Adamlıq DİNİ

İnsan özünü mənfi düşüncələrə təslim etməməlidir


İnsan özünü mənfi düşüncələrə təslim etməməlidir

Bəzən insan heç bir səy göstərməsə də hər hansı yaxşı nəticələr əldə edəcəyini düşünür. Halbuki, bu tamamilə səhv bir fikirdir. Heç bir gözəl nəticə səy göstərmədən öz-özünə ortaya çıxmaz. Bu Allahın insanlar üçün yaratdığı imtahanın bir qanunudur.

İnsan nəfsində yaxşılıqlar və pisliklər bir yerdədir. Bu da Allahın insanlar üçün yaratdığı imtahanın bir başqa xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına buraxdığı halda gözəlliklər heç vaxt pisliklərə öz-özünə qalib gələ bilməz. Ağlını, iradəsini, vicdanını həmişə daha gözəl əxlaqa sahib olmaq üçün istifadə etməlidir.

İnsanın bu mübarizəsində əldə etməli olduğu bir xüsusiyyətdə “müsbət düşünməkdir”. Yaxşılıqları və pislikləri özündə cəmləşdirən “nəfsin insanları mənfi düşünməyə təşviq etmə xüsusiyyəti” də var. Və əlbəttə ki, nəfs müxtəlif yollarla əsil üzünü gizlədər. Müsbət düşünmənin bir mənada “özünü aldatmaq” olacağını, “mənfilikləri düşünmənin isə insanı həmişə daha yaxşı və tədbirli edəcəyini”, “daha ağıllı addımlar atmasına səbəb olacağını”, “belə insanın təhlükələrə və risklərə daha çox hazırlıqlı olacağını” göstərməyə çalışar. İnsanları mənfi düşünmənin “realizm” olduğuna, müsbət düşünmənin isə “özünü aldatmaq” olduğuna inandırmağa cəhd edər.

İnsan belə bir vəziyyətdə Quran əxlaqına görə davranmağa çalışmalıdır. Allah Quranda müsəlmanlara “təvəkkül etməyi, hər hadisəni xeyirə yozmağı, Allahın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünməyi, hər nə olursa olsun hər mövzuda Allahdan ümidini kəsməməyi” bildirmişdir. Mömin Quranı əsas alaraq davrandığı üçün şeytan və ya nəfis əksini istəsə də, hər nə qədər istədiyi davranışı düzgün göstərmək üçün bəzəsə də mömin müsbət düşünməkdən uzaqlaşmaz.

Eyni zamanda insan istərsə “müsbət düşünmək” ilə “mənfi düşünməyin” insanın nəyi qazanmağına və nəyi itirməyinə səbəb olacağını sürətli və asan bir şəkildə müqayisə edib, qavraya bilər.

Mənfi düşünmək ən əvvəl adamın Allah rızasına uyğun düşünməyinə və Allahın razı olacağı əxlaqı yaşamağına mane olar. Allahı və Allahın sonsuz gözəlliyə sahib sifətlərini unutmağına səbəb olar (Allahı tənzih edirik). Allahın ağlını, şəfqətini, mərhəmətini, sevgisini, ədalətini, qullarına olan yaxınlığını, dualara cavab verən olduğunu, səmimi olan qullarını bağışlayacağını, axirətdə hər şeyin qarşılığını ən gözəli və artıqlaması ilə verəcəyini unutdurar. Dünyada olan hadisələrin Allahdan müstəqil olaraq reallaşdığı (Allahı tənzih edərik) düşüncəsinə, inancına qapılmasına gətirib çıxarar. Bütün bunlar da adamı cahiliyyə məntiqli düşncə tərzinə gətirib-çıxarar. Bu da insanı əbədi olaraq qəm-qüssəyə boğar. Hər hadisəyə mənfi tərəfdən baxan biri qaranlıq, sıxıntılı, içinə bağlı, bədbəxt bir insan olar. Belə bir adam sahib olduğu səhv məntiq səbəbilə ətrafındakı insanlara və yaşadığı hadisələrə qarşı əsaslı çarə olacaq bir davranış göstərə bilməz. Ətrafındakı insanlara qarşı həmişə mənfi fikirlərlə yaxınlaşdığı üçün çox şübhəçi, önmühakiməli, uzaq və soyuq bir davranış göstərər. Mənfi düşünən, mənfi danışan, mənfi addımlar atan bir insan olaraq ətrafındakı insanların sevgisini, hörmətini, etibarını itirər. Dostları yanında narahat olan və dostluğu bilinməyən bir insan olar. Heç kimi həqiqi mənada sevə bilməz, heç kimə şübhə duymadan yaxınlaşmaz. Həyatı həmişə narahat, bədbəxt, qəm-qüssə və ümidsiz fikirlər içində keçər. Bütün bunların nəticəsində də mənəviyyatında olduğu kimi, fiziki olaraq da gücsüz qalar.

