MÖMİNLƏR

Möminlərə qarşı qurulan tələlərin hamısı əvvəldən pozulmuşdu


Möminlərə qarşı qurulan tələlərin hamısı əvvəldən pozulmuşdu

İnkarçılar möminlərə qarşı mücadilə zamanı hər cür hiyləgər üsula əl atırlar. Bunlardan biri də möminlərin əleyhinə birləşib onlara qarşı müxtəlif tələlər qurmalarıdır. Həm sayca çox olduqlarından, həm də tələləri gizli qurduqlarından dolayı müvəffəqiyyətli olacaqlarını düşünən inkarçılar plan qurarkən iki nəfərin üçüncüsünün və üç nəfərin dördüncüsünün uca Allah olduğunu unudurlar. Allah`ın insanlara şah damarından daha yaxın olduğundan isə tamamilə bixəbərdirlər. Halbuki Allah gizlədib-gizlətməsələr də, ürəklərdə olanları biləndir. İnkarçıların möminlərin əleyhində ağıllarından keçirdiyi hər fikri, qurduqları hər planı Allah ən incəliyinə kimi bilir.

Ən əhəmiyyətlisi isə odur ki, hər şeyi bilən Allah Quranda inkarçıların qurduğu tələlərin hamısının öncədən pozulmuş olduğunu xəbər vermişdir. Nə qədər hiyləgər olursa-olsun, möminlərin əleyhinə qurulan tələləri hər şeyin yaradıcısı olan Allah`ın pozacağı Quranda belə bildirilir:

... Həqiqətən də Allah kafirlərin hiyləsini zəiflədər. (Ənfal surəsi, 18)

Öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allah`a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

Bununla yanaşı, Allah qurulan tələlərin saleh qullarına zərər verə bilməyəcəyini, əksinə, inkarçıların özünə dönəcəyini xəbər vermişdir:

... Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah`ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah`ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)

Bu yerdə önəmli bir şeyi qeyd etmək lazımdır: inananlar Allah`ın bu vədinə (inkarçıların tələlərini puç etməsinə) tam olaraq inanırlar. Allah`ın daima onlara yardım etdiyini bilir və buna görə həmişə təvəkkül edirlər. Əvvəldən etibarən üzərində dayandığımız kimi, mütəvəkkil olduqlarına görə hər hadisənin xeyir və hikmətlərini görür, görməsələr də, mütləq özlərinin xeyrinə bitəcəyinə qətiyyətlə inanırlar.