Quran

Quranda müsəlmanın kitab əhlinə və ateist sionizmə münasibəti necə olmalıdır?


Quranda müsəlmanın kitab əhlinə və ateist sionizmə münasibəti necə olmalıdır?

Hər müsəlmanın yəhudi dininə və yəhudilərə münasibəti Quranda bildirildiyi şəkildə olmalıdır. Allah Quranda yəhudilərin eynilə xristianlar kimi "Kitab Əhli" olduqlarını bildirir. Yəhudilər də, müsəlmanlar da tək Allaha iman edir, Allahın göndərdiyi peyğəmbərlərə sevgi və hörmətlə itaət edirlər. Hz. İbrahim, Hz. İshaq, Hz. Yusuf, Hz. Musa, Hz. Davud, Hz. Süleyman yəhudilər üçün nə qədər önəmlidirsə isə, müsəlmanlar üçün də o qədər önəmlidir. Müsəlmanların yəhudilərə və xristianlara çağırışı isə Quranda belə bildirilmişdir:

Bizə və sizə endirilənə iman etdik; bizim İlahımız da, sizin İlahınız da birdir və biz ONA təslim olmuşuq. (Ənkəbut surəsi, 46)

Müsəlmanlarla yəhudilər arasında hər cür ictimai əlaqə ədalət, barış və təhlükəsizlik çərçivəsində olmalı, müsəlmanların yəhudilərə qarşı münasibəti də hər zaman bağışlayıcı və xoşgörüşlü olmalıdır.

Tarixin müxtəlif dövrlərində yəhudilər bir çox haqsız zülmə və hətta soyqırıma məruz qalmışlar. Bu vəhşilikləri hazırlayan əsas qüvvə antisemitik ideologiyalardır. Antisemitizm, 20-ci əsrdə də bir çox fəlakətə qol çəkmişdir. Ümumiyyətlə, yəhudi düşmənçiliyi olaraq tanınan bu terminin əsl mənası sami düşmənliyidir; yəni sami irqindən gələn, digər bir ifadəylə semitik millətlərə qarşı duyulan nifrəti ifadə edir. Semitik millətlərə düşmənçiliyin əsl səbəbi isə onlara vəhy edilmiş İlahi dinlərə qarşı duyulan nifrətdir. Bir başqa ifadəylə, nasizm və buna bənzər faşist ideologiyalarda görülən "yəhudi düşmənlçiiyi", əslində "din düşmənçiliyi"dir. Başqa sözlə antisemitizm, heç bir müsəlman tərəfindən mənimsənməsi mümkün olmayan paqan bir təlimdir. Antisemitizmi müdafiə edən və qızışdıran ideoloqlara baxdıqda isə bu insanların bütpərəst ənənələrə qayıdışı müdafiə edən, yəni döyüşçü, mərhəmətsiz, qan tökməkdən zövq alan, sərhəd tanımaz, barbar əxlaqlı insanlar olduğunu görürük. Bunlar, peyğəmbərlərin gətirdiyi, barışı, təvazökarlığı, sevgini, mərhəməti müdafiə edən haqq din əxlaqına qarşı olan insanlardır. Bu kimi zalımlara qarşı müsəlmanlar və yəhudilər eyni mövqedədirlər.

İslam dininin məqsədi dünyaya ədalət gətirməkdir və bu dində hər cür irqçilik kimi antisemitizm də qınanılır. Müsəlmanlar bütün insanlar kimi yəhudilərin də sülh və dinclik içində yaşamaq haqqını müdafiə edirlər. Tarix boyu, müsəlmanların bu əxlaqları yəhudilərin sıxıntı və çətinlik içində olduqları müxtəlif dövrlərdə islam torpaqlarına sığınmaları ilə nəticələnmişdir. İspaniyadan qovulan yəhudilərə, Osmanlı İmperatorluğu qapılarını açmış və yurdlarından çıxarılan minlərlə yəhudini Osmanlı sığınacaq vermişdir. Xristian dünyasında tez-tez rast gəlinən antisemit təzyiqlərə islam torpaqlarında heç bir zaman rast gəlinməmişdir. İslam torpaqlarında yəhudilər və müsəlmanlar bir yerdə, dinclik və təhlükəsizlik içində qardaşcasına illərlə bərabər yaşamışlar. Bu təhlükəsizlik mühitini təmin edən İslam əxlaqıdır.

