AXİRƏT

Asan hesab


Asan hesab

Qiyamətin qopması ilə birlikdə başlayan bütün hadisələr dünya tarixi boyunca yaradılmış bütün insanların yeni bir bədənlə dirildilməsi və cəhənnəm atəşinin ətrafında bir araya toplanması ilə davam edəcəkdir. Daha sonra bütün şahidlər gətiriləcək. Hər bir insanın əməl dəftəri açılacaq və hər kəs dünya həyatında  etdiklərinə görə hesaba çəkiləcək. Bundan sonra Allah möminləri öz rəhməti ilə cəhənnəm atəşindən qurtararaq cənnətə daxil edəcək. Qiyamət günü və möminlərin həmin gündəki vəziyyəti Qurani-kərim'də müfəssəl şəkildə bildirilib:

Sur'a ilk üfürülüşlə qiyamət başlamışdır. Dünya və kainat geriyə yolu olmayan bir yoxluğa səhnə olmaqdadır. Dağlar parçalanır, dənizlər qaynadılır, səmalar yox edilir...

Sur'a Surun ikinci dəfə üfürülməsi ilə birlikdə insanlar dirildilir və hesaba çəkilmək üçün bir yerə toplanır. Ən kiçik bir fərqin belə üstündən keçilmədən həyatı boyunca etmiş olduğu hər şey insanın və şahidlərin gözləri önünə gətiriləcək. Kafirlər öldürücü şəkildə xəcalət çəkməyə sürükləndiyi zaman möminlər bunun tam əksinə olaraq sevinc içində olacaqlar. Çünki Qurani-kərim'də "... O gün Allah öz peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz..." (Təhrim surəsi, 8) buyurulur.

Allah: "Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şəhidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik", deyə vəd etmişdir. (Mö'min surəsi, 51)

Bu möhtəşəm səhnədə əməlisaleh möminlər bütün həyatları boyunca etdikləri əməllərin hamısının yazıldığı hesab dəftərlərini "sağ tərəflərindən" alacaqlar. Kitabını sağ tərəfindən alacaq insanlar Qurani-kərim'də "asan" hesaba çəkiləcək və cənnətə daxil olacaq insanlar kimi təqdim edilmişlər:

Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun, mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım. Bundan belə, o, xoş güzəran içində yüksək bir cənnətdə olacaqdır.(Haqqə surəsi, 19-22)

Rəbbimiz'in onlara vəd etdiyinə qovuşmaq üzrə olan möminlər o, "əbədiyyət günündə" (Qaf surəsi, 34) həyəcanlı və şən olacaqlar. Bu vəziyyət “İnşiqaq” surəsində belə təsvir edilir:

Kimin əməl dəftəri sağ əlinə verilmişsə, onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin yanına sevinclə qayıdacaqdır! (İnşiqaq surəsi, 7-9)

Hesab bitdikdən sonra möminlər qurtuluş sevinci içində olacaqlar. Ayədə "Ora sağ-salamat və əmin-amanlıqla daxil olun." (Hicr surəsi, 46) buyurulur.

Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol. (Fəcr surəsi, 27-30)

Artıq Allah rəhmət etdiyi qullarının günahlarını da bağışlamış, pisliklərini yaxşılığa çevirmiş və onların cənnətə daxil olmasına izn vermişdir. "Cənnətə gir", deyə xitab edilən kəs mömindirsə, belə söylər:

... Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi. (Yasin surəsi, 26-27)

Bir başqa ayədə Allah cənnət əhlinin belə müjdələyir:

... Bu, elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər, onları ağacları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Allah onlardan, onlar da Allah`dan razıdırlar... (Maidə surəsi, 119)

Bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə görməyəcəksiniz. (Zuxruf surəsi, 68)

Başqa bir ayədə də Allah: "Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir." (Qaf surəsi, 31) deyə buyurur.