MÜNAFİQLƏR

Münafiqlər dünya həyatını seçərək çoxbilmişlik etdiklərini düşünürlər, ancaq həyatlarının hər anı əzabdır, iztirabdır


Münafiqlər dünya həyatını seçərək çoxbilmişlik etdiklərini düşünürlər, ancaq həyatlarının hər anı əzabdır, iztirabdır

İslam aləmi üçün ən böyük təhlükə münafiqlərdir. İngiltərə “dərin dövləti” də hər yerdə onlardan istifadə edir. Onları yaxşı təsvir edib üzə çıxartmaq vacibdir.

Dəccaliyyətdən bəhs etdik, ancaq tam başa düşülməsi üçün İslam aləmi içindəki qolu olan münafiqlər yaxşı izah edilməlidir.

Münafiqlər müsəlmanın imtahanının mühüm hissəsidir. Quranda ətraflı şəkildə izah edilir. Müsəlmanlar bu iblisləri yaxşı tanımalıdırlar.

Müsəlmanlara bəla gətirən üslublardan istifadə edənlər münafiqlərdir. Müsəlman aləminin üzərindəki bəlanın qalxması üçün deşifrə edilməkləri çox vacibdir.

Mömin münafiqin zəhərini təmkinlə zərərsizləşdirər. Ağıl və imanla elmi mübarizə aparar.

Müsəlman heç kimə “sən münafiqsən” deyə bilməz, ancaq Qurandan ayələrə uyğun olaraq tədbir alar.

Habil-Qabil qissəsindəki kimi və Yusifin qardaşları kimi münafiqlər sevgini bəhanə gətirərək qısqanclıq göstərir və pislik edirlər.

Dindarlığı hiss etdirmədən yaşamağa çalışmaq müsəlmana bərəkətsizlik gətirir. Müsəlman Allaha olan sevgisi ilə bərəkət tapır.

Tarix boyu imanı zəif bəzi kəslərin fikri həmişə küfrün yanında qalıb. Möminlərlə birlikdə olsalar dünya nemətlərini itirəcəklərini düşünürlər.

Mal-mülk, əyləncə küfrə sevinc gətirməz. Firon və yanındakılar çox zəngin idi, ancaq çox əzab çəkirdilər. Narkotiklə əzablardan xilas olmağa çalışırdılar.

İslamdan uzaq olmağın bərəkət gətirdiyini düşünmək çox böyük səhvdir. Bu, müsəlmana ancaq uğursuzluq gətirir.

Müsəlman öz mübarizəsinə xəyanət etsə, hər kəsə, ailəsinə də xəyanət edər. Çox alçaldıcı vəziyyətdir.