MÜNAFİQLƏR

Münafiqlər təvəkkülsüzdürlər


Münafiqlər təvəkkülsüzdürlər

İmanın ən önəmli əlamətlərindən biri insanın Allaha qarşı güvəni və təslimiyyətidir. Quranda "təvəkkül" olaraq adlandırılan bu xüsusiyyət səmimi iman gətirənlərlə qeyri-səmimi insanlar arasındakı ən əsas fərqlərdən biridir. Allaha səmimi iman gətirən insan qarşısına çıxan hər hadisənin özü üçün mütləq xeyir olduğunu bilir və təvəkküllü davranır. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə bildirir:

Onlar səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir. (Nəhl surəsi, 42)

Münafiq isə qarşılaşdığı hadisələr qarşısında təvəkküllü davranmır və hər şeyin öz əleyhinə olduğuna inanır. Qəlbində Allah inancı olmadığı, dünya ilə bağlı qorxu və narahatçılıq içərisində olduğu üçün hər an bir təhlükə ilə üzləşəcəyindən qorxur.
Bunun ən əsas dəlili qarşılaşdıqları çətinlik anlarıdır. Quranda mübarizə dövrləri bunun açıq dəlili olaraq göstərilir. Peyğəmbərimizin (səv) dövründə müharibə olduqda münafiqlər Allaha təvəkkül etməmiş və ölüm ayağında bayılan adamlar kimi qorxuya düşmüşlər.

...Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi dönüb sənə baxdıqlarını görürsən... (Əhzab surəsi, 19)
O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmışdı... (Əhzab surəsi, 10)

Allah Peyğəmbərimizin (səv) dövründə müharibə zamanlarında münafiqlərin qorxuya düşdüklərini Qurandakı başqa bir ayədə belə bildirir:

Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar, yaxud (gizlənməyə) bir deşik tapsa idilər, ləngimədən ora yönələrdilər. (Tövbə surəsi, 57)