Bir müsəlman yəhudilərlə bağlı olan hər düşüncə və davranışında bu həqiqətləri unutmamalıdır. Lakin yəhudilik ilə ateist sionizmi də bir-birindən ayırmaq lazımdır. Fələstində illərdir ki, dayanmaq bilməyən müharibə və döyüşün, axan gözyaşının və qanın ən əsas səbəbkarı Allahı dana sionist ideologiyadır. Çünki, xüsusilə qərb dünyasında ateist siyonizm həqiqi mənası ilə tanınmır, bu dinsiz ideologiyanın əsl planı bilinmir. Qərbdə bir çox insan -yanlış məlumatlandırmanın təsiriylə- ateist sionizmin yəhudilərə müstəqil bir yurd təmin etməyi hədəfləyən günahsız bir ideologiya olduğunu düşünür, hətta bu səbəblə, bəzi insanlar bu ideologiyaya simpatiya ilə yaxınlaşırlar. Halbuki, əsl həqiqət elə deyil.

Hal-hazırda Sionizm iki fərqli şəkildə görünür. Bunlardan birincisi, İsraildə sülh və dinclik içində müsəlmanlarla birlikdə yaşamaq istəyən, təhlükəsizlik axtaran, ulu babalarının torpaqlarında ibadət edib, ticarət edib yaşamaq istəyən dindar yəhudi xalqının düşüncəsi olan sionizmdir. Müsəlmanlar bu mənadakı sionizmi dəstəkləyirlər. Dindar yəhudi xalqının, özləri üçün müqəddəs olan torpaqlarda güvən və dinclik içində yaşamaları, Allahı xatırlamaları, sinaqoqlarında ibadətlərini etmələri, torpaqlarında elm və ticarətlə məşğul olmaları fəxr edəcəyimiz bir şeydir.
Səmimi dindar bir yəhudinin Tövrata əsaslanan sionist inancı Quranla ziddiyyət təşkil etmir. Çünki, yəhudilərin o bölgədə yaşamaları Quranda işarə edilən bir gerçəkdir. Quranda Allah İsrailoğullarını yaşadıqları bu torpaqlarda yerləşdirdiyini belə bildirir:
Musa öz qövmünə (belə) demişdi:

Ey qövmüm, Allahın üzərinizdəki nemətini xatırlayın; içinizdən peyğəmbərlər çıxardı, sizdən idarəçilər etdi və aləmlərdən heç kimə vermədiyini sizə verdi. Ey qövmüm, Allahın sizin üçün yazdığı (girmənizi əmr etdiyi) müqəddəs yerə girin və geri qayıtmayın; yoxsa itkiyə uğrayanlar olaraq çevrilərsiniz. (Maidə surəsi,20-21)

Ancaq müsəlmanlar olaraq tənqid etdiyimiz və təhlükə olaraq göstərdiyimiz, "dinsiz, Allahsız sionizm"dir. Allahın varlığını, birliyini müdafiə etməyən, materialist, darvinist anlayışı təşviq edərək dinsizlik propaqandası edən, bu Allahı inkar edən sionistlər, dindar yəhudilər üçün də təhlükədir. Dinsiz sionizm, hal-hazırda barışa, dincliyə, gözəl əxlaqa qarşı mübarizə aparır; davamlı fitnə, qarışıqlıq çıxarır, qan tökür. Sionizmin məqsədinin yəhudilər üçün bir yurd təmin etmək olduğu və sionistlərin bu istiqamətdə mübarizə apardıqları doğrudur. Lakin bu mübarizə, "ateist sionistlər" olaraq adlandırdığımız bəzi qruplar tərəfindən tarixin bəlkə də ən mərhəmətsiz, ən zalım üsullarının istifadə edildiyi haqsız bir mübarizəyə çevrilmişdir.

19-cu əsrdə inkişaf edən sionizm yəhudilərə bir yurd təmin etmək məqsədi ilə yola çıxmış, bunun üçün yəhudilər tərəfindən də müqəddəs olan Fələstin torpaqlarını seçmişdir. Bura qədər məqbul və qanuni olan bu hədəf, Fələstində yaşayan müsəlman ərəb xalqın yox sayılması ilə birlikdə, ateist sionistlər tərəfindən mərhəmətsiz bir koloniyalaşdırma və etnik təmizləmə proyektinə çevrilmişdir. Bu dövrdə ateist siyonistlərin ən sıx istifadə etdikləri "torpaqsız bir xalq üçün xalqsız bir torpaq" şüarı, həqiqətdən kənar bir təbliğatdır. Çünki o dövrdə nə yəhudilər torpaqsız olub, nə də Fələstin torpaqları xalqsız. Sionistlərin Fələstində başlatdıqları köç hərəkatı, Orta Şərqdə qarışıqlığın da başlanğıcı olmuşdur. Çünki, bəzi sionistlər yeni gəldikləri bu torpaqlarda, bölgənin xalqı ilə bir yerdə yaşamaq əvəzinə, onları evlərindən çıxarmış, yurdlarından sürgün etmişlər. Əgər ateist sionist idarəçilər bu torpaqlara gətirdikləri yəhudilərin Fələstin torpaqlarında yaşayan xalqlarla sülh içində yaşamalarını təmin etmiş olsadılar, bu xaos ortaya çıxmayacaqdı. Ateist sionistlər digər dinləri və millətləri heçə sayaraq, "vəd edilmiş torpaqlar" olaraq xarakterizə etdikləri geniş bir bölgəni hakimiyyətləri altına almağı hədəfləmişdilər. Bunun üçün də zalım üsullara müraciət etmişdilər. Bundan əlavə, ateist sionizmin planları yalnız Orta Şərq ilə məhdud deyil. Ateist sionizm dünya hakimiyyəti hədəfində olan dindən kənar və irqçi bir ideologiyadır, başqa sözlə bütün dünyadakı sülhü təhlükə altında qoyur. Ateist siyonist ideologiyanın yəhudilər üçün çəkmiş olduğu xəritə çox geniş bir coğrafiyanı əhatə edir. Theodore Herzlin 1897-ci ildə sionist konqressdə etmiş olduğu bir çıxışda bu coğrafiyanın ‘şimal sərhədləri Kapadokyadakı dağlara, cənub sərhədləri isə Süveyş kanalına´ söykənir. İsrail dövlətinin qurucularından Ben Gurion isə sionizmin hədəfi olan sərhədləri belə təyin etmişdir:

