Çinar yarpağı



Yaş: 50 milyon il
Dövr: Senozoy erası, Eosen dövrü
Bölgə: Kolorado, ABŞ


Məlumat:
Quruda yaşayan bitkilərin fosil tarixi və quruluşunu tədqiq etdikdə təkamül nəzəriyyəsinin iddialarına qətiyyən uyğun olmayan mənzərə ilə qarşılaşırıq. Demək olar ki, bütün biologiya dərsliklərində gördüyünüz bitkilərin “təkamül ağacı”nın bir budağını belə təsdiqləyən bitki fosili ardıcıllığı yoxdur. Bir çox bitki fosil qeydlərində tam saxlanılıb və bu qalıqlardan heç biri bir növdən digərinə keçid forması xüsusiyyətini daşımır. Hər biri xüsusi, orijinal yaradılmış, ayrı-ayrı növlərdir və bir-birləri arasında iddia edildiyi kimi hər hansı təkamül xarakterli əlaqə yoxdur. Təkamülçü paleontoloq Olsonun da qəbul etdiyi kimi, bir çox yeni bitki qrupu ani surətdə üzə çıxır və onlara yaxın heç bir əcdadları yoxdur. (E. C. Olson, The Evolution of Life, New York, The New American Library, 1965, səh. 9)
Şəkildəki 50 milyon illik çinar yarpağı fosili də bunu sübut edir.