Axırzaman və MEHDİ (əs)

Axırzamanda İslami dəyərləri təbliğ etmək çox vacibdir


Axırzamanda İslami dəyərləri təbliğ etmək çox vacibdir

Bugün dünyada zülmə və zorakılığa məruz qalan, aclıq çəkən insanların varlığından hamı xəbərdardır. Qəzetlərdə, televiziya kanallarında sahibsiz və möhtac insanların görüntülərinə tez-tez rast gəlmək mümkündür. Bir çox insan onların vəziyyətini görəndə təəssüf hissi keçirir. Buna baxmayaraq, onları bu zülmdən xilas etməyi düşünmür. Bunu başqalarının məsuliyyəti olduğunu düşünür. İnsanların bir qismi də “tək başıma nə edə bilərəm, mənim əlimdən nə gəlir” düşüncəsi ilə hərəkət edirlər. Halbuki buyanlış fikirdir. Axırzamanda Quran əxlaqının hakim olması üçün görülən hər iş çox vacibdir.

Quran əxlaqının hakim olması üçün kim və necə fəaliyyət göstərə bilər?

Quran əxlaqının hakim olması üçün heç bir imkanının olmadığını düşünənlər nə edə bilərlər?

Hal-hazırda dünya əhalisinə və dünyanın hər yerində yaşayan müsəlmanların vəziyyətinə baxanda Quran əxlaqının yaşanmamasından qaynaqlanan qarışıqlıq, zülm və dözülməz çətinliklərlə üz-üzə qalan insanları görürük.Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Əfqanıstanda, İraqda, Somalidə və ya dünyanın hər yerində yerdə süründürülən, uşaqlarının gözü qarşısında təpiklənən insanlar, daşlarla özlərini müdafiə etməyə çalışan kiçik uşaqlar, güllələrə hədəf olan körpələr, təcavüz və işgəncəyəməruz qalan qadınlar, evlərindən, yurdlarından çıxarılan, şikəst qalan, yaxınlarını-doğmalarını, həyatlarını itirən yüz minlərlə silahsız insan görüntüləri hər kəsə məlumdur.

İnsanlar vəhşiliyə, zülmə məruz qalır,sağ qalmaquğrunda əsir düşərgələrində mübarizə aparırlar.Müsəlman birliklər bir-bir müstəqilliklərini itirir, onlara yardım edə bilən vicdanlı insanların köməyini gözləyirlər, amma informasiya blokadası olduğu üçün səslərini eşitdirə bilmirlər.Müsəlmanların zülm gördükləri ölkələrdən yalnız bir neçəsində yaşananlara qısa nəzər salsaq, bu mövzunun əhəmiyyəti daha yaxşı aydın olar. Belə vəziyyətdə müsəlmanlar Allahın bildirdiyi şəkildə hərəkət etməlidirlər:

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

Dünyada baş verən hadisələrə ümumi nəzər salsaq, onların baş verməsinə sevgisizliyin, həmçinin nifrət, kin, düşmənlik, mənfəət, eqoizm və mərhəmətsizlik kimi hisslərin və ağılsızlığın səbəb olduğunu görərik.Bu problemləri həll etməyin və tamamilə ortadan qaldırmağın yolu isə sevgi, şəfqət, mərhəmət, həssaslıq, fədakarlıq, dostluq, xoş münasibət, sağlam düşüncə və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqını tamşəkildə yaşayan insanlara aiddir. Allah ayələrində Quranın insanları zülmətdən nura çıxardığını belə bildirir:

Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz iznilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Ayədə bildirildiyi kimi, dünyadakı ədalətsizliyin, qarışıqlığın, terrorun, qırğınların, aclığın, səfalət və zülmün yeganə həlli Quran əxlaqının dünyaya hakim olmasıdır. Bunun üçün hər bir müsəlmanxidmət etməlidir.

Hər bir insanın Quran əxlaqına xidmət etməkimkanı vardır

Hər bir gözəl əxlaqlı və vicdanlı insan yaxşılıq etmək üçün xidmət edə bilər. Məsələn, ağır yük qaldırılan zaman on beş adamdan yalnız dördü yükü qaldırsa, digərləri isə:"Biz zəif və çəlimsizik, kömək edə bilmərik", - deyib kənarda dursalar, budoğru hərəkət olmaz. Ancaq on beş adamın on beşi də yükü qaldırsa və hər biri gücünün çatdığı qədərkömək etsə, dörd nəfərin çiynindəki ağırlıq yüngülləşər. Kimin nə qədər köməketməsideyil, gücündən bacardığı qədər istifadə etməsi əhəmiyyətlidir.

