MÜNAFİQLƏR

Münafiqlərin şüuru dinə qapalıdır. Başa salarsan başa düşməz. Ancaq şeytanın hər təlqininə açıqdır


Münafiqlərin şüuru dinə qapalıdır. Başa salarsan başa düşməz. Ancaq şeytanın hər təlqininə açıqdır

Küfrə güvənmək, müsəlmana güvənməmək çox alçaldıcıdır. Allah bu əxlaqsızlığın intiqamını alır.

“Onların adlı-sanlı adamları çıxıb gedərək (dedilər): “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu (sizdən) istənilən bir şeydir.”  (Sad surəsi, 6)

Münafiqlər cahiliyyə sistemindən heç əl çəkmirlər. O sistemi güclü hesab edib ona bağlı qalırlar. Sonda mütləq məğlub olacaqlar.

Münafiqlər küfr sistemini çox güclü hesab etdikləri üçün müsəlmanların zəif olduğunu düşünürlər. Halbuki gücün sahibi Allahdır.

Musa (əs) dövründə münafiqlər məhz yemək üçün Musaya xəyanət edirlər. Kölə olmağı qəbul edib, sırf yemək üçün o sistemə qayıdırlar.

Firon və yaxın ətrafı kimi ayədə bildirilən Fironun dərin dövlətidir. Onlar ancaq öz adamlarını maddi imkanla təmin edirdilər.

Münafiq, öz aləmində, müsəlmanı tələyə salmaq üçün ona hər tərəfədən hiyləgərcə yaxınlaşır və dünyaya çəkməyə çalışır.

Dərin dövlətin münafiq ordusunun dağıdılması İslam aləmi üçün çox əhəmiyyətlidir. Bu da elmlə, irfanla, maarifləndirmə ilə edilər.

Münafiqlərə qibtə edən zəif imanlı insan çoxdur, ona görə bu mövzunu əhəmiyyətsiz hesab etmək olmaz. Elmlə tədbir alınmalıdır.

Münafiq insanları Allah ilə aldadır. İngiltərə “dərin dövləti” də rumilik adı altında İslamın əvəzinə yeni bir din təqdim edərək insanları aldadır.

Keyfiyyətli müsəlman münafiqlik yaxşı ifşa olunduqda ortaya çıxır. Münafiqlərin əlamətləri yaxşı bilinməlidir.

Möminlər arasında sahibkar,  işçi fərqi yoxdur.İrq fərqi yoxdur. Biri digərindən irqinə, vəzifəsinə görə üstün deyil, ölçü təqvadır.

Münafiq küfrə heyrandır, hər əməlində, hər sözündə küfr aydın seçilir.

Münafiq güddüyü mənfəəti əldə edə bilmədikdə çox vəhşiləşir.

Münafiqlər çirkin üslubları ilə həm müsəlmanların başına bəla olurlar, həm də müsəlmanlar əleyhində təbliğat aparırlar.

Elə düşünürlər ki, münafiqlər təkcə müsəlmaların əleyhinədirlər. Haşa, Allahdan, Peyğəmbərimizdən (səv) də heç xoşları gəlmir. Buna görə müsəlmanları sevmirlər.

Münafiqlərin söhbətlərində, hərəkətlərində həmişə gizli mesajlar vardır. Özləri kimi olanlar bu mesajları dərhal başa düşürlər.

Münafiq özünü möminlərdən gizlətməyə çalışır, əsl üzünü şeytana göstərir.

Münafiqlər gecə vaxtı daha çox fəaliyyətdə olurlar. Gecələr İslam əleyhində gizli fəaliyyət göstərirlər.

Dırar Məscidini quran münafiqlər o dövrün dərin dövləti olan Rum dövləti ilə əlbir idilər.

Dırar məscidinə silah toplamışdılar. Peyğəmbərimizə (səv) sui-qəsd etməyi planlaşdırırdılar. Sözdə isə, xəstələr üçün məscid qurduqlarını deyirdilər.