MÖMİNLƏR

Möminin heç nə üçün kədərlənib məyus olmaması imanı doğru anladığını göstərir


Möminin heç nə üçün kədərlənib məyus olmaması imanı doğru anladığını göstərir

İnsanın gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı hər hadisəni, eşitdiyi hər sözü, gördüyü hər təfsilatı yaradan Allah`dır. Allah sonsuz qüvvət, sonsuz ağıl, sonsuz ədalət və sonsuz hikmət sahibidir. "Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq." ayəsi ilə də bildirildiyi kimi, Allah hər şeyi müəyyən hikmətlə yaradır (Qəmər surəsi, 49). Allah`ın bu sonsuz güc və üstünlüyünün qarşısında insan çox aciz bir varlıqdır. Həyatda qala bilmək üçün Allah`ın ona imkan tanımasına və nemət verməsinə möhtacdır. Ağlı və anlayışı ancaq Allah`ın ona öyrətdiyi qədərini qavramağa kifayətdir. Bu vəziyyət də Allah`ın sonsuz ağlına və sonsuz hikmətlərlə dolu yaratma sənətinə təslim olmaq insan üçün böyük bir ehtiyacdır. Hər yaşadığı hadisədə Allah`ın bütün kainatın və bütün varlıqların hakimi olduğunu biləcək, özünün görə bilmədiyi hadisələri Allah`ın görüb bildiyini, özünün eşidə bilmədiyi səsləri Onun eşitdiyini, yenə özünün xəbərsiz olduğu keçmişdəki və gələcəkdəki bütün hadisələri Onun bildiyini düşünəcək və beləcə də, Allah`ın hər hadisəni ola biləcək ən hikmətli və ən xeyirli formada yaratdığını görəcək. Bu həqiqətə iman gətirmək də ona həyatın hər anına şükür edə bilən üstün bir əxlaq qazandıracaq. Başqa sözlə desək, insan yaşadığı bu imanla eşitdiyi hər səsə, gördüyü hər mənzərəyə, yaşadığı hər hadisəyə, qısası, həyatın hər anına "xeyir gözü ilə baxacaq", beləliklə həyatı ən gözəl şəkildə dərk edə biləcək.

İnsanın yaxşı, ya da pis, müsbət və ya mənfi kimi görünən bütün hadisələri xeyirə yozması Allah`a qarşı səmimi imandan qaynaqlanan əhəmiyyətli əxlaq göstəricisidir və yenə imanın gətirdiyi həyat tərzidir. Bu həqiqəti dərk etmək də insana dünyada və axirətdə bütün nemətlərin qapısını açır və insanın həyatına hüzur və sağlamlıq gətirir.

Gün boyu möminin heç nə üçün kədərlənib məyus olmaması imanı doğru anladığını göstərir. Qarşılaşdıqları hadisələri xeyir gözü ilə dəyərləndirmək, daima narahatlıq içində olmaq, qorxu, ümidsizlik, tərsliklər, hüzün, emosianallıq isə imanı düzgün başa düşməməyin əlamətlərindəndir. İmandakı bu zəiflik dərhal aradan qaldırılmalı, daimi iman sevinci sabit həyat tərzinə çevrilməlidir. Allah`a iman gətirən insan tərslik və ya mənfi kimi görünən hadisə ilə qarşılaşanda, əslində, bunun, özü üçün mütləq ən xeyirlisi olduğunu bilməlidir. "Çatışmazlıq", "tərslik", "kaş ki" kimi sözləri isə ancaq dərs almaq və ibrət çıxarmaq məqsədilə istifadə etməlidir. Yəni "bu hadisə hikmətli və xeyirlidir, lakin növbəti dəfə eyni səhvi təkrar etməyim, indi öyrəndiklərimdən özümə nəticə çıxarım" kimi dünyagörüşə malik olmalıdır. Təkrar eyni çətinliklə qarşılaşsa və ya eyni səhvə yol versə, yenə xeyir və hikmətlə yaradıldığını ağlından əsla çıxarmamalı və "növbəti dəfə doğrusunu edim" deyə niyyət etməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlansa, yenə müsəlman bunda özü üçün xeyir olduğunu bilməlidir; çünki bu, Allah`ın qanunudur və Allah`ın qanunu əsla pozulmaz.