Bununla yanaşı müsbət düşünən bir insan isə bu xüsusiyyətiylə hər şeydən əvvəl Allahın razı olacağı əxlaqı göstərmiş olar. Çünki, müsbət düşünmək Allahın bəyəndiyi əxlaqın, səmimi imanın, Allaha qarşı olan inamın və təslimiyyətin bir gərəyidir. Bu əxlaqı yaşayan adamın vicdanı rahatdır. Çünki, Qurana uyğun bir əxlaq yaşayır. Yaşadığı hadisəyə, ətrafındakı insanlara Allahın istədiyi və bəyəndiyi baxışla baxır. Hər hadisəni xeyirə yozan, hər şeyin gözəl tərəfini görən bir yanaşması var. Yaşadığı hadisələrdəki mənfilikləri görüb, bunlara kədərlənib, sıxılıb, pessimizmə qapılmaq yerinə, çox kiçik gözəlliyi belə görən, bu nemət üçün Allaha şükür edən və bunun sevincini yaşayan bir əxlaq yaşayır. Allahın hər insan üçün olduğu kimi, onun üçün də sayısız nemət yaratdığının fərqindədir. Mənfi kimi görünən bütün hadisələrin Allahın bir imtahanı olduğunu və “Allahın istədiyi kimi davrananda” bunların hər birinin dünyada və axirətdə onu xeyirlərə qovuşduracaq vəsilələr olduğunu bilər. Ən çətin, ən qarışıq, ən mürəkkəb hadisələr olsa belə mənfi fikirlərə düşməz. Çünki, “Allahın, səmimi qullarına qəti şəkildə kömək edəcəyini” unutmaz. Gücünün çatmadığı bir hadisədə özünü itirməz. Çünki, Allahın sonsuz güc sahibi olduğunun fərqindədir. Hadisələrin özü-özünə baş vermədiyini, Allahın hər şeyi xeyir və hikmətlə yaratdığını bildiyi üçün hər hadisədə bir gözəllik görər. Bütün bu həqiqətləri bilməsi ona dünyada əbədi rahatlıq və xoşbəxtlik verər. Hər nə olursa olsun Allahdan ümidini kəsmədiyi üçün, Allaha çox inandığı üçün, Allahın kömək edəcəyinə inandığı üçün çox rahat olar. Hər məsələdə müsbət və ağıllı bir baxışa sahibdir. Hadisələrdə ya da insanlarda olan mənfi tərəflərdən, əskiklərdən və qüsurlardan əlbəttə ki, xəbərdardır. Amma bunun həll yolunun hər şeyə pessimist bir dünyagörüşüylə baxıb, kədərlənib, sıxılmaq olmadığını bilər. Bu əskiklikləri yox etmək üçün atacağı hər addımı Allaha güvənərək, müsbət düşünərək, ümidvar olaraq, gözəllikləri görüb bunları əsas alaraq atar. Bu səbəbdən də ən çox sevilən, ağlına ən çox inananılan, sözünə ən çox etimad edilən, ən çox məsləhət alınan, dost olaraq ən çox seçilən kəslər məhz belə müsbət düşüncəyə, belə gözəl əxlaqa sahib olan kəslərdir.

Üstəlik, “müsbət düşünmək” “özünü aldatmaq” ya da “realist olmamaq” demək də deyil. Əksinə, bir çox insanın görə bilmədiyi həqiqəti görmək, “Allahın sonsuz gücünü lazımınca təqdir edə bilmək, Allahın gücünə şahid ola bilmək” deməkdir. Əsl realizm budur.Əsl düzgün-dürüst belə olur. Bunun əksi insanın özünü aldatmasıdır. Çünki, əksini düşünən insan hadisələri özünün ya da qarşısındakı insanın etdiyini düşünür. Öz gücünün və insanların gücünün nə qədər məhdud, yaradılanların nə qədər aciz olduğunu gördükcə özünə görə mənfi düşüncələrə qapılır. Halbuki öz gücü onsuz da heç bir şeyə çatmaz. İnsana müsbət düşünmə, ümidvar olma, hər hadisənin nəticəsindən bir gözəllik görmə gücünü verən “Allahın gücünə olan inancı” və “Allahın gücünü lazımınca qavramağıdır”.

