Adamlıq DİNİ

Müsəlman nəfsinə məğlub olmamaq üçün çalışır


Müsəlman nəfsinə məğlub olmamaq üçün çalışır

İnsan nəfsi hər cür mənfi hissə açıqdır. Çünki dünya bir sınaq yeridir. Allah dünyadakı imtahana uyğun olaraq nəfsimizi neqativ hisslərə meyilli yaradıb. Əsəbləşmək, küsmək, incimək, qısqanmaq, intiqam alma hissi... Bunların hamısı imtahanın tələbi olaraq ruhumuza hiss etdirilir.

İmanlı, Allahdan qorxan, Allahı çox sevən insanların üstünlüyü bu hisslərə qarşı göstərilən iradə ilə ortaya çıxır.

Demək olar ki, hər insana doğulduğu andan etibarən şüursuzca verilən bir təlqin var: ruhunda nə hiss edirsə, ona uyğun reaksiya vermək. Məsələn, bir uşağın ürəyi sıxılırsa, qaşqabaqlı oturmalı olduğunu öyrənir. Əsəbləşdikdə qışqırması, nəzarətsiz hərəkətlər etməsi sözlə olmasa da, davranışla ona öyrədilir. Kədərləndiyində ağlamağın normal olduğu düşüncəsi aşılanır.

Mənfi də olsa bu reaksiyaların ortaq olması və demək olar ki, hər kəs tərəfindən edilməsi uşaqların yanlış əxlaqa asanlıqla adaptasiya olmasına səbəb olur. Bu kimi insanlar həyatları boyunca da uşaqlıqdan qazandıqları bu mənfi təcrübələrin əziyyətini çəkirlər.

Halbuki Allah Quranda bizə «And olsun nəfsə və onu yaradana (ona biçim verənə), sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə»  (Şəms surəsi, 7-8) deyə bildirir. Nəfsimizdəki pisliklər dünyadakı imtahanın bir tələbidir, ancaq bizə o pisliklərdən çəkinməyimiz üçün vicdan da verilmişdir.

 

Allah bizim mənfi hisslərə qarşı vicdanımızın səsinə qulaq asaraq Öz sevgisinə ən çox layiq olacağımız əxlaqı göstərməyimizi istəyir.

İnsan həyatı vicdanının səsinə qulaq asaraq nəfsin pislikləri ilə daima mübarizə aparmaqla formalaşır. Ölənə qədər də bu nəfs mübarizəsi davam edir.

Əgər bu mübarizədə vicdanımız qalib gələrsə, həm Allahı razı etməyin rahatlığını yaşayarıq, həm də ölümdən sonra bizi gözləyən sonsuz həyatımızda cənnətdə yaşamağı ümid edə bilərik.

Amma insan bu dünyada vicdanının ona fısıldadığı səsləri hər zaman eşitməzliyə vurub, daima nəfsinə məğlub olarsa, həm dünyada Allahın qəzəbinə məruz qala bilər, həm də axirətdə gözləmədiyi qarşılıq ala bilər. İman edən ağıllı insan isə belə bir ehtimali gözə ala bilmir və bu səbəbdən ciddi səy göstərir.

Nəfslə mübarizə iman gətirənlər üçün asandır, ancaq bəzi insanlar bu mübarizənin çox çətin olduğuna özlərini inandırdıqları üçün əziyyət çəkəcəklərini düşünürlər. Birinə əsəbləşdikdə o insanı bağışlamağın sanki imkansız olacağını zənn edirlər. Üzr istəməklə özlərini alçaldacaqlarına inanırlar. Ona görə üzr istəməyi qürur halına gətirirlər. İstəmədikləri bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarında kədərlənməməyin mümkün olmayacağına dair batil inancları var. İntiqam almaq isə onlar üçün qarşısı alınmaz instinktiv istək kimidir. Özlərinə qarşı haqsızlıq edildiyində qarşı tərəfdən intiqam aldıqda rahat olacaqlarına inanırlar.

Halbuki mübahisə etmək, səsini qaldırmaq, sevgisizlik, kin bəsləmək, yalan danışmaq, birinin qəlbini qırmaq, düşmənçilik etmək, insanı daxildən narahat edən, ruhunu sanki qaraldan əxlaq xüsusiyyətləridir.

Allahın Quranda tərif etdiyi gözəl əxlaqda iradə göstərmək isə çox asan, zövqlü və hüzur vericidir.

