İnkar edənlər

Təkəbbür hissi qəti iman gətirməyə, qürur həqiqi sevgiyə mane olar


Təkəbbür hissi qəti iman gətirməyə, qürur həqiqi sevgiyə mane olar

Təkəbbür hissi qəti iman gətirməyə mane olur

İman gətirmək üçün, hər şeydən əvvəl, insanın ağılı və şüurunun açıq olması lazımdır. Ağıl və şüuru örtən, eləcə də Quranda iman gətirməyənlərin əsas xüsusiyyətlərindən biri kimi təkəbbür hissi təsvir edilir. Nə üçüntəkəbbür hissinə malik olan insan ibadətlərini qəlbən yerinə yetirməz və Allah’dan haqqı ilə qorxub çəkinməz?

İnsan uca Allahın yoxdan yaratdığı aciz bir quldur və həyatını davam etdirmək üçün daima ehtiyac içində olduğu bir çox vəziyyət var. İnsan hər an, hər saniyə, etdiyi hər işdə onu yoxdan var edən, ona sonsuz nemətlər lütf edən Allah’a möhtacdır. İnsanın bu acizliyi Quranda belə bildirilir:

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi,15)

Bu qədər aciz varlığın heç bir şeyə ehtiyacı olmadığını düşünməsi, özünü Allah’dan müstəqil görməsi nə qədər ağılsız davranış olduğu açıqdır. Ancaq qəflət halındakı bəzi insanlar “...O inkar edənlər təkəbbür və nifaq içindədirlər.” (Sad surəsi, 2) ayətində bildirildiyi kimi, bütün acizliklərinə baxmayaraq, nəfislərindəki qürur və təkəbbürə görə həyatlarının hər anında yanlış əxlaq nümayiş etdirir və Allah’ı unudaraq təkəbbürlənirlər. (Allahı tənzih edirik) Nəticə etibarı ilə, həm bu dünyada, həm axirətdə hüsrana uğrayanlardan olurlar. Bu, bir ayədə belə bildirilir.

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını (təkəbbürlə )o yan bu yana çevirir ki, (insanları) Allah’ın yolundan sapdırsın. O, bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Həcc surəsi, 8-9)
Ayədə də bildirildiyi kimi, hüsrana uğrayanların ən çəkinilməli xüsusiyyəti - təkəbbür hissi bir çox səhv hərəkətlərə səbəb ola bilər. Bunları belə yekunlaşdıra bilərik.


Qürur qədərə təslim olmaqdan çəkindirir

Qürurlu insanlar özlərini çox bəyəndikəri və hər kəsdən üstün gördükləri üçün öz ağıllarına görə müəyyənləşdirdiklərini sözdə təsdiqləyir və bu prinsiplər əsasında hərəkət edirlər.Buna görə də, həyatlarındakı hər hadisənin özlərinin qurduqları plan əsasında cərəyan etdiyini zənn edirlər. Onlara görə, istək və arzularında hər hansı xəta varsa, bunun səbəbi keçmişdəki təcrübəsizlikdən irəli gəlir. Bu vəziyyəti “indiki ağlım olsaydı” və ya “kaşki” kimi ifadələrlə dilə gətirərək bu ankı ağıllarını bəyəndiklərini bildirir və keçmişdəki yaşadıqları xətaları indi olsa yaşamayacaqlarını güman edirlər. Ancaq bu vəziyyət onların təkəbbürlərindən irəli gəlir və uca Allah’ın yaratdığı qədərə təslim olmaqdan qafil olduğunu göstərir. Özlərini Allah’a şirk qoşan bu insanlar həyatlarını idarə etmək gücünün əllərində olmadığını və keçmişdə olduğu kimi bu anda və gələcəkdə də Rəbbimizin müəyyən etdiyi qədəri yaşadıqlarını qəbul etmək istəmirlər. Halbuki, düşdükləri bu vəziyyət çoxalçaldıcıdır, çünki yer üzündə hər şeyin öz nəzarəti altında olduğunu zənn edərək qürurlanan bu insanlar cəhənnəmə boyun əyərək girəcəklər. Rəbbimiz qürurlu insanların düşdükləri bu vəziyyəti belə xəbər verir:

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir surəsi, 60)