Bütün bu həqiqətləri diqqətlə nəzərdən keçirən bir insan “Allahın razılığının müsbət düşünməkdə olduğunu” görməlidir. Bununla birlikdə mənfi düşünməyin insana heç bir faydası olmadığını, əksinə adamın həyatını çox pis və mənasız hala gətirdiyini, çox çətinləşdirdiyini və mənən çox keyfiyyətsizləşdirdiyini qavramalıdır. İnsanı bu kədərdən digərinə sürüyən, hər yerdə, hər hadisədə adama bədbəxtliyin qapısını açan, nə özünə, nə də başqalarına heç bir faydası olmayan şeytani bir dünyagörüşü olduğunu anlamalıdır. Quran əxlaqı insanın Allahın insanlar üzərindəki böyük lütfünü görməsinə, ətrafındakı gözəlliklərin sevincini və xoşbəxtliyini yaşamasına, bütün bunlar üçün Allaha könüldən şükr etməsinə və ən çətin şərtlərdə belə Allahdan gözəllik ümid etməsinə vəsilə olar. Beləliklə əsl realizm budur.

Bununla yanaşı mənfi düşünmənin “hazırlıq” olduğunu düşünən bir insan bu mövzuda da yanılmaqdadır.Belə pessimist, çökmüş, içinə qapanmış, bədbəxt, ümidsiz bir insanın həqiqi mənada hazırlıq görməsi də mümkün deyil. Doğru düşünmə, hadisələri olduğu kimi görüb məqsədəuyğun qiymətləndirmə və tədbir alma qabiliyyətini, yaşadığı ruh halıyla birlikdə onsuz da itirmiş vəziyyətdədir. İnsan tədbir almağı ancaq müsbət düşünmənin gətirəcəyi rahat, ağıllı, müsbət və düzgün bir mənəviyyatla reallaşdıra bilər. İnsanları, hadisələri və təhlükələri doğru analiz etməyi ancaq belə məqbul bir dünyagörüşünə sahibdirsə mümkün ola bilər.

Allahın Quranda insanlara bildirdiyi bir sirr var. İnsan mənfi düşüncədənsə ətrafındakı gözəllikləri, nemətləri, müsbət inkişafları görə bildiyi və bu dünyagörüşüylə düşünə bildiyi halda “Allah bu adamın nemətini daha da çox artırır”. Əksi olduqda, yəni insan həmişə içərisində olduğu şəraitdən, yaşadığı hadisələrdən, ətrafındakı insanlardan şikayət etdiyi, yalnız əskikləri, qüsurları gördüyü, gözəllikləri isə lazımi kimi qiymətləndirmədiyi halda isə özünün səbəb olduğu bədbəxt bir həyat yaşamaqdadır.

Beləliklə, hər insan Allahın bildirdiyi bu məlumat haqda yaxşı düşünməlidir. Ən çətin şəraitlərdə belə həyatda sevinəcəyi, xoşbəxt olacağı, şükr edəcəyi çox sayıda nemət və gözəllik vardır. Əgər az bir nemətə də şükr etməsini, az bir gözəllikdə belə ümidli olmağı bacarsa Allah ona dünyada və axirətdə çox daha artığını verəcək. Allah Quranda insanlar üzərindəki nemətinin bənzərsizliyini və nemətə şükr etmənin əhəmiyyətini belə bildirmişdir:

"(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim Surəsi, 7)

(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar). (İbrahim Surəsi, 34)

Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!(Nəhl Surəsi, 18)

İnsan həyatı boyu ən çətin anlarda belə bu həqiqətləri unutmamalıdır. Həyatının sonuna qədər müsbət düşünməli və hər nə olursa-olsun bu xüsusiyyətdən əl çəkməməlidir.

Ancaq bu da heç vaxt unudulmamalıdır ki, insan gözəl əxlaqı, müsbət düşünməyi, Allahdan ümidvar olmağı nemətə qovuşa bilmək üçün deyil, Allahın razılığını qazanmaq üçün etməlidir. Allah Dərgahında qəbul ediləcək davranışlar bunlardır. Çünki, Allahın razılığı dünyada və axirətdə olan bütün nemətlərdən üstündür. Allah razı olanda onsuz da nemətini lütf edəcək. Lakin bu gözəl əxlaq ancaq -Allahın icazəsiylə- Allahın razılığının heç bir nemət ilə müqayisə edilməyəcək qədər böyük bir lütf olduğunu qavrayan insanlara nəsib olacaq.