Münafiqlər gücü və əzəməti inkarçıların yanında axtararlar
..Gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)
Münafiqlərin bütün dəyər mühakimələri yanlış olduğu üçün inkarçılara qarşı fikirləri də tamamilə yanlışdır. Allaha inanmayan, din əxlaqını yaşamayan və bu əxlaqın yaşanmaması üçün mübarizə aparan bu insanlara qarşı sevgi bəsləyirlər. Çünki inkarçılardan bəzi mənfəətlər umur və buna görə də onlar haqqında hər şeyi əhəmiyyətli görürlər. Onlar tərəfindən ucaldılmaq, onların dəyər mühakimələrinə görə üstün olmaq münafiqlər üçün olduqca əhəmiyyətlidir. Gücün və əzəmətin yalnız Allah qatında olduğunu qavraya bilmirlər. İnkarçıların çoxluğu onları aldadır. Buna görə də münafiqlər inkarçıları daha güclü və daha üstün hesab edirlər. Amma münafiqlərin bilmədikləri, daha doğrusu qavraya bilmədikləri bir gerçək də var; Allah möminləri hər zaman qoruyur və dəstəkləyir. Allah inkarçılarla mübarizələrində möminləri hər zaman dəstəkləmiş və onları qalib etmişdir. "Nisa" surəsində bu gerçək "Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir." (Nisa surəsi, 141) şəklində bildirilmişdir.