Qürur məmnun və qənaətkar olmaqdan çəkindirir

Təkəbbürlü insanlar hər şeyin ən yaxşısına sadəcə özlərinin layiq olduğunu düşünürlər. Əgər ətrafındakı insanlar özlərindən daha gözəl, varlı və ya müvəffəqiyyətlidirsə, bundan çox böyük narahatlıq duyur və qısqancılq hissi keçirirlər. Halbuki, uca Allah qullarına bütün xüsusiyyətlərdən istədiyi qədərini vermişdir. İnsanların başqasının malik olduğuna paxıllıq etməsi isə çox alçaldıcı bir vəziyyətdir və bu, insanın dünyaya duyduğu ehtirasın bir göstəricisidir. Belə vəziyyətdə, insana düşən Allah’ın qullarına bəxş etdiyi nemətləri qısqanmaq yerinə, Rəbbimizin özünə bəxş etdiyi nemətlər haqda düşünüb şükür etməkdir. Çünki şükür etmək “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (Bəqərə surəsi, 152) ayəsi ilə xəbər verildiyi kimi, Allah’ın razı olacağı ümid edilən bir ibadətdir.


Qürur həqiqi sevgiyə mane olar

Qürurlu insanlar uca Allah’ın bəxş etdiyi ən gözəl nemət olan və imandan irəli gələn həqiqi sevgini heç bir zaman yaşaya bilməzlər, çünki həqiqi sevgi fədakarlıq tələb edir. Bu insanlar ən çox özlərini sevdikləri üçün fədakarlıq etməyi, başqalarını sevməyi heç düşünmürlər. Əksinə, hər zaman sevilən, maraqlanılan, şəxsi xüsusiyyətləri ön plana çıxarılıb təriflənən insan olmaq istəyirlər.

İmanda dərinləşən möminlər isə cənnətdə sonsuza qədər yaşayacaqları həqiqi sevgini “İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq.” (Məryəm surəsi, 96) ayəsi ilə bildirdiyi kimi, Allah’ın izni ilə dünya həyatından yaşamağa başlayırlar. Uca Allaha, peyğəmbərimiz Muhamməd (s.ə.v) ilə birlikdə bütün peyğəmbərlərə və bir-birlərinə böyük sevgi və sədaqətlə bağlıdırlar. Buna görə də, canları və malları ilə Allah yolunda möminləri və elçini dəstəkləyirlər. Haqq dinin və gözəl əxlaqın insanlar arasında yayılması üçün böyük ixlasla hərəkət edər, yaşadıqları sıxıntılarla heç bir zaman öyünməz, insanlar arasında etibar qazanmağa çalışmazlar. Kamil iman sahibləri göstərdikləri gözəl davranışların sadəcə Allah’ın bilməsinin kifayət olduğunu və bunu Rabbimizin rəhmətinə vəsilə olacaq bir yol kimi görürlər.


Qürur xətalı olduğunu etiraf etməkdən çəkindirir

Təkəbbürlü insanların bütün hərəkət və düşüncələri insanların gözündə dəyər qazanıb üsün olmağa əsaslanır. Buna görə də, qürurlu insanlar xəta etməkdən çox qorxurlar. Çünki səhv edərkən insanların gözündə qazandıqları dəyəri itirəcəklərindən çəkinirlər. Özlərini hər cür xətadan uzaq tumağa çalışar, heç bir xətanı özlərinə yaraşdırmaz və qəbul etməzlər. Heç bir zaman xəta etməyəcəklərini düşündüklərindən uca Allah’ın çox böyük nemət olaraq verdiyi tövbə ibadətindən məhrum qalarlar. Bir Quran ayəsində bu belə buyrulur:

“...Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allah’dan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allah’ın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” (Nisa surəsi, 64)

Bu insanlar öz səhvlərini görmədikləri, nəfislərini tənqid etməkdən şiddətlə çəkindikləri üçün özlərini düzəltməyə ehtiyac duymazlar, haqqı və gözəl olanı tapmağa cəhd etməz, öz qurduqları balaca dünyada səhvləri, xətları ilə yaşamağı qəbul edərək böyük hüsrana uğrayarlar. Çünki yaxşı və gözəl olan, özlərini xoşbəxt edəcək, rahat etdirəcək imanın gözəlliklərini – vicdanları qəbul etdikləri halda – sırf qürurlarına görə qəbul etməzlər. Cəhənnəm əzabını görüncə isə bu qürur və təkəbbürləri yox olacaq. Allah’a artıq sonsuza qədər yalvarmağa başlayar, lakin orada özlərinə “Dad (bu əzabı!) Sən ki üstün və qürurlu idin.” (Duxan surəsi,49) deyilər.