Rəbbimiz Quranda heç kimə gücünün çatdığından artıq yükləməyəcəyini,  həryaxşı insan üçün bir asanlıq yaradacağını bildirir:

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 61-62)

İmkanın məhdud olması xidmət etməyə maneə deyil

İnsanın imkanının məhdud olmasına görə təəssüflənməsi çox yanlışdır. İnsanın ixlas və səmimiyyətlə, əvəzini yalnız Allahdan gözləyərək xidmət etməsi daha əhəmiyyətlidir. Görülən işin böyük və ya kiçik, verilən sədəqənin az və ya çox olması vacib deyil. Əsas səmimiyyətdir, yalnız Allah üçün səy göstərməkdir.

Məsələn, bir insanın maddi imkanı olmaya bilər. Xəstə olduğu üçün yatağından qalxmaya bilər. Ya dakor, kar ola bilər, iflic olduğu üçün əlləri tutmaya bilər. Gəzə bilməz, danışa bilməz və ya yaza bilməz. Amma beləinsan da buvəziyyəti Allahdan bir nemət, xeyir olaraq görməli və sahib olduğu imkanlardan mümkün qədər istifadə etməlidir. Yatağında qaldığı müddət ərzində Allah yolunda fikri mübarizə aparan insanlar üçün dua edərək, imanda dərinləşmək üçün təfəkkür edərək, yaxınında olan insanlara Allahın ayələrini xatırladaraq, kitab oxuyaraq, yazı yazaraq İslam dininin yayılmasında fəaliyyət göstərə bilər.

Xidmət üçün vaxtının kifayət qədər olmadığını düşünmək böyük yanılmadır:

İnsan faydasız seriallardan, maqazin proqramlarından uzaq dura bilər, bu vaxtdan istifadə edərək ətrafındakılara Quran əxlaqını izah edə bilər, İslam əxlaqını izah edən əsərlər oxuya bilər, saytları araşdıra bilər.

Boş və lazımsız söhbətlərdən uzaqlaşaraq vaxt qazana bilər.

Faydasız məzmunlu jurnal və qəzetlərdən uzaq dura bilər.

Maddi imkanın olmaması xidmət etməkdən uzaqlaşmağa səbəb deyil:

İnsan faydasız jurnal və qəzetlərin əvəzinə İslamı təbliğ edən,əhəmiyyətli məlumatlara sahib jurnalları ala bilər. Sonra bu jurnallarıdostları iləpaylaşıbətrafdakı insanlara da fayda verə bilər.

Qəzet və jurnallardakı maraqlı xəbərləri toplayıb kitablarda istifadə edərək nəşr edə bilər.

Kifayət qədər maddi imkanı olmayanlar yoldaşlarıilə birləşib bir kitab alıb oxuya bilər. Sonra bu kitabları yoldaşları arasında oxumaq üçün paylaşa bilərlər.

Məhəllədəki dostları ilə danışıb bir nəfərin evində kitabxana düzəldəbilər. Alınan kitabları bu kitabxanaya qoyub bir çox insanın istifadə etməsini təmin edə bilər.

Köhnə musiqi kasetlərini yığıb, onlara iman həqiqətlərini izah edən, darvinizm və materializmin yanlışlığınıizah edənməlumatları yaza bilər. Bu kasetləri dost-tanışlarına verə bilər.

CD alıb internet saytlarından İslam əxlaqını izah edən müxtəlif kitab və məqalələr köçürüb hədiyyə verə bilər. Bunlar istifadə edildikdən sonra başqalarına verilə bilər.

İş yerində, məktəbdə, evdə İslama xidmət etmək üçün bir çox imkan ola bilər:

İnsan boş və lazımsız söhbət etmək yerinə İslam əxlaqı, Quran möcüzələri, iman həqiqətləri, təkamül nəzəriyyəsinin iflasa uğraması kimi mövzulardan bəhs edə bilər. Evə dəvət edilən qonaqlara bu mövzuda hazırlanmış sənədli film göstərə bilər.

İşə gedəndə və qayıdanda nəqliyyatda keçirilən uzun vaxtlarda İslam əxlaqını və yaradılış dəlillərini izah edən səs kasetlərinə qulaq asılmasını təmin edə bilər.

