İnkar edənlər

İnkarçiların öz aralarındakı mübahisələri


İnkarçiların öz aralarındakı mübahisələri

 "Qəlbləri parçalanma içində" olan inkarçılar möminlərlə olduğu kimi öz ətrafındakılarla da tez-tez mübahisə edirlər. Bu, nəfsin "hər şeydən çox höcət" ("Kəhf" surəsi, 54) olmasının nəticəsidir. Şeytanın bu yerdni baglə fəaliyyətə başlaması mübahisələri "həyatın təbii axarı içində rastlanan normal hallar" kimi göstərməsi ilə olur. Buna görə bir-birini sevən insanların belə mübahisə edərək dalaşmasına "həyatın mənasıdır!" deyilməsi əslində şeytanın təsirinin necə geniş yayıldığını göstərir. Xüsusilə də mətbuat bu mövzu üzərində işləyərək insanların mübahisələrini uyğun bir yerə çatdırmağa səy göstərir. İnsanlara qarşılıqlı münasibətlərində səmimi deyil, mənfəətçi və siyasi davranmaları təlqin edilir. Problemləri həll etmək əvəzinə "mübahisə yaradan mövzulara nə qədər az toxunsanız, rahatlığınız da o qədər az pozular" deyə öyüd də verilir!
Bunlardan başqa bütün yanlışlığına baxmayaraq edilən bu təlqindən düzgün olan bəzi şeylər çıxarmaq da mümkündür. Şeytan tərəfindən yoldan çıxarılan inkarçılar ömrü boyu mübahisədən xilas ola bilməyəcəklər.
Dünya həyatında öz daxillərində savaşarkən əslində bir-birinə müxtəlif yollardan yanaşır və doğru yoldan azdırmağa çalışırlar. Təlqinə çox açıq olan zəif xarakterə malik insanlar da ailələrinin, yaxın-larının və ətrafının fikirlərini mütləq həqiqət kimi qəbul edirlər. Bu fikirlər adət-ənənə adı ilə ortaya çıxdığı kimi onları insanların ağlına müasirləşmə - qərbləşmə kimi də yeritmək olar. Təbii ki, həm ənənələrdən, həm də müasirləşmədən götürüləcək bir sıra yaxşı tərəflər var. Ancaq bunlar həmişə düzgün və uyğun olmur və dinin yerinə keçməyə başladıqda yaxud da dinin unudulmasına və tərk edilməsinə səbəb olduqda deməli, şeytan öz məqsədinə çatmışdır.
İnkarçıların qiyamətə qədər davam edəcək olan mübahisələri Qiyamət günü hətta cəhənnəmdə də bitmir. Dünyada olduğu kimi axirətdə də bir-biri ilə mübahisə edəcəklər. Quranda bizə bildirildiyinə görə, hadisələr bu şəkildə gerçəkləşəcək. İnkarçılar dünyada bir-biri ilə mübahisə edərkən qiyamət gələcək ("Yasin" surəsi, 49) və onlar bir-birini azğınlıqda günahlandıracaqlar ("Saffat" surəsi, 27-33), cəhənnəmdə Allahla ("Əraf" surəsi, 38-41; "Fussulət" surəsi, 29; "Qaf" surəsi, 27-30; "Muminun" surəsi, 106-108), cəhənnəm gözətçiləri ilə ("Zuxruf" surəsi, 77-80; "Mülk" surəsi, 8-11), cənnətdəkilərlə ("Hədid" surəsi, 13-15) və öz aralarında ("Mömin" surəsi, 46-50; "Səba" surəsi, 31-33; "Sad" surəsi, 59-64) mübahisəyə davam edəcəklər. Ancaq bütün bunların hamısın onların alçaldılması və ümidləri qırılmış olaraq əzaba düşməsi üçündür: cəhənnəm gözətçiləri onları dinləməyəcək və əslində Allaha yalvarmalarının vacibliyini söyləyəcək. Allah Onunla hətta danışmalarını da qadağan edəcək. Cənnətdəkilər bütün nemətlərin onlara yasaq olduğunu söyləyəcək. Onları yoldan çıxaranlar və səcdə etdikləri bütlər belə onları tanımayacaq, onları ardıcıllarını qəbul etməyəcək. Şeytan da onları sadəcə çağırdığını və onların qaçaraq gəldiyini, əslində onlara qarşı heç bir gücünün olmadığını və artıq əbədi əzabı dadacaqlarını söyləyəcək.