MÜNAFİQLƏR

İman gətirdikdən sonra inkar edirlər


 İman gətirdikdən sonra inkar edirlər

Allaha and içirlər ki, (nalayiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar... (Tövbə surəsi, 74)

Münafiqlər də fərqli olurlar. Məsələn, bəziləri mömin topluluğunun içinə yalnız maddi mənfəət qazanmaq üçün girir, bəziləri də məhz onlara olan kinlərindən aralarına girib əleyhlərində planlar qurmağa çalışırlar. Bunlardan başqa, iman gətirərək möminlərin arasına girən, ancaq sonradan qəlbləri qatılaşaraq imanlarını itirən və onlardan ayrılan münafiqlər də olur. Bu insanlar iman gətirdikdən sonra niyyətlərini pozmuş və inkar etmişlər. Halbuki onlar əvvəlcə Allaha və möminlərə bağlı olacaqlarına dair söz vermiş və imanlarında qərarlı olacaqlarına dair vəd vermişdilər. Bu ikiüzlü davranışları Quranda belə ifadə edilir:

O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozurlar... (Bəqərə surəsi, 27)