Axırzaman və MEHDİ (əs)

Axırzaman əlamətlərinin axışı sanki bir saat kimi işləyir


Axırzaman əlamətlərinin axışı sanki bir saat kimi işləyir

Peyğəmbərimiz (s.ə.v) hədislərində hicri əsrin əvvəlində―1400-cü ildə də zühur edən ən böyük mücəddid, qütbü-əzəm və ən böyük vəli olan hz. Mehdi (ə.s)-ın gəlişini xəbər verən diqqəti cəlb edən hadisələrdən bəhs etmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bütün bu əlamətlərin, yaşadığımız hicri 1400-cü ildə ard-arda həyata keçməsi, hz. Mehdi (ə.s)-ın çıxışı dövründə olduğumuzu göstərməsi baxımından olduqca əhəmiyyətlidir.

Qiyamət əlamətləri bir-birinin ardınca meydana gəlir: bir sıradakı muncuqların ard-arda qopması kimi. (Ramuz-El Ehadis, 277/6; Camiü´s-Sagir, 3/167)
Peyğəmbərimiz (s.ə.v)-in hədislərlə bildirdiyi Axırzamanda baş verən bu hadisələr sanki zaman müəyyən edicisidirlər. Mərhələli zamanları təmsil edirlər. Bu istiqamətləri ilə Axırzaman hadisələrinin hamısı bir saat kimidir və hz. Mehdi (ə.s)-ın zühurunu müjdələyən hadisələr, bütün mərhələləri ilə bu saat üzərində mərhələli şəkildə baş verir. Belə ki, bizim bu saata, yəni hadisələrin baş vermə sırasına baxaraq Axırzamanın harasında olduğumuzu təsbit etməyimiz də sözü gedən məsələ ilə bağlıdır. Hətta yenə Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar bu hədislərinə baxaraq gələcəkdə baş verən hadisələr haqqında fikir sahibi olmağımız da Allahın izni ilə mümkündür.