Qədər

Bütün canlıları Allahın yaratdığını əsla unutmayın


Bütün canlıları Allahın yaratdığını əsla unutmayın

Bir çox insan elm adamlarından eşitdiyi hər sözün mütləq doğru olduğunu zənn edir. Elm adamlarının bəzi fəlsəfi və ya ideoloji ön mühakimələrə qapılmış ola biləcəyini ağlına gətirmir.

Halbuki bu bir aldanışdır. Çünki elm adamlarının bir hissəsi sahib olduqları bəzi ön mühakimələri və ya bağlı olduqları fəlsəfi fikirləri elmi görüntü adı altında cəmiyyətə sirayət etdirirlər. Məsələn, təsadüflərin qarışıqlıq və nizamsızlıqdan başqa bir şey meydana gətirmədiyini gözləri ilə gördükləri halda, kainatdakı və canlılardakı nizamın təsadüfən ortaya çıxdığını müdafiə edirlər.

Məsələn, ateist bioloq bir zülal molekulunun quruluşunun çox qarışıq olduğunu gözləri ilə görür. Bu qarışıqlığın içində inanılmaz nizam olduğunu və bu nizamın təsadüflərlə öz-özünə meydana gəlmə ehtimalının olmadığını çox yaxşı bilir. Amma buna baxmayaraq, canlıların əsası olan zülalın milyardlarla il öncə primitiv dünya şərtlərində ehtimallar nəticəsində meydana gəldiyini iddia edir. Həmin insan bununla da kifayətlənmir. Yalnız bir deyil, milyonlarla zülalın təsadüflər nəticəsində yaranıb, sonra inanılmaz plan və nizam içində bir araya gələrək ilk canlı hüceyrəsini meydana gətirdiklərini də çəkinmədən iddialarına əlavə edir. Hətta bu iddiasını gözü bağlı bir inadkarlıqla müdafiə edir. Bəhs etdiyimiz insan «təkamülçü» elm adamıdır.

Halbuki eyni elm adamı boş bir sahədə gəzən zaman üst-üstə düzülmüş üç kərpic görsə, bunların təsadüfən meydana gəlib sonra yenə təsadüfən üst-üstə düzüldüklərinə əsla ehtimal vermir. Hətta belə bir iddiaya sahib bir insanın ağlından şübhə edər. Bəs, adi hadisələri normal dəyərləndirə bilən bu insanlar, necə olur ki, mövzu özlərinin və ətrafdakıların varlığını araşdırmağa gəldiyi zaman bu cür ağılsız davrana bilirlər?

Bu davranışın elm adına olduğunu söyləmək mümkün deyil. Çünki elm ehtimalları bərabər olan bir hadisədə belə hər iki ehtimal üzərində düşünməyi, hər ikisindən də şübhələnməyi tələb edir. Halbuki nəinki canlı bir hüceyrənin, onun milyonlarla zülalından birinin belə təbii şərtlərdə təsadüflərlə meydana gəlməsinə imkan və ehtimal yoxdur.

Bu halda geriyə bir ehtimal qalır. Canlılar təsadüfən meydana gəlməmiş, yəni «yaradılmışdır». Bütün canlı varlıqlar üstün güc, bilgi və ağıl sahibi Yaradıcımız olan Allahın sonsuz elmi ilə var olmuşdur.

Bu gerçək təkcə bir inanc forması deyil. Ağıl, məntiq və elmin gəldiyi ortaq nəticədir.

O halda hər şeyin Yaradıcısının Rəbbimiz olan Allah olduğunu və dünyadakı hər şeyi nizamlayanın yalnız O olduğunu əsla unutmayın.