Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s) tükənməyən bir okeana bənzəyən Qurani-Kərimi bütün dünyaya yayacaq


Hz. Mehdi (ə.s) tükənməyən bir okeana bənzəyən Qurani-Kərimi bütün dünyaya yayacaq

Ey inananların Əfəndisi bizə sənin Mehdi (ə.s)-ın haqqında xəbər ver." İnananların Əfəndisi dedi ki: "NƏSİLLƏR GƏLİB KEÇƏR VƏ İNANANLARIN SAYI AZALAR, DOĞRULUĞUN ARDICILLARI VƏ DİNİN DƏSTƏKLƏYİCİLƏRİ GEDƏR, SONRA O (MEHDİ) GƏLƏR... O (MEHDİ) VAHƏLƏRDƏN İBARƏT OLAN BİR DÜNYA SULAYACAQ VƏ TÜKƏNMƏYƏCƏK BİR OKEANDIR." (Mənbə: Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan nəşriyyat, tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 184.)

 Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan bu hədisdə hz. Mehdi (ə.s)-ın zühurundan sonra dünya səviyyəsində böyük bir təsir meydana gətirəcəyi ifadə edilmişdir. Hz. Mehdi (ə.s) tükənməyən bir okeana bənzəyən Qurani-Kərimi bütün dünyaya yayacaq, Quran əxlaqını insanlar arasında mənimsədib təsirli qılmağa vəsilə olacaq. Hədisdə hz. Mehdi (ə.s)-ın Quran əxlaqını dünya səviyyəsində mənimsətməsindəki müvəffəqiyyəti Rəsulullah (s.ə.v)-in dilindən hər zamankı mükəmməlliyi ilə ifadə edilmişdir.