Adamlıq DİNİ

Cahil cəmiyyətdəki evdar qadın


Cahil cəmiyyətdəki evdar qadın

Böyümə tərzlərinə, yaşadıqları mühitə, əxlaq xüsusiyyətlərinə və sahib olduqları imkanlara görə müxtəlif xüsusiyyətlər göstərsələr də, yenə cahil evdar qadınların şəxsi simalarını ümumi qrup altında cəmləmək mümkündür.

Cahil qadınlar cəmiyyətin onlara təlqin etdiyi xarakterin təsiri altındadırlar. Uşaqlıqlarından etibarən minlərlə evdar qadın görmüş, onların bütün rəftarlarını və reaksiyalarını istər-istəməz şüur altlarında qorumuşlar. Özləri eyni şərtlərlə qarşı-qarşıya qaldıqda isə bu təcrübələrini özləri də anlamadan həyata keçirir və demək olar ki, şəxsiyyətlərini istiqamətləndirməsinə icazə verirlər. Buna görə də cahil cəmiyyətdəki evdar qadın xarakterlərinin böyük əksəriyyətinin ortaq xüsususiyyəti var. Hamısı da əvvəlki müşahidələrini və təcrübələrini həyatlarına tətbiq edirlər. Hətta universitetdə oxuyan, şən, çoxlu dostları olan və klassik gənc qız xarakteri daşıyan insan belə evləndiyi gündən etibarən tam fərqli xarakter göstərir. Belə ki, qısa müddət əvvəl olduqca aktiv, ətrafına fikir verən insan olduğu halda, birdən-birə "evinin qadını" obrazına girərək, keçmiş dostları tərəfindən tanınmayacaq şəxsiyyətə bürünə bilir.

Onlara bu şəxsiyyəti qazandıran isə cahil cəmiyyətin evlilik sistemidir. Bu, evdar qadınların şəxsiyyətini araşdırarkən nəzərimizdə saxlamağımız vacib olan çox əhəmiyyətli mövzudur. Sonrakı bölmələrdə aydınlaşdıracağımız bu şəxsiyyətin formalaşmasında evliliyin "cahiliyyə evliliyi" və qarşı tərəfin də yenə cahil cəmiyyətin üzvü olmasının böyük təsiri var.

Bütün bunların təsiri ilə cahiliyyə sisteminin bütün yanlışlarını özündə saxlayan bir şəxsiyyət ortaya çıxır. Ancaq bunu da əlavə etmək lazımdır ki, cahil cəmiyyət bu yanlışları görmür və bunları mənfi xarakter xüsusiyyətləri kimi də qiymətləndirmir. Əksinə bunların çoxunun normal rəftarlar olduğunu düşünürlər. Çünki yaşadıqları cəmiyyət bu insanlara bu xarakterləri onsuz da təyin etmişdir və özlərinin uyğun hesab etdikləri modeli bəyənmələri, bunda heç bir yanlış görməmələri də çox təbiidir.