Adamlıq DİNİ

Küsəyən və ürəyi yumşaq olurlar - Yaşlı insan xarakteri 1


Küsəyən və ürəyi yumşaq olurlar - Yaşlı insan xarakteri 1

Qocalan insanların çoxu həm maddi, həm də mənəvi cəhətdən başqalarından asılı vəziyyətdə yaşayır və asılı olduqları bu insanlar da adətən uşaqları, nəvələri və ya digər yaxın qohumlarıdır. Bu insanların qocalar haqqında fikirləri isə o qədər də müsbət deyil, yaxşı insan kimi tanınsalar da qocaları özlərinə maneə hesab edirlər. Çünki qocalığın yaratdığı xəstəliklər maddi və mənəvi qayğı tələb edir. Əksər qoca insanlar bütün bu problemlərə görə ayrı evdə tək yaşaya bilmir, ancaq uşaqları, nəvələri və ya qohumları da ciddi qayğı lazım olduğuna görə onları evlərində saxlamaq istəmirlər.
 
Əslində isə din əxlaqından uzaq yaşayaraq qocalmış belə insanların bu vəziyyətə düşmələrinə özlərinin səbəb olduğunu desək səhv etmərik. Çünki özləri də cahiliyyə əxlaqını mənimsəyib, bütün həyatları boyu Allah’dan və Onun dinindən uzaq yaşayıb, uşaqlarına, nəvələrinə də belə pis əxlaqı mənimsədib, onları Allah’ın əmr etdiyi gözəl əxlaq yerinə cahiliyyə əxlaqı ilə böyüdüblər. Bunun nəticəsi də onlara qocalanda böyük zərər kimi geri qayıdır. Cahiliyyə sistemi ilə yaşayan uşaqları gözlərini qırpmadan onları rədd edir və zalım davranırlar. Əgər yanlarında qalmalarına razı olsalar belə, məcburiyyət qarşısında evlərində yaşayan bu insanlarla yaxşı rəftar etmirlər.
 
İstənmədiklərini başa düşdükləri üçün qocalarda ən mühüm xüsusiyyətlərdən biri olan küsəyənlik meydana gəlir. Məcburiyyət qarşısında evə qəbul edildiyini bildikləri üçün evdəki digər insanları mümkün olduğu qədər az narahat etmək istəyir, ancaq gizlində böyük haqsızlığa məruz qaldıqlarını düşünürlər. Onlar bütün ömürləri boyu uşaqlarına qulluq etmək, onları ən gözəl nemətlərlə böyütmək və həmişə onları xoşbəxt etmək üçün səy göstərirlər, ancaq bütün bu fədakarlıqların nəticəsində sədaqətsizliklə qarşılaşırlar. Əslində isə bütün bu fədakarlıqları bir gün qocalacaqları və uşaqlarının qulluğuna möhtac olacaqları düşüncəsi ilə edirlər, amma bunun əvəzində çox fərqli rəftarla qarşılaşırlar. Məhz qarşılaşdıqları bu rəftara görə haqsızlığa məruz qaldıqlarını düşünərək hər an küsəyən olurlar.
 
Bu küsəyənliyin nəticəsində də hər şeyi başa düşdüklərini hiss etdirəcək tərzdə atmacalı sözlər danışırlar. Ümumiyyətlə, belə insanlarla rahat danışmaq mümkün deyil, hər sözü fərqli tərzdə qəbul edir və buna uyğun qəribə cavablar verirlər. "Qorxmayın, sizə yük olmaram" kimi ifadələr işlədirlər. Məsələn, verilən yeməkləri ya heç yemirlər, ya da çox az bir qismini yeyirlər. Bəzən yeməkləri gizlətdiyini düşünərək, şkafdakı yeməklərdən gizlincə yeyir və ya istirahət etmələri üçün otaq veriləndə "ehtiyac yoxdur, divanda yataram" kimi qəribə sözlər işlədirlər. Adi sözdən küsərək əşyalarını yığıb getməyə hazırlaşırlar. Əslində isə gedəcək yerləri yoxdur. Məhz özlərinə rəhm olunsun və qarşı tərəf də peşman olsun deyə belə davranırlar. Hədiyyə alanda belə küsəyən davranırlar, onlara hədiyyənin ya ən ucuzunun alındığını, ya da hamıya hədiyyə alınmışkən onlara da məcburiyyətdən alındığını düşünürlər.
 
Evə gələn qonaqlara mümkün olduğu qədər istənmədikləri, əzildikləri və yaxşı qulluq edilmədikləri mesajını verməyə çalışırlar. Hal-əhval soruşulanda isə yaxşı olmadıqlarını bildirəcək tərzdə danışırlar. Beləliklə, özlərinə rəhm olunacağını və daha çox qayğı görəcəklərini düşünürlər. Qonaqlarda müəyyən fikir formalaşa da, ancaq evdəki digər insanlar buna görə çox hirslənir və qulluğa daha çox istəksiz olurlar.