Adamlıq DİNİ

ALLAHIN QURANDA BİLDİRDİYİ “DANIŞMAQ ÜSLUBU”


ALLAHIN QURANDA BİLDİRDİYİ “DANIŞMAQ ÜSLUBU”

(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər. (Ə´raf Surəsi, 168 )

Allahın Quranda bildirdiyi bu həqiqət Həzrəti Adəmdən bəri davam edir. Yəni, hər cəmiyyətdə həm iman edən, həm inkar edənlər var. İman edib Allahın əmr və qadağalarına əməl edənlər Allahın Quranda bildirdiyi həyatı yaşayaraq Allahın razılığını qazanmağı qarşılarına məqsəd qoyaraq Cənnət ümidi ilə lazım olduğunda hər cür çətinliyə səbir göstərirlər. Böhtan, hücum, həbs, sürgün və şəhid edilmə kimi vəziyyət olsa belə, əsla Allahın razılığını qazanma istəklərindən imtina etmirlər.

İman edən bu cəmiyyətin yanında Quranda bildirildiyi kimi Allahın əmrlərinə əməl etməyən, həyatını öz istək və ehtirasları uğruna yaşamağı seçən, şeytanı dost qəbul edib müsəlmanlara zərər verəcəyini düşündüyü fəaliyyətlər həyata keçirməyə çalışan, bu fəaliyyətlər əsnasında böhtan, yalan, hücum kimi Qurana tamamilə zidd olan hərəkətləri etməkdən çəkinməyən bir qrup da var. Bu qrupu müşriklər, inkar edənlər və cəhənnəmin ən alçaq təbəqəsinə atılacaq olan münafiqlər meydana gətirirlər. Allah Quranda, öz dinini sahiblənməyən, qorumayan, açıqlamayan hətta gizlədən, ortadan qaldırmağa və zərər verməyə çalışan inkar edən bu birlikdən bəhs edərkən onların bu alçaq xarakterini vurğulayacaq sözlər istifadə etmişdir. Allah bu həqiqəti Tövbə Surəsinin 9-cu ayəsində bu şəkildə bildirir:

‘...Həqiqətən, onların gördükləri iş necə də pisdir!. ‘ (Tövbə Surəsi 9)

Allah Cəhənnəm üçün yaratdığı inkar edənlərə, müşriklərə və münafiqlərə ayədə “heyvanlar kimidir, hətta daha alçaqdır” deyə xitab edir:

Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! ( Ə´raf Surəsi, 179 )


İnkar edənlər Allahın əmr və qadağalarına əməl etmirlər. Müşriklər daşdan bütə tapanlar olduğu kimi indiki zamanda insanlar, pulu, malı və müxtəlif dünya vasitələrini Allaha şərik qoşurlar . Ya da dindar olduğunu iddia edərək, Allah adına dində olmayan bəzi hökmlər, qaydalar icad edir, halallar, haramlar qoyur, dini öz istək və arzularına, maraq və fikirlərinə görə dəyişdirməyə, kökündən və əslindən yayındırmağa cürət edirlər. Münafiqlər isə müsəlmanlar arasında özünü səmimi kimi göstərib hiyləgərcəsinə fitnə və təxribat çıxarmağa, onlara zərər verməyə çalışan şeytanın təriqəti olan qrupdur. Allah bu qrupların dünya həyatında və axirətdəki cəzalarının rüsvayçılıq olacağını Qurandakı bu ayə ilə bildirir:

... Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir. ( Bəqərə Surəsi, 85 )

Allah Quranda bir çox ayədə inkar edənləri, münafiqləri və müşrikləri “meymunlar, vəhşi eşşəklər, içi boş kötük, kötüklər, taxta-kötük, donuzlar” kimi ifadələr istifadə edərək alçaldır. Bəzi ayələrdə “Allah onları qəhr etsin”, “heyvan kimidirlər, hətta daha alçaqdırlar”, “alçaqlar”, “dalaşqan” kimi ifadələr keçir. Bu ayələr bu şəkildədir:

(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər. ( Ə´raf Surəsi, 168 )

Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! ( Ə´raf Surəsi, 179 )


Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar. (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər! ( Munafiqun Surəsi, 3-4 )


Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir (zəlil) meymunlar olun!” – deyə əmr etdik. (Ə´raf Surəsi, 166 )


De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır! ( Maidə Surəsi, 60 )



Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!

Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).

Onlar sanki vəhşi eşşəklərdir. (Muddəssir Surəsi, 48-50)


(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. (Bəqərə Surəsi, 130 )


... Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir. (Bəqərə Surəsi, 85)


(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana; Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya - (Qələm Surəsi, 10- 13)


... Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!. ( Həcc Surəsi, 18 )


... Həqiqətən, onların gördükləri iş necə də pisdir!. ( Tövbə Surəsi, 9 )


(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik. (İsra Surəsi, 8 )


"Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir! ( Loğman Surəsi, 19 )


Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik. ( Bəqərə Surəsi, 65 )


Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. ( Haqqə surəsi, 7 )


Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik. O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! ( Qəmər Surəsi, 19- 21 )

Sevgi, şəfqət və hörmət göstərilməsindən anlamayan, Allahın, Quranın və müsəlmanların əleyhinə fəaliyyət göstərməyi həyatının məqsədi hesab edən insanlara qarşı müsəlmanların rəftarının necə olacağı Quranda bu şəkildə bildirilir:


Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin. ( Tövbə Surəsi, 14 )


Allah zülm edən bu qrupu müsəlmanların vasitəsi ilə mənəvi olaraq əzab verəcəyini və alçaldacağını bildirir və müsəlmanların bu vasitə ilə qazanacağı mənəvi zəfəri və xoşbəxtliyi onlara müjdələyir. Buna görə də Allah aşiqi olan, Allah sevgisi ilə yaşayan, müsəlmanlara qarşı şəfqətli, mərhəmətli, bütün insanları qardaşlıq şüuru ilə birləşdirməyə çalışan Hörmətli Adnan Oktar da Allahın Quranda əmr etdiyi bu üslubla danışır və yaşayır. Yəni, Hörmətli Adnan Oktar inkar edənlər, müşriklər və münafiqlərdən Allahı, Peyğəmbəri və dini düşmən hesab edənlərin səhv məntiqlərini qınamaq məqsədi ilə Allahın Quranda əmr etdiyi bu danışma üslubunu istifadə edir.