İSLAMİ hökmlər

Allah rizası üçün bağışlamaq


Allah rizası üçün bağışlamaq

"Onlar... qəzəblərini boğur və insanları bağışlayırlar... " (Ali-İmran Surəsi, 134)

İnsan səhv etməyə meyilli varlıqdır. Bəzən bilmədiyindən, bəzən unudub yanıldığından, bəzən də nəfsinin ya da şeytanın təlqinlərinə aldandığından səhv edə bilər. Ancaq insanın bu dünyadakı məqsədi də elə Rəbbimizin özü üçün yaratdığı ömür boyunca bu və bənzəri hadisələrlə sınanması, Quran əxlaqını öyrəndikcə yetkinləşib, içərisində olduğu səhvlərdən xilas olması və Rəbbimizin razı olacağı üstün bir əxlaqa çata bilməsidir. Quranda bildirilən tövbə ilə əlaqədar ayələr də insanın bu acizliyinin bir göstəricisidir. Rəbbimiz cəhalət səbəbi ilə səhv edən, fərq etdiyində isə dərhal tövbə edib rəftarını düzəldən kəslərin səhvlərini bağışlayacağını Quranda belə bildirmişdir:

"Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. " (Nisa surəsi, 17)

İnsan ağlını və vicdanını ən gözəl tərzdə istifadə edib bütün səmimiyyəti ilə hərəkət edirsə və buna baxmayaraq yalnış davranırsa, Allah’ın özünü bağışlamasını ümid edə bilər. Allah bir çox ayədə "Əfv edici" və "Bağışlayan" olduğunu xəbər vermişdir. Bir ayədə belə bildirilmişdir:

"Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. " (Hicr surəsi, 49)

Rəbbimiz möminlərin də bir-birlərinə qarşı eyni şəkildə bağışlayıcı olmalarını tövsiyyə etmişdir:

"Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.  " (Əraf surəsi, 199)

Bu əxlaqı yaşayan möminlər bir-birlərinə qarşı Allah’ın əmr etdiyi şəkildə bağışlayıcı olurlar. Əlbəttə ki, bu üstün vicdan anlayışına sahib olduqlarının bir əlamətidir. Çünki hər hansı bir səhv edildiyində, xüsusilə də bu səhvə görə maddi ya da mənəvi zərər meydana gəldikdə bağışlayıcı olmaq insanların nəfslərinə çox ağır gəlir. Qəzəblənərək hirslərini soyutmaq və qarşı tərəfdən intiqam almaq istəyirlər. Halbuki, möminlər ayədə də bildirildiyi kimi, "... qəzəblərini boğur və insanları bağışlayırlar..." (Ali-İmran surəsi, 134)
İnananlar bu ayələrin əmrinə uyğun olaraq nəfslərinə tabe olmur və Quranın tövsiyəsinə əməl edərək bağışlama yolunu seçirlər. Bir səhvə yol verən insana görəcəkləri yaxşılığın, "gözəl sözlə öyüd vermək" və bu şəkildə içərisində olduğu vəziyyətdən çıxarmaq olduğunu bilirlər. Çünki bir ayədə, "Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir." (Zəriyat surəsi, 55) şəklində bildirilmişdir.

Bir başqa ayədə də Allah, "... Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah’ın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir." (Nur surəsi, 22) şəklində buyurur. Mömin bir səhv etdiyi və bundan səmimi olaraq imtina etdiyi zaman bunun həm Allah Qatında bağışlanmasını qəlbən arzu edər, həm də Müsəlmanların onu bağışlayıb güvənmələrini istəyir. Bağışlayıcı bir rəftarla qarşılaşdığı zamanda bunun Allah’ın böyük bir neməti olduğunu fərq edir. Özləri üçün tələb etdikləri bu bağışlanmağı qarşılarındakı insanlara da göstərirlər. Şübhəsiz ki, bu eyni zaman da Rəbbimizin rizasını və razılığını qazanmaq üçün da ən uyğun olan rəftardır:

"... əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir." (Təğabun surəsi, 14)

Unudulmamalıdır ki, Rəbbimiz sonsuz mərhəmət sahibidir və tövbə edib Özündən bağışlanma istəyən hər qulunun günahlarını bağışlayandır. Ancaq, bir insanın "necə olsa Allah bağışlayar" deyərək bilə-bilə günah etməsi səmimi bir davranış deyil. Belə bir əxlaqda israr göstərən kimsənin qəlbi getdikcə qatılaşıb laqeydləşə bilər. Allah qorxusu ilə hərəkət etməmək bu insanı daha çox pisliyin içinə də çəkə  bilər.

Eyni vəziyyət möminlərin bir-birlərinə qarşı bağışlayıcı olmalarına da aiddir. “Onsuzda möminlər bağışlayıcıdır” deyərək insanın əslində gücü yetəcəyi bir mövzuda bilərək yanlış davranması da Quran əxlaqına uyğun davranış olmaz. Dünya həyatında insanların bir insanı bağışlaması, onun etdiyi hərəkətdən məsuliyyət daşımayacağı və axirətdə buna görə Rəbbimizin hüzurunda hesab verməyəcəyi mənasına gəlməz. Əgər səmimidirsə, əlbəttə ki, Rəbbimiz onu bağışlayar. Ancaq əksini etsə böyük məsuliyyət altına girə bilər. Buna görə də bu gözəl əxlaqı yaşayaraq bir-birlərinə qarşı əfv edici və bağışlayıcı olarkən möminlərin məhz Rəbbimizin razılığını və rizasını qazanıb qazanmadıqlarını özlərinə ölçü götürmələri və səhvlərini axirətə görə düzəltməyə səy göstərmələri lazımdır.