Fələstinin bugünkü xəritəsi İngilis mandat rəhbərliyi tərəfindən çəkilmişdir. Yəhudi xalqının, gənclərimizin və yetkinlərimizin yerinə yetirmələri lazım ola başqa bir xəritə də var; Nildən Firata qədər.

Göründüyü kimi, əgər Allahsız sionizm yalnız yəhudilər üçün bir yurd təşkil etməyi qarşısına məqsəd qoysaydı, qanuni bir hərəkət olardı. Ancaq dinsiz sionizm müstəmləkəçi və işğalçı bir proyektə çevrilərək bu haqlı tələbdən uzaqlaşmışdır. İslam dini necə ki irqçi bir ideologiya olan antisemitizmi qəbul etmirsə, eyni şəkildə yenə irqçi bir ideologiya olan ateist sionizmi də qəbul etmir. Ancaq bu unudulmamalıdır ki, dünyadakı hər yəhudi sionist deyil. Necə ki ateist sionizmin törətdiyi cinayətlərlərə qarşı çıxan, bunları tənqid edən, İsrailin bütün işğal etdiyi torpaqlardan geri çəkilməsi fikrini dəstəkləyən, İsrailin hər cür millətin və şəxsiyyətin bir yerdə və bərabər şəkildə yaşaya biləcəyi azad bir dövlət olmasını müdafiə edən bir çox yəhudi vardır. Bu səbəblə, müsəlmanlar ateist siyonizmə haqlı olaraq qarşı çıxarkən, bu gerçəkləri də unutmamalı, edilən tənqidlərin yəhudilərə deyil, Allahsız siyonizmə istiqamətli olduğunu çox yaxşı bilməlidirlər. Çünki əgər bir insan, ateist siyonizmin cinayətlərinə görə, günahsız yəhudi insanları tənqid etsə və incitsə, ədaləti tapdalamış olar. Ateist siyonist ideologiyanın haqsız işğal və hücumlarına görə, dünya üzərindəki fərqli yəhudi camaatlarını, məsələn ölkəmizdəki yəhudi inancına bağlı vətəndaşlarımızı qınasa, yenə ədaləti tapdalamış və yanlış etmiş olar. Ateist sionist ideologiyanı mənimsəyənlərin hücum və işğallarına qarşı, İsrail vətəndaşlarını hədəf alan terror hadisələri nizamlayarsa, ədalətdən tamamilə uzaqlaşmış, günahsız insanları hədəf alaraq çox böyük bir günah işləmiş olar.

Quranda yəhudilərin Hz. İbrahimin soyundan gələn və Allahın qiymətli elçilərinin də soyu olan mübarək bir nəsil olduğu bildirilir. Şübhəsiz, yəhudilərin dünyanın istədikləri yerinə köç etmələri və orada özlərinə yeni bir yurd qurmağa çalışmaları son dərəcə haqlı bir tələbdir. Bu səbəblə də, yəhudilərin, özləri üçün müqəddəs olan torpaqlarda yaşamaq istəmələri onların ən təbii haqqlarıdır. Gəlmiş-keçmiş bütün atalarının məzarları bu torpaqlardadır və bu torpaqlar onlar üçün çox böyük bir məna daşıyır. Necə ki, Quranda Allah İsrailoğullarını yaşadıqları bu torpaqlarda yerləşdirdiyi bildilir.
1- Theodore Herzl, The Complete Diaries of Theodore Herzl, cilt 2, sf. 711 

2- Yosef Heller, The Struggle for the State: Zionist Diplomacy of the Years 1936-48 (Jerusalem 1985, Jewish Agency protocols, Hebrew); http://www.zmag.org/chomsky/dd/dd-after-s13.html#FN43