Bizim üçün ən önəmli asanlıqlardan biri də Allahın bizə nəfsimizlə necə mübarizə aparıb tərbiyə etməyimiz lazım olduğunu Quranda bildirmiş olmasıdır.

Məsələn, əsəbləşdiyimizdə necə davranmalı olduğumuzu Allah Quranda öyrədir. Allah ayədə müsəlmanlar üçün  «qəzəblərini boğur və insanları bağışlayırlar» deyə bildirir. (Ali İmran surəsi, 134)  Dolayısilə Qurana uyğun olan qəzəbin insanı nəzarətə altına alması deyil, insanın qəzəbini nəzarət altına almasıdır. Qəzəbini boğub əfv edici olmaq ən gözəl davranışdır.

Bir müsəlman qəzəbini boğa bilməyəcək bir zəiflik içində olmağı əsla qəbul etməməli, bunu xarakter zəifliyi olaraq görməli, imanına və Allaha olan sevgisinə yaraşdırmamalıdır.

Halbuki qəzəb anında hadisələrin Allahın nəzarətində baş verdiyini düşünə bilən insan Allahın onu imtahan etdiyini, verəcəyi reaksiya ilə axirətdə dəyər qazanacağını da bilir. Qədərin axışını seyr etdiyini bilən bir insan imkan verilsə və həyatını geri alıb yenidən yaşasa eyni hadisəni mütləq eyni şəkildə yenidən yaşayacağını, hadisələri əsla dəyişdirmə gücünə sahib ola bilməyəcəyini həmin anda yadına salır və Allahın qədərində hər şeyi ən xeyirli şəkildə yaratdığını da unutmur. Belə bir insan mütləq Qurana ən uyğun ən olan hərəkəti edəcək.

Qurandakı gözəl əxlaqı yaşaya bilməmək bu həqiqətləri o an unutmaqdan, qəflətə qapılmaqdan irəli gəlir.

Öz fikirlərini zorla qəbul etdirməyə çalışan, bunu edərkən də daima qarşı tərəfi narahat edən mübahisə ruhunu da Allah bəyənmədiyini bizə Quranda bildirir. Mülayim, hər kəsə söz haqqı verən, doğruya gözəl sözlə, sevgi ilə dəvət edən bir üslub Quranın üslubudur. Qarşısındakı insanın qəlbini qıracaq üslübdan çəkinən, daima onun haqlı tərəflərini ön plana çıxaran danışıqda iki tərəf arasındakı problemlər sürətlə həll olunacaq və lazımsız mübahisə zəmini də yaranmamış olacaq.

Mübahisə etmək həm insanın özünü çox yorur, həm də hər kəsi narahat edir. Daha da önəmlisi iki tərəf arasındakı sevgini zədələyir. Halbuki Allah müsəlmanların arasında ixtilaf və fitnə olmaması üçün qarşılıqlı sevginin, hörmətin, mərhəmətin, bağışlayıcılığın, birliyin, bərabərliyin əsas alınmalı olduğunu Quranda dəfələrlə diqqət çəkir.

Mübahisə etmək istəyi, hirslənmək, kədərlənmək, küsmək, incimək insanın təbiətində var. Bunların hamısı hər kəsin bildiyi, tanıdığı və həyatı boyu nəfsində olan mənfi xüsusiyyətlərdir. Amma ağıllı, şüurlu, iradəli, Allahı sevən, Allahdan qorxan bir müsəlman nəfsinin onu bu mənfiliklərə idarə etməsinə əsla icazə verməz.

Bir müsəlman nəfsinin Allahın razılığının önünə keçməməsi üçün çalışır. Hər hansı hadisə ilə qarşılaşırsa-qarşılaşsın, Quran əxlaqından güzəştə getmir.

Nəfsindəki mənfi hisslərin həm özünə, həm ətrafına nə kimi zərər verəcəyini yaxşı düşünür. Qurana tabe olub Allahın sevgisinə layiq bir qul olmağı əsas hədəf alıb, zəif ruh halına özünü təslim etmir.

Uşaqlıqda öyrəndiyi kimi nəfsani hərəkət etmək əvəzinə Qurana görə düşünür, vicdani olaraq nə etməli olduğunu dərhal qərar verir və Allahın rizasına uyğun olan davranışı həyata keçirir.

Müsəlman diqqətini, ruhunu hər zaman güclü, hər zaman nəzarətdə saxlamaq üçün sərf edir. Buna görə də hər zaman ağıllıdır və iradəsini də Qurana uyğun istiqamətdə hərəkət etmək üçün istifadə edir.