İslam əxlaqı, Quran möcüzələri, iman həqiqətləri, təkamül nəzəriyyəsinin iflas etməsindən bəhs edən televiziyavə ya radio proqramlarını broşürlərlə tanıda bilər, tanışlara seyr etmələrinitövsiyə edə bilər.

İslam əxlaqını, Allahın yaratma sənətini, dinsizliyin zərərlərini izah edən kitabları və internet saytlarını tanıda bilər.

Qonşuları və dostları ilə söhbətindəİslam əxlaqını və ya Allahın yaratma sənətini izah edən kitablardan öyrəndiklərini izah edə bilər.

Uşaqlara İslam əxlaqını, Allahın kainatdakı yaradış dəlillərini izah edə bilər. Bu mövzuda sənədli filmlər seyr etdirə bilər, eyni zamanda,öyrənərkən uşaqların əylənmələri də təmin edə bilər. Uşaqların bu əxlaqla yetişdirilməsiilə onların sonradan milli və mənəvi dəyərlərə bağlı, xeyirli insan olmalarına səbəb ola bilər.

Azyaşlı uşaqlara din əxlaqını və iman həqiqətlərini izah edib onların yatmadan əvvəl Allahı zikr etmələrini və Ona dua etmələrini öyrədə bilərlər.

Evdə israf olmamasına diqqət yetirib, pulun boş yerə xərclənməsinin qarşısını ala bilər. Lazımsız xərclərdən çəkinər, İslam əxlaqının izah edildiyi kitab və jurnallar ala bilərlər.

Xüsusi günlərdə hədiyyə olaraq imanın güclənməsinə səbəb olan kitablar, VCD-lər və ya səs kasetləri ala bilərlər.

Qonaqlığa gedərkən gül dəstəsi, tort və s. almaq yerinə kitab ala bilər. Bunudost-tanışlarına da izah edə bilər. Onların da bu cür davranmalarınasəbəb ola bilərlər.

İnsanların bir-birlərinə necə zülm etdiklərini görən, hər gün ətrafında əxlaqsızlığın, mərhəmətsizliyin, imansızlığın fərqinə varan və narahat olaraq sülh, sevgi və rahat  cəmiyyət istəyən bir insanın baş verən hadisələrə laqeyd qalması böyük səhv olar. Hər insanaz və ya çox, gücünün çatdığı qədər Quran əxlaqının yaşanmasına səy göstərməli, yaxşılıq və gözəllik yolunda çalışmalıdır.

İslama Allah rizası üçün əvəzi gözlənilmədən xidmət edilməlidir

Səmimi müsəlmanlar zülmün və haqsızlıqların sona çatması, insanların gözəl əxlaqlı olması və əsl İslam dininin yaşanması üçün ciddi səy göstərərlər.Rəbbimizə təslim olar, Onun razılığını qazanmaq və yaxşı işlər görmək üçün heç nəyi maneə olaraq görməzlər.Böyük diqqət və dəqiqliklə Allahın razılığına, rəhmətinə və müsəlmanlar üçün hazırladığı cənnətinə layiq olmaq üçün səy göstərərlər.Allah onların bu səmimi səylərini belə bildirir:

Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! (İnşiqaq surəsi, 6)

Allaha qəti olaraq inanan bir insan Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün əlindən gələninin ən çoxunu etmək istəyər.Bir işi bitirib digər xeyirli işə keçər, ən sürətli və əhatəli şəkildə din əxlaqına xidmət edər, ciddi səy göstərər.Daim İslamın, müsəlmanların faydasını düşünər, bütün insanların sülh, dostluq, güvən və rahat yaşamaları üçün üzərinə düşəni etməyə çalışar.Allah rizası üçün edilən xidmətlərdəki bu şövq və istək əsl dindarlığın əlamətlərindən biridir.

Səmimi müsəlmanlar"(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut! (İnşirah surəsi, 7-8)"ayəsinə uyğun olaraq Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq ümidi və sevinci ilə hər anlarında şövqlü, dinamik və çalışqandırlar. Hər an əcr qazanmaq üçün səy göstərər, başqasını gözləmədən, təxirə salmadan önlərinə çıxan hər imkanı qiymətləndirərlər. Etdiklərindən ötrü heç kəsə minnət qoymazlar.Əksinə, Allaha, Allahın razılığına, rəhmətinə və ölmədən əvvəl yığacaqları savablara möhtac olduqlarını bilərək, təvazökar və qənaət içində heç kimdən təşəkkür belə gözləmədən İslama xidmət edərlər.