Adamlıq DİNİ

Qadınların cəmiyyətdə qarşılaşdığı çətinliklər


Qadınların cəmiyyətdə qarşılaşdığı çətinliklər

 

Dindən uzaq cəmiyyətlərdə qadınların qarşılaşdıqları ən böyük problemlərdən biri də boşandıqdan sonra yaşanan çətinliklərdir. Evləndikdən sonra həyat yoldaşları işləməyə icazə vermirsə və bunun ucbatından maddi cəhətdən həyat yoldaşlarından asılı yaşamaq məcburiyyətində qalan qadınlar boşananda son dərəcə çətin vəziyyətdə qalırlar.

Boşanan qadınlar - bəzilərinin hər hansı peşəyə sahib olmaması, bəzisinin yaşının çox olması, bəzisinin iş qabiliyyətinin olmaması, bəzisinin isə heç bir əlavə ictimai haqqının olmaması ucbatından böyük çətinliklərlə qarşılaşırlar. Bundan başqa, boşandıqdan sonra hər iki tərəfin özünə görə tələblərinin olması, tərəflərin yalnız öz mənfəətlərini düşünməsi bu problemləri daha da çətinləşdir.

Halbuki Quran əxlaqını yaşayan cəmiyyətdə belə çətinliklər yaşanmır. İnsanların evlilikləri kimi boşanmaları da könül razılığı ilə olduğundan evlənərkən həyat yoldaşları ilə aralarındakı hörmət və sevgi boşanarkən də eyni şəkildə qorunur. Çünki iki tərəf də bir-birini qadın və ya kişi kimi deyil, Allah`a iman gətirən insanlar kimi təqvalarına görə qiymətləndirir və bu baxımdan gözəl davranırlar.

Bununla belə, Quranda qadınların boşanma vəziyyətlərində çətinliyə düşməmələri üçün bir çox tədbir vardır. Məsələn, qadınlara maddi baxımdan zəmanət verilmişdir. Hər iki tərəfin qarşılıqlı razılaşması nəticəsində təyin olunan maddi yardım və boşanan qadınlara necə davranılacağı ayələrdə belə təsvir edilmişdir:

Boşanan qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir. (Bəqərə surəsi, 241)


…Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey versin! Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir. (Bəqərə surəsi, 236-237)


Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allah`ın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər. (Talaq surəsi, 7)


Bundan başqa, qadınlarla evlilik əsnasında verilən malların boşandıqdan sonra geri alınmaması ayələrdə qeyd edilmişdir. Boşanan qadınların ehtiyaclarının təmin edilməsi, qadınlara zorla varis olunmağa cəhd edilməməsi də ayələrdə diqqət çəkilən mövzulardandır.

Bura qədər izah edilənlərdən göründüyü kimi, həll yolu Quran əxlaqının yayılmasındadır. Quran əxlaqının yaşandığı cəmiyyətdə bütün ictimai problemlərdə olduğu kimi, burada da qadınların çətin vəziyyətdə qalmaları, xor baxılmaları, çətinlik çəkmələri kimi məsələlər baş verməyəcək.