Quran

Quranda Təbliğ


Quranda Təbliğ

"De: "Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!""
("İsra" surəsi, 81).

Təbliğat aparan möminin özünü tanıtması

"Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanası bir peyğəmbərəm!"
("Şuəra" surəsi, 107).

Cahil cəmiyyətlərdə insanlar bir-biri ilə yalnız mənfəət xatirinə münasibət qurur. Bir insanın digərinə qayğı göstərməsinin arxasında mütləq mənfəət güdülməsi dayanır. Təbii ki, bu vəziyyət cahil cəmiyyətin bir çox üzvü tərəfindən də dərk edilir. Bunun nəticəsi olaraq da bu insanlar onlara göstərilən münasibətin müqabilində "görəsən necə bir mənfəət gözləyir" şəklində fikirləşirlər. Əgər bir kimsə yeni bir "dünyagörüşü" yaratmağa çalışsa, bu refleks yenə dəyişməz. Həmişə "mənə bunu başa salmaqda nə marağı var" sualı ağıllarının bir küncündə durur.

Ancaq möminin təbliğdə, yəni Allahın dinini yaymaqda yeganə məqsədi Allahın ona fərz qıldığı bir ibadəti yerinə yetirməkdir. Bu hərəkəti ilə sadəcə Allahı razı salmağı, Onun mərhəmət və sevgisinə nail olmağı hədəf seçmişdir. Bu səbəbdən də danışdığı insandan heç bir mənfəət güdməz. Əlaqə qurduğu insan dini qəbul etdiyi zaman ondan özü üçün heç bir şey istəməyəcək. Çünki anlatdıqları öz şəxsi fikirləri deyil, kainatı yoxdan var edən Allahın dinidir.

Ancaq cahil insanlar bu vəziyyətdən xəbərsizdir. Qarşıladıqları insanın bir mömin olduğunun çox vaxt fərqində belə olmurlar. Fərqində olsalar belə, möminin mənfəət güdməmək kimi bir xüsusiyyətinin olduğunu bilə bilməzlər. Bu səbəbdən bir mömin təbliğ məqsədi ilə onlara yaxınlaşsa, Allahın dinini anlatmaq istəsə, böyük ehtimalla "bu insanın bunları deməkdə məqsədi nədir, məndən nəsə umur" kimi düşüncələrə qapılacaqlar.

Buna görə də buyrulur ki, qarşı tərəfi bu düşüncələrdən çəkindirmək təbliğdəki ən başlıca məsələlərdən biridir. Ünsiyyət qurulan tərəfə heç bir mənfəət əlaqəsinin olmadığı, təbliğdəki yeganə məqsədin Allahın rizası olduğu başa salınmalıdır.

Rəsullar da təbliğlərində bu üsuldan istifadə etmişdi. Quranda peyğəmbərlərin qövmlərinə xitablarına baxdıqda onların öz qövmlərinə əvvəlcə etibarlı olduqlarını vurğuladığı görünür. Məsələn, Ad tayfasına göndərilən Hz.Hud belə demişdir:

"...Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə Allaha şərik qoşmaqla yalnız iftiraçısınız! Ey camaatım! Mən buna görə sizdən heç bir mü-kafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?"
("Hud" surəsi, 50-51).

Hz.Nuh isə ona "...Biz sizi yalançı hesab edirik..." ("Hud" surəsi, 27) deyən qövmünə qarşı belə söyləmişdi: "Dedi: "Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özün-dən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aid-dir..." ("Hud" surəsi, 28-29).

Təbliğ tətbiq edilən insanın narahatçılığına sözügedən mənfəət şübhəsi ilə yanaşı digər müxtəlif amillər də səbəb ola bilər. Cahil cəmiyyətdə "zərərli" və "təhlükəli" insanlarla qarşılaşmağa, onlardan uzaq olmağa və onlarla təmkinli davranmağa adət edilmişdir. Buna görə də o bu refleksin bir nəticəsi olaraq bəlkə möminlərdən də çəkinə bilər. Ona zərər verəcək insanlarla qarşılaşdığı kimi yersiz və mənasız şeylər düşünə bilər. Xüsusilə də möminlərin inkarçıların qabaqcıllarına qarşı irəli sürdükləri fikri mübarizədən narahat olub müdafiə psixologiyasına qapıla bilər.

