DİGƏR varlıqlar

Şeytan insanların düşmənidir


Şeytan insanların düşmənidir

İnsanların düşmənidir

 

Şeytanın insanın əsl düşməni olduğu bir çox ayədə bildirilmişdir (“Ənam”, 6/142; “Kəhf”, 18/50; “Yasin”, 36/60). Çünki şeytanın insana vermək istədiyi zərər yer üzündə heç kimsənin verməyəcəyi qədər böyükdür. Şeytan insanın cəhənnəmdə əbədi yanmasını istəyir. Bu səbəblə də insanın ən böyük düşmənidir. Bu ayələrdə bildirilir:

 

“Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizinlə açıq-açığına düşməndir (“Bəqərə”, 2/168).

“Çünki şeytan insanın açıq düşmənidir” (“Yusif”, 12/5).