Qürur gözəl sözə tabe olmaqdan çəkindirir

Uca Allah’ın “Qoy sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” (Ali İmran surəsi, 104) ayəsi ilə bildirildiyi kimi, yaxşılığı əmr edib, pislikdən çəkindirmələri əmr edilmişdir. Möminlər bu ayənin hökmünə tabe olub, qardaşlarının hərkətlərindəki səhvləri düzəltməklə məsuliyyət daşıyır. Qürurlu insanlar isə tənqid kimi qəbul etdikləri üçün bu vəziyyəti heç bəyənmirlər. Çünki belə onlar hər zaman ən üstün əxlaqı insanların özləri olduqlarını düşünərlər. Allah isə “...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır.” (Yusuf surəsi, 76) ayəsi ilə insanları bu xətalı düşüncədən çəkindirmişdir.
Qürur səmimiyyətdən çəkindirir

Qürurlu insanlar heç bir zaman həqiqi şəxsiyyətlərini ortaya çıxarmazlar. Çünki hədəfləri daima hər kəsin təqdirini toplayaraq yaxşı insan modeli formalaşdırmaqdır, bu modellə insanların razılığını qazanaraq təriflənməkdir. Belə insanlar gözəl əxlaqlı, təqva sahibi, imanlı və ağıllı tanınmaq üçün daima diqqətlidirlər. Bu davranış özlərini sıxmalarına, baxışlarının donuqlaşmasına, üzlərinin heykəl kimi mənasız olmasına səbəb olur və dərin imanın gətirdiyi həqiqi səmimiyyəti yaşamalarına mane olur. Çünki hər an xətaları, çatışmazlıqlarına görə ələ salınmaqdan qorxurlar. İnsanlara qarşı hər zaman uzaq davranır, həm özləri kiməsə səmimiyyət göstərmir, baxışları ilə də qarşısındakı insanın onunla səmimi davranmasına mane olurlar. Bu səmimiyyətsiz davranışlarını imani yetkinliyə malik insanlar dərhal hiss etdikləri halda, ətrafındakı insanlardan müəyyən qədər gizlədə bilərlər. Ancaq uca Allah’dan əsla gizlədə bilməzlər. Rəbbimiz bu insanların səmimiyyətdən uzaq, insanlara göstəriş üçün etdikləri ibadətlərin qəbul olmadığını belə xəbər verir:

Vay halına namaz qılanların – Onlar öz namazlarından qafildirlər, Onlar riyakarlıq edər. (Maun surəsi, 4-6)


Qürur imanın verdiyi geniş düşüncə tərzi və dərin düşünməkdən çəkindirir

Ağılı örtən, gözləri kor edən təkəbbür qüruru insanları dünya ilə məhdudlaşdıran, çox bəsit həyata məhkum edir. Bu insanlar ancaq öz haqlarını qorumağı, öz doğrularını yaşamağı, Quran əxlaqından uzaq öz qaydalarını tətbiq etməyi hədəfləyirlər. Buna görə də, ətrafındakı gözəl insanların əxlaqlarını görə bilmir, onları nümunə götürmür, bununla yanaşı, ətrafında və dünyada baş verən hadisələrlə maraqlanmırlar. Halbuki, möminlər Allah’ın ən çox razılığını qazanmaq yolunda özlərini hazırlayır, ibadətlərini əksiksiz yerinə yetirir, dünyadakı haqları tapdalanan zəif insanları qorumaqla məsuliyyət daşıdıqlarını da bilirlər. Buna görə də, möminlərin hədəfləri çox genişdir. Dünyada əzilən, haqsızlığa məruz qalan insanların qalmaması üçün Quran əxlaqının dünyaya hakim olması lazım olduğunu bilir və bu məqsədlə də ciddi fikri mübarizə aparır. Möminlər aldıqları bu ciddi məsuliyyətə görə özləri ilə mübarizə aparmaqdan, vəsvəsə kimi axirətə heç bir faydası olmayacaq şeytanın təlqinlərindən uzaqlaşar, özlərini yalnız Allah’a və İslam əxlaqının yayılmasına həsr edər. İmanın qazandırdığı bu geniş düşüncə tərzi onlara böyük güc, sağlam xarakter və heybətli görünüş verir. Qürurlu insanların əldə etmək üçün cəhd etdikləri və heç bir zaman sahib ola bilmədikləri bu xüsusiyyətlər möminlərdə, Allah’ın iznilə, çox təbii olaraq ortaya çıxar.

