İnkar edənlər

Nəfsə uyğun batil din planının yayılma səyləri


Nəfsə uyğun batil din planının yayılma səyləri

 Nəfsə uyğun dinin müdafiəçiləri insanları Allah`ın bəyəndiyi həyatı və Quran əxlaqını yaşamağa dəvət etmək əvəzinə, nəfslərinin rahatlığını əsas götürərək bu saxta dinin təbliğatını aparırlar. Həm özlərini, həm də ətraflarındakı insanları bu yanlış din anlayışının doğruluğuna inandırmağa çalışırlar.

Halbuki, nəfslərinin məmnuniyyəti və rahatlığı düşünülərək qurulan belə bir din anlayışına heç cür etibar etmək olmaz. Allah bir ayədə "De: “Siz dininizi Allah`amı öyrədirsiniz?” Halbuki, Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir." ("Hucurat", surəsi, 16) şəklində bildirmişdir. İnsan üçün hər şeyin ən doğrusunu bilən yalnız sonsuz elm sahibi Rəbbimizdir.

Bu əxlaq isə ancaq insanın bütün həyatını Allah`ın müəyyən etdiyi və Quran ilə bildirdiyi şəkildə yaşaması ilə mümkün ola bilər.

Uca Allah Quranın bütün insanları"qaranlıqdan nura çıxaracaq bir hidayət, bir rəhmət və müjdə"olduğunu bildirmişdir. Rəbbimiz insanlara həyatları boyu qarşılaşa biləcəkləri hər məsələdə onları qurtuluşa aparacaq doğru yolu Quran ayələri ilə göstərmişdir. Daima davam edən rahatlıq, xoşbəxtlik və gözəl bir həyat yaşamağı bacarmağın, nemətə qovuşmağın sirrini bildirmişdir.

    İnsanlardan eləsi də vardır ki, Allah`a şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (´´Həcc’’ surəsi, 11)

Əsl din əxlaqı nəfsin deyil, Allahı’n məmnuniyyətini və razılığını qazanmaqdır.