Adamlıq DİNİ

Deyinmək çirkin cahiliyyə vərdişidir


Deyinmək çirkin cahiliyyə vərdişidir

İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi, 6)

Bəzi insanlar gün ərzində qarşılaşdıqları hadisələr haqqındakı düşüncələrini davamlı olaraq "öz-özlərinə deyinərək" dilə gətirərlər. Bəzən narahatlıq duyduqları bir şey, bəzən gördükləri yanlış rəftar, eşitdikləri bir söz bu insanların çox düşünmədən dərhal narahatlıqlarını ifadə etmələrinə səbəb olur.

Əslində insanın yanlış gördüyü bir şeyi dilə gətirməsi əlbəttə ki, səhv deyil. Amma məqsəd mütləq -Allah rizası üçün- "o səhvi düzəltmək" olmalıdır. Bir də əgər ortada yanlış bir rəftar, söz ya da hadisə varsa, o zaman mütləq bu problemi həll edə bilən insanlara çatdırmaq lazımdır. Eyni zamanda, edilən səhvin ən gözəl, ən hikmətli, ən məqsədəuyğun şəkildə qarşı tərəfə açıqlanması lazımdır.

"Deyinmək" vərdişində bu sayılan hədəflərin heç biri yoxdur. Məqsəd yalnız adamın ağlına gələnləri söyləyərək "əsəbini sakitləşdirməsidir". Bu da, deyinmənin nə qədər boş və səhv rəftar olduğunu çox dəqiq bir şəkildə ortaya qoyur.

Məsələn, "Bunu bura kim qoydu?", "Bura bax, neçə gündür buranı heç təmizləyən olmayıb!", "Nə qədər səs-küy salırlar!", "Nə çox sual verirsiniz?", "Bax yenə bunu səhv edib, halbukineçə dəfə demişdim!" kimi deyinmə növləri birçox insanın heç düşünmədən ağız vərdişiilə gün boyu təkrarladığı cümlələrdəndir.

Bəzən də insanlar başqalarına qarşı deyil, öz yaşadıqları hadisələr haqqında davamlı olaraq deyinərlər.

"Çox acdım", "Heç yata bilmədim", "Çox yuxusuzum", "Necə çatdıracağam, çox az vaxtım qaldı", "Çox gecikdim", "Çox xəstəyəm", "Başım ağrıyır", "Necə bitirəcəyəm mən bunu?", "Heç halım yoxdur!", "Çox üşüyürəm", "Çox istidir","Bugün çox işim var, hamısını eyni anda necə edim?" kimi gündəlik həyatları haqqındakı hər hadisədəki mənfi düşüncələrini, bir tərəfdən işlərini görərək, bir tərəfdən də səsli olaraq davamlı izah edirlər.

Bütün bunların ortaq nöqtəsi isə, əvvəlki sətirlərdə də ifadə edildiyi kimi, həll etmə hədəfinin olmamasıdır. Məqsəd yalnız narahatlığı dilə gətirməkdir. Bu səbəbdən dəadam alışdığı şəkildə bunlardan şikayətlənməyə davam edər.

Halbuki Quran əxlaqına görə bir insan ətrafında gördüyü hər şeydən, eşitdiyi hər səsdən, şahid olduğu hər hadisədən məsuldur. Əgər ortada səhv bir şey varsa "bunu düzəltmək, ya da düzəlməsi üçün səy göstərmək" möminin məsuliyyətidir. Bu səbəbdən möminin narahat edici bir hadisəyə dünyagörüşü əvvəlcə "bunu həll etmək" istiqamətində olmalıdır.

Bununla yanaşı insanlar deyinmələrinə və şikayətlənmələrinə şahid olan insanların da bu vəziyyətdən narahatolabiləcəyini gözardı edərlər. Halbuki bir insanın yanında yaşadığı hər şeydən şikayət edən bir adamın olması həm mənəvi, həm də fiziki baxımdan çox yorucu və bezdiricidir.

Deyinən adamın ruh halının Qurana uyğun olmaması və tamamilə cahiliyyəyə aid bir əxlaq yaşaması bunu görən möminlərdə ciddi narahatlığa səbəb olur. Çünki deyinən insan ətrafındakılara"hər şeyi Allahın yaratdığını, hər hadisədə xeyir və hikmət olduğunu, hər şeyin qədərdə və insanların imtahanları üçün xüsusi yaradılan hadisələr olduğunu unutması" təəssüratını yaradır. Adam Quranda bildirilən "hirslənəcək bir şeylə qarşılaşdığında qəzəbini boğmaq, sözün ən gözəlini söyləmək, insanlara ən gözəl şəkildə öyüd verib, yaxşılığı əmr edib pislikdən çəkindirmək" kimi əxlaq xüsusiyyətlərini yaşamaqla məsul ikən, bunun yerinə, özünü iradəsizcə cahiliyyə əxlaqına buraxması, əlbəttə ki, yanlış rəftardır.

Mömin vicdanını duyan insandır. Allahdan qorxub hər an Quran əxlaqına uyğun bir rəftar göstərməklə və hər sözünü Qurana uyğun olub-olmadığını düşünərək danışmaqla məsuldur.

Mömin deyinmə vərdişinin Allaha inanan, qədəri, dünya həyatının imtahan yeri olduğunu və axirəti bilən bir insanın əxlaqına uyğun gəlməyəcəyini bilir. Deyinmək möminə və Müsəlman şüuruna yaraşmayan bir rəftardır. Müsəlman lazım olsa gördüyü hər çətinliyin öhdəsindən tək başına gələr, amma yenə də şikayət etməz. Zahirən nə qədər zərər çəkmiş kimi görünsə də, bunu heç zaman şikayətlənərək dilə gətirməz. Hirslənəcək bir vəziyyətlə qarşılaşsa belə qəzəbini boğar. Heç zaman əsəbləşdiyini bildirməz. İnsanın qəzəbindən xilas olmasının yolunun deyinmək olmadığını bilər. Qəzəbin ancaq Allaha təvəkkül etməklə və Quran əxlaqına uyğun gəlməklə ortadan qalxacağının şüurundadır.

Bu səbəbdən "deyinməmək" möminlərlə cahiliyyə insanlarını ayıran əhəmiyyətli əxlaq xüsusiyyətlərindən biridir. Müsəlmanların Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaq üçün ağıllarını, vicdanlarını və iradələrini ən gözəl şəkildə istifadə etmələri imanın onlara yüklədiyi gözəl bir məsuliyyətdir.

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasınaədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)