Adamlıq DİNİ

Qəzəbi boğmaq


Qəzəbi boğmaq

Quran­da mö­mi­nin öz hir­si­ni ci­lov­la­ma­sı əsə­bin sə­bəb ola bi­lə­cə­yi müx­tə­lif xə­ta və zə­rər­lər­dən qo­run­maq baxımından ide­al bir dav­ra­nış ki­mi gös­tə­ri­lir:

«On­lar bol­luq­da da, qıt­lıq­da da xərc­lə­yər, qə­zəb­lə­ri­ni udar, in­san­la­rın gü­nah­la­rın­dan ke­çər­lər. Al­lah yax­şı­lıq edən­lə­ri se­vər» (Ali-İm­ran su­rə­si, 134).

Bə­zən in­sa­nın əsə­bi­ləş­mə­si ya­ra­dı­lış­dan gə­lən bir dav­ra­nış ol­sa da, ayə­də mö­mi­nin hə­min dav­ra­nı­şı da­vam etdirmə­mə­si­nin, onu ci­lov­la­ma­sı­nın va­cib ol­du­ğu gös­tə­ri­lir. Çün­ki qə­zəb in­sa­nın əq­li funk­si­ya­la­rı­nı pər­də­lə­yən, ha­di­sə­lə­ri sağ­lam şə­kil­də qiy­mət­lən­di­rib doğ­ru qə­rar qə­bul et­mə­si­nə ma­ne olan amil­dir. Be­lə olan hal­da, in­sa­nın Al­la­h´ın hökm­lə­ri­nə la­zı­mi şə­kil­də əməl etməsi də təh­lü­kə qar­şı­sın­da qa­lır. Hə­qi­qət­dən və əda­lət­dən uzaq­laş­ma Quran­da qə­zə­bin səbəb olduğu zə­rər­lə­rin­dən bi­ri ki­mi gös­tə­ri­lir. Çün­ki qə­zə­bin ağı­lı örtməsi nə­ti­cə­sin­də edi­lən dəyərləndirmələrvə ve­ri­lən qə­rar­lar emo­sio­nal olur ki, bu da Qurana uy­ğun olan əda­lət­li nə­ti­cə­ni ver­mir.

İn­san­la­ra, xü­su­sən də, mö­min­lə­rə qarşıbə­zi şəx­si mə­sə­lə­lər­ə görədu­yu­lan qə­zəb dər­hal ara­dan qal­dı­rıl­ma­lı, şəfqət və mər­hə­mət hissi əsas gö­tü­rül­mə­li­dir. Qə­zəb­lə­nən in­san haq­sız­dır­sa onun əsə­bi­ləş­mə­yə on­suz da heç bir haq­qı yox­dur. Beləliklə, özü­nün haq­sız ol­du­ğu­nu qə­bul edib səh­vi­ni dü­zəlt­mə­li­dir. Əgər haq­lı­dır­sa, ye­nə də hirsini ci­lov­la­ma­lı və ayə­nin bil­dir­di­yi ki­mi, qar­şı tə­rə­fi ba­ğış­la­ma­lı­dır.

İndiyə qə­dər bəhs et­dik­lə­ri­miz gün­də­lik hə­yat­da mö­min­lə­rin ba­şı­na gə­lə bi­lə­cək hal­lar­dan­dır. Bun­lar­dan baş­qa, yer­li-yer­siz əsə­bi­lə­şib qə­zəb­lə­nən in­san­lar da var­dır ki, on­lar tə­vək­kül, in­san­la­rın və ha­di­sə­lə­rin ta­ma­mi­lə Al­la­h´ın nə­za­rə­tin­də ol­ma­sı ki­mi əsas mə­sə­lə­lə­ri la­zı­mi qə­dər dərk edə bil­mə­miş­lər. İman zəifliyindən irəli gələn bu qüsurla­r on­la­rın ru­hun­da əsə­bi­lik ki­mi əks olun­muş­dur. On­lar da­im əsə­bi və­ziy­yət­də ol­duq­la­rı­na gö­rə hirs­lə­ri­ni cilovlamaq­da aciz­dir­lər. Bu­na gö­rə də, onlar, əvvəlcə, iman zəifliyi problemini həll etməli və imanlarını gücləndirməlidirlər.

Digər tərəfdən, mö­min in­sa­nın İs­lam dininə duyduğu sev­gi­­dən irə­li gə­lən əsə­bi­li­yi­ni də baş­qa­la­rı ilə qarışdırmamaq la­zım­dır. Mö­min­lə­rə qar­şı bir haq­sız­lıq və zülm edildiyi zaman, Al­la­h´a, di­nə, mü­səl­man­la­ra qar­şı hər han­sı bir təhqir olduğu halda mö­mi­nin bun­la­ra qə­zəb­lən­mə­si onun ima­nın­dan irə­li gə­lən haq­lı və doğ­ru bir dav­ra­nış­dır. Bu qə­zəb mö­min­lə­rin mü­ba­ri­zə şöv­qü­nü ar­tı­ran və onları bu mübarizəyə daha da həvəsləndirən rəhmani bir duyğu­dur.