İSLAMİ hökmlər

Ataların batil dininə itaət etməmək


Ataların batil dininə itaət etməmək

Allah Quranda bəzi cəmiyyətdə kök salan batil inancları, din adına ortaya qoyulan bəzi anlayışları, vərdişə çevrilmiş bəzi hərəkətləri bəhanə edərək peyğəmbərlərin gətirdiyi haqq dinə qarşı çıxdıqlarını bildirmişdir. Quranda “ataların yolu” kimi bildirilən bu azğın inanc və həeəkətlər İncil və Tövratda “ataların adət-ənənəsi” adlandırılır. Halbuki Allah qatında haqq olan din elçilər tərəfindən təbliğ edilən dindir.

İnananlar batil inanclardan və ənənələrdən deyil, Allah´ın kitabından məsul tutulacaqlar. Kor-koranə atalarından öyrəndikləri batil anlayışları tətbiq edən və bu inancları səbəbindən haqq dindən üz çevirən insanların vəziyyəti Quranda belə bildirilmişdir:

Onlara: “Allah´ın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)

Onlara: “Allah´ın nazil etdiyinə və Elçiyə tərəf gəlin”, –deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”, –deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə necə olsun? (Maidə surəsi, 104)

Tövratda da insanlara haqq dinin izah edilməsinə baxmayaraq, atalarından öyrəndikləri adət-ənənələrə yönəldikləri və onun böyük pislik olduğu başa düşülür. Peyğəmbərlərə itaət etmək istəməyən insanların batil inanclarına qayıtmaları və buna görə alacaqları əvəzin necə olacağı belə izah edilir:

Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa ilahların tərəfdarı olub onlara qulluq etdilər... Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər... (Yeremya, 11: 10-11)

İncildə hz. İsanın (əs) və ona tabe olanların atalarının adət-ənənəsindən ayrılmaqla ittiham edildikləri izah edilir. Halbuki doğru olan bu insanların müdafiə etdikləri batil ənənə deyil, hz. İsanın (əs) gətirdiyi din əxlaqına itaət etməkdir. Səmimi olaraq iman gətirənlərin hz. İsanın (əs) gətirdiyi dinə və ona itaət etmələrinin vacib olduğu isə açıq-aşkardır. Matta İncilində hz. İsanın (əs) təbliğ etdiyi dinə itaət etməməkdə israr edənlərin hz. İsanın (əs) şagirdlərini atalarının ənənələrindən uzaqlaşdıqları üçün qınadıqları belə ifadə edilir:

Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: “Nə üçün şagirdlərin ata-babaların adət-ənənəsini pozur?”... (Matta, 15: 1-2)

Mark İncilində isə hz. İsanın (əs) tələbələrini atalarının ənənələrinə itaət etmədikləri üçün qınayanlara belə cavab verilir:

Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: “Nə üçün sənin şagirdlərin ata-babaların dini adət-ənənəsinə əməl etmirlər?..” Siz Allah´ın əmrini atıb insan adət-ənənəsini tutursunuz. Sonra İsa onlara dedi: “Öz adət-ənənələriniz üçün Allah´ın əmrlərini kənara atmağı necə də yaxşı bacarırsınız!” (Mark, 7: 5-9)

İsa cavabında onlara dedi: “Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allah´ın əmrini pozursunuz?” (Matta, 15: 3)