Bu vəziyyətdə də qarşı tərəfə etibarlılığın vurğulanması və sahib olduğu ehtimali ya da görünən qorxuların bir-bir dəf edilməsi lazım gəlir. Əgər qarşı tərəf möminlərin inkarçıların qabaqcıllarına qarşı irəli sürdüyü fikri mübarizədən narahat olmuşsa, əvvəlcə edilənlərin Quran ayələrinə söykənən məntiqi geniş şəkildə açıqlanmalıdır. Möminlərin yalnız Allahın dininə düşmənçilik edən, Quran ayələrinə qarşı mübarizə aparan və yer üzündə fitnə-fəsad salan insanlara qarşı bir mübarizə apardıqları və bütün insanlara ədalət, xoşniyyətlilik və hörmət çərçivəsində dost kimi yaxınlaşdıqları anladılmalıdır.

Təbliğ edilən insan inkarçıların iman gətirənlər əleyhinə uydur-duğu çirkin böhtanlardan da təsirlənə bilər. Əgər bundan yaranan bir narahatçılıq müşahidə edilərsə, bu böhtanların mahiyyəti ona izah edilməli və onların həqiqətlə heç bir əlaqəsinin olmadığı, bu böhtanla-rın bir uydurma olduğu açıqlanmalıdır. Tarix boyu Quranda bütün elçilərə və salih möminlərə atılan böhtanlarla bağlı ayələr dəlil kimi göstərilərək bunların bir "mömin əlaməti" olduğu tərif edilməlidir.

Ancaq unutmaq lazım deyil ki, sözlə ediləcək bütün bu açıqlamaları daha təsirli edəcək əsl faktor möminin "görünüşüdür". Etibar qazanmaq hər şeydən əvvəl hərəkətlərlə, baxışlarla, mimikalarla, daha doğrusu, bütün bu xarici təsirləri ortaya çıxaran ruh görünüşü ilə mümkündür. Mömin qarşı tərəfə Allahın dinini üstün tutması, ixlası, səmimiyyəti və güclü imanı ilə təsir göstərə bilər. Qəti və ya müəyyən bir məqsədə, əsla sarsılmayacaq bir səbat və əzmə sahib olduğu müddət ərzində qarşı tərəfin təkidli şübhələri yaxud da cahil sistemin atdığı böyük iftiralar ona heç bir mənfi təsir göstərməz. Belə olduqda isə etibarlılıq onun xarakterinin sağlam bir hissəsi halına gələr və bütün hərəkətlərində özünü göstərər.

Bu vəziyyət Allahın dinini anlatmaqla vəzifələndirdiyi elçilərində çox açıq şəkildə görünür. Məsələn, Hz.Yusif "üz qızardıcı" bir hərəkətlə, yəni zina böhtanı ilə günahlandırılaraq boş yerə zindana atılsa da, Allaha olan təslimiyyətindən və ümumiyyətlə ciddiyyət və alicənablığından heç bir şey itirməmişdi. Onun bu vəsfi də zindandakı digər məhkumlar tərəfindən sezilmişdi. Quranda göstərilənlərə görə, zindanda olduğu zaman ona iki nəfər yaxınlaşmış, gördükləri yuxunu söyləmiş və bunların yozumunu soruşmuşdu. Zina kimi bir ittihamla məhkum olunmuş Hz.Yusifdə belə bir "hikmət" olduğunu hiss etmələrinin yeganə səbəbi isə Hz.Yusifin görkəmindəki və hərəkətlərindəki etibarlılıqdır. Yuxularının yozumunu soruşarkən belə deyərlər:
 "...Gəl bu yuxunu bizə yoz. Biz həqiqətən sənin yaxşı adamlardan olduğunu görürük"
("Yusif" surəsi, 36).

