Axırzaman və MEHDİ (əs)

Allah, hz. Mehdiyə bir gündə çox böyük bir nemət və güc verər


Allah, hz. Mehdiyə bir gündə çox böyük bir nemət və güc verər

İmam Məhəmməd Taki (ə.s) Əbdüləzim Həsəniyə belə buyurdu: "Qaim, vəd edilmiş hz. Mehdidir. Qeybəti zamanında onu gözləmək, zühur edəndə də ona itaət etmək lazımdır...

Məhəmməd (s.ə.v.)-i Peyğəmbər seçən Allaha and olsun ki, əgər qiyamətin qopmasına bir gün belə qalsa, Allah (c.c) hz. Mehdi zühur etsin və yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldursun deyə o günü uzadar, ONUN İQTİDARINI  MUSANIN İQTİDARI KİMİ BİR GÜNDƏ DÜZƏLDƏR. Musa (ə.s) həyat yoldaşı üçün bir az atəş almağa getdi. Amma risalət və peyğəmbərlik məqamı ilə geri döndü. "(İmam Muhammed Taki) (Bihar-ul Envar,  cild 51, səh.156; Isbat-ül Hüdat, cild 6, səh.420)
(İmamdan, həmçinin bu barədə beş hədis nəql edilmişdir.)