MÜNAFİQLƏR

Münafiqlər yalan danışmaq üçün and içirlər


Münafiqlər yalan danışmaq üçün and içirlər

Yalan münafiqlərin mömin camaatı içində özlərini gizlətmək və saxtakarlıqlarını ört-basdır etmək üçün ən çox əl atdıqları yollardan biridir. Buna görə də münafiqlər möminlərə yalan danışmağı vərdiş halına gətiriblər. Bu yalanlarla möminləri inandırmaq üçün tez-tez and içirlər. Allah onların bu mövzudakı gerçək niyyətlərini belə xəbər verir:

Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi, 16)

Quranda münafiqlərin yalandan and içdiklərinə dair başqa bir ayədə belə buyurulur:

Onlar bilə-bilə yalandan and içirlər. (Mücadilə surəsi, 14)

Digər tərəfdən, münafiqlər yalan danışarkən bunun ortaya çıxmayacağını və ya qarşılıqsız qalacağını düşünməklə çox yanılırlar. Çünki Allah onların yalan danışdığını bilir (Tövbə surəsi, 42) və buna görə də onlar üçün böyük əzab var (Bəqərə surəsi, 10).