şəkillərdən ibarət görməsi kimidir. Bu vəziyyətdəki insan, gördükləri haqqında təfərrüatlı bir məlumata sahib ola bilməz. Ancaq eynək taxdığında, görüntü dəqiqləşər və hər şeyi ən incə təfərrüatına qədər görə bilər. Artıq görünüşdəki dəqiqlik sayəsində, eynəklər olduqda nə qədər az gördüyünün, hətta görə bilmədiyinin tam olaraq fərqinə varacaq.

Qəflət içindəki bir insan üçün də bənzər -Ancaq çox daha ciddi və vacib- bir qavrayış əskikliyi labüddür. Qəflət içində insanın Allahın varlığını, üstün izzət və şərəfini gərəyi kimi təqdir edə bilməsi mümkün deyil. Ancaq səmimi bir şəkildə qəlbən Allaha yönəldiyi, dua etdiyi, təfəkkür etdiyi və Allahın sərhədlərinə riayət etdiyi zaman, içində olduğu qəflətin ölçülərinin fərqinə varacaq. Bunun nəticəsində isə, qəflətin səbəb olduğu anlayış pozğunluğu Allahın izni ilə qalxacaq, həqiqətləri açıq və dəqiq bir şəkildə görüb qavrayacaq.