Peyğəmbərlər

Peyğəmbərlərimiz necə dua edərdilər?


Peyğəmbərlərimiz necə dua edərdilər?

Dua etmək Allaha təslim olmağın bir yoludur və bütün insanlar duaya möhtacdır. Bunun ən hikmətli nümunələri isə Quranda bildirildiyi kimi, bütün peyğəmbərlərin hər işdə Allaha üz tutaraq Ona dua etmələridir. Hz. Muhəmmədin (s.ə.v.) və bütün digər peyğəmbərlərin dualarında həm Allaha olan təslimiyyətlərini, Allahı yeganə dost və yardımçı hesab etdiklərini, həmdə Rəbbimizin şanını ən gözəl isimlərilə ucaldıb təqdis etdiklərini görürük.

Peyğəmbərimizhz. Muhəmmədin (s.ə.v.) duaları

Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) dualarında Allahı isimlərilə zikr etdiyini görürük. Peyğəmbərimizin (s.ə.v.) duaları ayələrdə belə bildirlir: Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən” (Ali-İmran surəsi, 26). Rəvayətlərdə də Peyğəmbərimizin (s.ə.v.) Rəbbimizə ona gözəl əxlaq və xüsusiyyətlər bəxş etməsi üçün dua etdiyi bildirilir:

“Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni pis əxlaqdan uzaqlaşdır”. (Tırmizi, İmam Ahmed ve Hakimden; Huccetül İslam İmam Gazali, İhyau Ulumid-din, 2-ci cild. Tərcümə edən: Dr. Sıtkı Gülle, HuzurYayın evi, İstanbul 1998, səh. 789)

Hz. Nuhun (ə.s.) duası

Quranda illər boyu nümunəvi qətiyyətlə qövmünü tövhid inancına dəvət edən hz. Nuhun (ə.s.) səbri təriflənmişdir. Hz. Nuh (ə.s.) ona və yanındakı möminlərə düşmənçilik edən qövmünə qarşı qətiyyətlə mübarizə apamışdır. Hz. Nuhun (ə.s.) düşdüyü hər vəziyyətdə Allaha üztutması, Onun köməyinə ümid bəsləyərək səmimi dua etməsi möminlərə nümunədir. Bir ayədə hz. Nuhun (ə.s.) vəziyyətini Allaha bildirdiyi və belə dua etdiyi xəbər verilmişdir: O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! (Mənə) kömək et!”– dedi” (Qamər surəsi, 10). Allah hz. Nuhun (ə.s.) bu duasını qəbul etmiş və tezliklə qopacaq tufana hazırlıq görməsini əmr etmişdir. Hz. Nuh (ə.s.) yaxınlıqda hər hansı dəniz və ya göl olmasına baxmayaraq, Allahın əmrilə gəmi düzəltməyə başlamışdır. Gəmini hazırlayarkən qövmü tərəfindən mənəvi təzyiq davam etmişdir.Vaxt tamam olduqda Allahın vədi yerinə yetmiş və tufan qopmuşdur.

Hz. Yunusun (ə.s.) duası

Quranda bu dəyərli Peyğəmbərimizin  dəvətini qəbul etmədikləri üçün qövmünü tərk edib getdiyi bildirilir (Saffat surəsi, 139-142). Ayələrdə bildirildiyi kimi, daha sonar hz. Yunusun (ə.s.) mindiyi gəmidə sərnişinlər arasında püşk atılmış və nəticədə, onun dənizə atılmasına qərar verilmişdir. Dənizə atılan hz. Yunusu (ə.s.) nəhəng balıq udmuşdur. Bu hadisələrdən sonar hz. Yunus (ə.s.) Allaha sığınıb dua etmişdir. Allah Quranda bu hadisəni belə xəbər vermişdir: Zün-Nunu (balıq sahibi Yunusu) da (yada sal!) Bir zaman o (ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”(Ənbiya surəsi, 87-88).Ayələrdə bildirildiyi kimi, hz. Yunus (ə.s.) duasında öz vəziyyətini səmimi etiraf etmişdir. Allaha dua etmiş, səbirlə yardım etməsini gözləmişdir. Sonsuz mərhəmət sahibi Rəbbimiz hz. Yunusun (ə.s.) tövbəsini qəbul etmiş və duasına qarşılıq verərək onu balığın qarnından xilas etmişdir.

Hz. Əyyubun (ə.s.) duası

Quranda hz. Əyyubun (ə.s.) səbri möminlərə nümunədir. Allahdan vəhy alan və seçilmiş qul olan hz. Əyyub (ə.s.) (Nisa surəsi, 163) böyük sıxıntıya düçar olaraq  çətin dövr keçirmişdir. Ancaq düşdüyü ağır vəziyyətə baxmayaraq, daima səbirli və Allaha olan təvəkküllü davranışı ilə möminlərə nümunə olmuşdur (Sad surəsi, 44). Bu müqəddəs Peyğəmbərimizin səmimi duası bir ayədə belə bildirilmişdir: Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətəndə, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83). Allahın əməli saleh qullarından biri olan hz. Əyyubun (ə.s.) duasını qəbul etdiyi bir Quran ayəsində belə bildirilir: “Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədərdə əlavə etdik”.(Ənbiyasurəsi, 84)