Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s)-ın adları


Hz. Mehdi (ə.s)-ın adları

ƏL MEHDI: Hidayət olunmuş, hidayətə çatmış
ƏL HADİ: Hidayətə sövq edən, doğru yola çatdıran
ƏL QAİM: Haqq üçün qiyam edən, ayaqda dayanan
ƏL HÖCCƏT: Rəddi mümkün olmayan qəti dəlil
ƏL MUNTAZAR: Hər kəs tərəfindən gözlənilən
MEHDİ-İ MUNTAZAR: Gözlənilən Mehdi
İMAMI MUNTAZAR: Gözlənilən imam (mənəvi lider)
XƏLƏF-İ SALEH: Allah övliyalarının ləyaqətli xəlifəsi (mənəvi lideri)
MƏNSUR: Allah tərəfindən kömək edilən
SAHİBİL-ƏMR: İlahi ədaləti tətbiq etməklə məsul olan
SAHİBİL-ZAMAN: Zamanın sahibi
VƏLİYİ ƏSR: Əsrin vəlisi, zamanın tək hakimi, zamanın tək rəhbəri
MEHDİ-İ MƏVUD: Vəd edilmiş Mehdi
İMAMI ƏSR: Əsrin imamı (mənəvi lideri)
SAHİBÜD-DAR: Yurdun sahibi (mənəvi sahibi)
BAKİYYƏTULLAH: Allahın yer üzündə geriyə qalan tək sübutu və son ilahi mənəvi lideri
QAİMİ ALİ-MƏHƏMMƏD (Ə.S): Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn, qiyam edəcək olan Mehdi
ƏL XƏTTİM: Xətmedən, sona çatdıran
NAHİYƏTÜL-MÜQADDESƏ: Qeyd olunmuş istiqamət, ən uca və qüdsi

Əbdülməlik İsami (1111): Məkkədə iqamət edən tanınmış tarixçilərdəndir. O, "Sımt-ul Nucum-il Avali" deyə bilinən dörd cildlik tarix kitabında belə yazır: "Hz. Mehdi (ə.s)-ın ləqəbləri isə HÖCCƏT, XƏLƏFİ SALEH, QAİM, MUNTAZAR, SAHİB-ÜZ ZAMAN VƏ HAMISINDAN DAHA MƏŞHUR OLAN İSƏ MEHDİDİR..." (Sımt-ul Nucum-il Avali, cild 4, səh. 138)
Mahmud ibn Vahib Kızoğlu Bağdadi-i Hənəfi: "Cəvhərət-ul Kəlam" adlı kitabda belə yazar: "... Hz. Mehdi (ə.s)-ın LƏQƏBLƏRİ İSƏ MEHDİ, QAİM, MUNTAZAR, SAHİB-ÜZ ZAMAN, HÖCCƏTDİR... (Cevheret-ul Kəlam, səh. 157)
Əbdürrəhmani-Sufi. Farsca olan "Mirat-ul Sirr" kitabının yazıçısıdır. "Tuhfeti İsna Aşeriyye" kitabının yazıçısı Əbdüləziz Dəhləvinin atası Şah Vəliyullah Dəhləvi, "əl-İntibah fi Selasili Evliyaullah və Esanidi Varisi Rəsulullah sallallahu əleyhi və alih" adlı kitabda ondan nəql edərək, İmam Zaman (Hz. Mehdi (ə.s)) haqqında belə yazır:... (HZ. MEHDİ (Ə.S)-IN) LƏQƏBLƏRİ İSƏ MEHDİ, HÖCCƏT, QAİM, MUNTAZAR, SAHİB-ÜZ ZAMANDIR.
Ömər ibn Zahir rəvayət edir: "Biri, imam Cəfər Sadiqə; "Qaimə (Hz. Mehdi (ə.s)-a), Əmirəl möminin, deyə salam göndərə bilərikmi", deyə soruşdu. İmam buyurdu; "Xeyr, Allah Təala bu ləqəbi yalnız hz. Əliyə vermiş, ondan əvvəl və sonra kimsə bu ləqəblə xatırlana bilməz." Adam soruşdu: "YAXŞI ONU (HZ. MEHDİ (ə.s)-I) NƏ DEYƏ SALAMLAYIM?" HƏZRƏTLƏRİ: "SALAM OLSUN SƏNƏ EY BAKİYƏTULLAH DEYƏRƏK" BUYURDU.