Təkəbbürlülük imanın qarşısındakı ən böyük manedir, çünki “Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.” (Səcdə surəsi, 15) ayəsində, imanının ən açıq göstəricilərindən birinin təkəbbürlənməkdən qaçmaq olduğu bildirilmişdir. Quran əxlaqı insana uca Allah’a təslimiyyəti öyrədir, bununla yanaşı insanın nə qədər aciz olduğunu göstərir. Hər şeyin Allaha aid olduğunu, Allaha möhtac olduğunu bilən möminlər imanın verdiyi comərdlik, fədakarləq, səbir, incə düşüncə, mərhəmət, qətiyyət, vəfa və bunun kimi bir çox üstün əxlaq xüsusiyyətlərinə sahib olurlar. Allah’ın rizasını qazanmaq eşqi və şövqü ilə düşüncə üfüqlərində daima gözəlliklər və yeniliklər haqqında düşünürlər. Allah qorxularından yaranan gözəl əxlaqları sayəsində ətrafındakı insanlarla da çox gözəl münasibətlər və dostluqlar qurarlar. Məqam, mövqe kimi dünya istəklərinin arxasına düşərək hər cür yola əl atan insanların əksinə, qısqanclıq, çəkişmədən uzaqdırlar. Əməklərinin qarşılığı dünya həyatında nə olursa olsun, buna görə sıxıntı çəkməzlər, Uca Allah’dan Onun rizası və cənnətini ümid etməyin hüzur və xoşbəxtliyini yaşayarlar. Rəbbimiz imanın gözəlliklərini yaşayan möminləri belə müjdələyir:

(O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)

Qürurlu insanlar özlərini başqalarından üstün gördüklərinə görə şükür etmək, səbir etmək və qənaətkar olmaq kimi bir çox gözəl əxlaq xüsusiyyətini yaşaya bilmir və əlbəttə ki, hüsrana uğrayırlar.

Sonsuz əzab məkanı olan cəhənnəmdən qurtulmaq yollardan biri də ayələrlə edilən öyüd və xatırlatmalardır. Bu səbəbdən dünyada hələ vaxt varkən Quran əxlaqının yaşanması üçün hər öyüd, xeyir və yaxşılığa doğru hər çağırış və tənqidi hesab gününə qarşı edilən hər xəbərdarlıq, insanların əzabdan qorunmasına və cənnəti qazanmasına yol olacaq.
Təkəbbürlü insanların bariz xüsusiyyətləri

    Özlərinin mühüm insan kimi görürlər, bacarıq və qabiliyyətlərini şişirdirlər,
    həyatlarında sadəcə dünya mənfəətinə əsaslanan güc, müvəfəqiyyət, pul, fiziki görünüş ön plandadır,
    qarşılarındakı insanlara hörmət göstərməsələr də, özlərini xüsusi şəxs kimi gördüklərindən hər zaman hörmət gözləyirlər,
    qürur tərif ilə bəsləndiyindən hər zaman özlərini tərifləyən mühit arzulayırlar
    tənqidi heç sevmirlər, tənqidi alçalma olaraq gördüklərindən əsəb və hirslə cavab verirlər,
    mənfəətlərini əsas tutur, münasibətlərini öz mənfəətləri üçün istifadə edirlər,
    başqalarının nə hiss etdiyini, ehtiyaclarını anlamır, əhəmiyyət vermirlər,
    kin, əsəb, qısqanclıq duyğuları çoxdur. Mərhəmət, bağışlama kimi duğulardan öz məfəətləri üçün istifadə edirlər,
    hər zaman özlərinin fərqlənməsini, ona qarşı xüsusi davranılmasını arzulayırlar,
    çatışmazlıqlarını və əksikliklərini gizlətmək üçün mükəmməl insan rolu oynayırlar,
    həris xüsusiyyətlərinə görə rəqabəti sevirlər.
Halbuki, sadalananlar şeytanın xüsusiyyətidir. Uca Allah şeytanın tərəfdarlarının yaşayacaqları sonu belə xəbər verir:

Şeytan onları üstələmiş və Allah’ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)