Möminin belə vüqarlı və etibarlı bir xarakterə malik olmasındakı başlıca amillərdən biri təbliği sadəcə bir ibadət kimi qəbul etməsi və qarşı tərəfi inandırmaq kimi məcburiyyətin olmadığını bilməsidir. Çünki bir insanın iman gətirib-gətirməməsi "Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar..." ("Ənam" surəsi, 125) ayəsinin sirri ilə ancaq Allahın diləməsi əsasında olur. Və "...doğrudan da, insanların çoxu fasiqlərdir" ("Maidə" surəsi, 49) hökmünə görə də insanların bir qisminin iman gətirməməsi çox təbiidir. Bu halda təbliği tətbiq etmək istədiyi bir insanın iman gətirməməsi möminə qətiyyən təsir etməməlidir. Mömin sadəcə öz borcunu yerinə yetirib dini təbliğ etməklə və insanları iman gətirməyə dəvət etməklə vəzifələndirilib. Bir insana hidayət vermək isə ancaq Allaha məxsusdur. Bu sirri bilən mömin qarşı tərəfi yola gətirmək üçün heç vaxt lazımsız təkid etməz. Bunlarla yanaşı, təbliğin insan üçün önəmli olduğunu xatırlatmaq da çox mühümdür. Təbliğə məruz qalan bəzi insanlar cahillikləri üzündən təbliğə müsbət cavab verib dinə tabe olacaqları halda böyük bir "lütf" qazanacaqlarını zənn edirlər. Möminlərin onlarla maraqlanmasını da sahib olduğunu düşündüyü "yüksək" xüsu-siyyətləri ilə əlaqələndirir və iman gətirdiyi zaman ona təbliğ edənlərə çox böyük bir "yaxşılıq" etmiş olacağını düşünürlər. Bu ilkin məntiq haqqında bəhs edilən insanın cəhalətinin və ağılsızlığının bir nəticəsidir. Quranda da bu mövzuya diqqət çəkilir:

"Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!" ("Hucurat" surəsi, 17).

Bir insanın iman gətirməsinin sadəcə özünə xeyri olar. Və insan başlıca olaraq bilməlidir ki, iman gətirməyə yalnız özünün ehtiyacı var. Allahın heç bir şeyə ehtiyacı yoxdur və kiminsə iman gətirməsinə ehtiyacı olmayandır. Amma hər kəs imana və Allahın rizasını qazanmağa möhtacdır. Sözügedən şəxsə bu həqiqət açıqlanmalı və müsəlman olmaqla dinə böyük bir qazanc gətirəcəyini düşünüb özünü çox "qiymətli" bir insan kimi görməsinin nə qədər yanlış və ağılsız bir fikir olduğu başa salınmalıdır. Bilməlidir ki, özü ilə fəxr etmək çox böyük bir xətadır. Çünki içində yaşadığı cahil həyatı üzündən "atəş dərəsi"nin kənarındadır. Onu ordan çıxarıb əbədi bir qurtuluşa aparacaq olan yeganə çıxış yolu isə İslamdır. Bu səbəblə də ona edilən bu dəvət həqiqətdə çox böyük bir nemət, çox böyük bir lütfdür.

Möminlərin onlarla maraqlanması onlar üçün şərəfdir. Bu, ona bildirilməli, İslamla tanışlığın Allahın ona bəxş etdiyi bir lütf olduğu anladılmalıdır. Möminlərin onlarla boşuna maraqlanmadıqlarını, Allahın dinini təbliğ edən və onları bir tərəfdən əbədi qurtuluşa çağırarkən digər tərəfdən də əbədi cəhənnəm əzabı ilə xəbərdar edən biri olduqlarını bilməlidir.

Cahil cəmiyyətin yuxarıda saydığımız duyğu və reflekslərindən yaranan əngəllər götürülüb möminə hörmət və etibar göstərilərsə, artıq "əsl məsələ"yə, yəni Allahın Quranda bildirdiyi həqiqətləri anlatmağa keçə bilərik. Çünki bütün bu hazırlıqlar nəticə olaraq dini daha gözəl şəkildə anlamaq üçündür.