Adamlıq DİNİ

Sözünə etimad göstərilməyəcək insanlar...


Sözünə etimad göstərilməyəcək insanlar...

Hə­qi­qə­ti ta­pa bil­mək üçün in­sa­nın öz ağı­lı, bi­li­yi və ya təc­rü­bə­si ki­fa­yət et­mə­di­yi hal­lar­da, baş­qa bir in­sa­nın öyü­dü ilə hə­rə­kət et­mə­si Quran­da töv­si­yə edi­lən əx­laq­formasıdır. İn­san­lar çox vaxt səhv edə­cək­lə­ri­ni dü­şün­dük­lə­ri mə­sə­lə­lər­də doğ­ru­nu bil­mək və yan­lış etməməküçün qar­şı­la­rın­da­kı in­san­lar­la məs­lə­hət­lə­şir­lər. Yə­ni öyüd al­maq­da məq­səd hə­qi­qə­ti ta­pa bil­mək­dir.

La­kin hər bir in­san hər bir ha­di­sə­də doğ­ru ola­nı se­çə bi­lə­cək ağı­la və şüu­ra ma­lik de­yil. Ən azı doğ­ru­nu gör­sə də, öz mən­fə­ət­lə­ri­nə eti­na­sız ya­na­şıb bu hə­qi­qə­ti qar­şı tə­rə­fə izah et­mək əx­la­qı­na sa­hib de­yil. Bu­na gö­rə də yol gös­tər­mə­si üçün məs­lə­hət­ləş­mə apa­ra­cağı in­san­lar­da da mü­əy­yən xü­su­siy­yət­lər ol­ma­lı­dır. Bu xü­su­siy­yət­lə­rin ən əsa­sı in­sa­nın Al­la­ha iman gə­tir­mə­si­dir. Çün­ki bir in­sa­nın hə­qi­qə­ti dərhal müəyyənləşdirməsi və hətta öz mənfəətlərinə zidd olsa beləqar­şı tə­rə­fə izah et­mə­si vic­dan işi­dir. Bir in­sa­nın ma­neəsiz olaraq öz vic­da­nından istifadə et­mə­si­ni tə­min edən ye­ga­nə qüv­və Al­lah qor­xu­su və Al­lah sev­gi­si­dir.

Əx­la­qın­da nöqsan olan, yə­ni vic­da­nı ilə hə­rə­kət et­mə­yən bir in­san nə özü hə­qi­qə­ti gö­rmək iqtidarında olar, nə də qar­şı­sın­da­kı in­sa­nı doğ­ru­ya yö­nəl­də bil­mək ba­ca­rı­ğı­na sa­hib olar. Bu­na gö­rə də in­san­lar məsləhət üçün müraciət edib, fikirlərinə etimad göstərdikləri şəxsləri yaxşı seçməlidirlər. Bu sə­bəb­dən Al­lah Quran­da bu mə­sə­lə­də in­san­la­ra yol gös­tə­rə­cək bir çox in­cə­lik­lə­ri bil­di­rir. Ayə­də fik­ri­nə eti­mad göstərilməyən in­san­la­rın əx­la­qi xü­su­siy­yət­lə­ri bil­di­ri­lib və hə­min in­san­la­rın gös­tər­di­yi yo­la ta­be ol­maq qa­da­ğan edi­lib. Ayə­lər­də be­lə buy­ru­lur:

«İta­ət et­mə hər and içə­nə, al­ça­ğa; Qey­bət edə­nə, söz gəz­di­rə­nə; Xey­rə ma­ne ola­na, həd­di aşa­na, gü­na­ha ba­ta­na; Daş ürək­li­yə, əs­li-nə­sə­bi bi­lin­mə­yən ha­ram­za­da­ya - O, mal-döv­lət, oğul-uşaq sa­hi­bi ol­sa be­lə! Ayə­lə­ri­miz ona oxun­du­ğu za­man o: «Bun­lar qə­dim­lə­rin əf­sa­nə­lə­ri­dir!» - de­di» («Qə­ləm» su­rə­si, 10-15)

Baş­qa bir ayə­də də sö­zü din­lə­nil­məyən in­san­la­rın xü­su­siy­yət­lə­rin­dən iki­si­nə diq­qət çəkilmişdir:

«Elə isə Rəb­bi­nin hök­mü­nə səbir et və on­lar­dan gü­nah­kar və nan­kor ola­na bo­yun əy­mə!» («İn­san» su­rə­si, 24)

Söz­lə­ri­nə eti­mad gös­tə­ril­mə­yən, yə­ni on­la­rın gös­tər­di­yi yo­la, öyü­dü­nə gü­və­nil­mə­yə­n kəslər ayə­lər­də açıq və an­la­şıq­lı şə­kil­də bil­di­ri­lir. Bu təf­si­rə gö­rə, bir mü­səl­man ya­lan­çı, de­di-qo­du­edən, aq­res­siv, bəhs­keş, Al­la­hın hökm­lə­ri­ni çox ra­hat şə­kil­də po­zan, hiy­lə­gər və ya lağ edən in­sa­nın töv­si­yə­lə­ri ilə hə­rə­kət et­mə­mə­li­dir.