DİGƏR varlıqlar

Şeytan hiyləgər və yalançıdır


Şeytan hiyləgər və yalançıdır

 

Şeytan insanları doğru yoldan uzaqlaşdırmaq üçün, əvvəlcə, həqiqətlərin üstünü örtür. Bunun üçün ən əlverişli yol isə hiyləgərcəsinə yalan söyləyərək insanları aldatmaqdır. Yalan yolu ilə saxta və boş vədlər verərək insanları öz tərəfinə çəkməyə çalışır. Daha yaxşı sosial vəziyyət, daha çox pul, daha rahat bir həyat, hətta axirətdə daha üstün bir məqam vəd edir. Ancaq yalan söylədiyini və boş vədlər verdiyini axirətdə özü etiraf edəcək:

İş bitdikdə şeytan belə deyəcək: "Allah sizə cəhənnəmə düşəcəyiniz barədə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım… (İbrahim surəsi, 22)

Bu etiraf ancaq dünya həyatı qurtardıqdan sonra, şeytan və dostları qiyamət günü həşr edildikləri vaxt ortaya çıxacaq. Əlbəttə, bu gerçəyi öyrənmək şeytanın dostlarına heç bir fayda verməyəcək. Onların hamısı tarix boyu şeytana tabe olan digər insanlarla bərabər cəhənnəmə gedəcək.