İSLAMİ hökmlər

Gözəl əxlaqa çağırmaq


Gözəl əxlaqa çağırmaq

Elçilər və inananlar tarix boyu insanları Allah'ın yoluna və gözəl əxlaqa dəvət etmişlər. Allah'ı, axirəti, Cənnət və Cəhənnəmi, gözəl əxlaqı izah edərək onları Allah'ın istədiyi kimi yaşamağa çağırmışlar. Bir Quran ayəsində: “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et” (Nəhl surəsi, 125) -deyə əmr edilmişdir.

Müxtəlif Quran ayələrində uca Allaha çağıran və gözəl əxlaqın tətbiq olunmasına çalışanlar təriflənmiş və müjdələnmişlər:
 

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah'ın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)

“Ali-İmran” surəsinin 113-114-cü ayələrində kitab əhlinin, yəni Allah qatından kitab verilmiş yəhudi və xristianların içindəki topluluğa diqqət çəkilir. Gözəl əxlaqa dəvət edən səmimi, saleh yəhudi və xristianlardan ibarət olan bu topluluq ayələrdə belə təsvir edilir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali-İmran surəsi, 113-114)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Hz. İsanın (əs) və tələbələrinin həyatı buna gözəl nümunədir. Mövzu ilə bağlı İncildəki bəzi ifadələr belədir:
 

Biz isə özümüzü duaya və Allah kəlamını yaymağa həsr edək. (Həvarilərin işləri, 6: 4)

Qardaşlarım, əgər aranızdan biri yolunu həqiqətən azsa və kimsə onu doğru yola qaytarsa, qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən qurtarar və bir çox günahın üstünü örtər. (Yaqub, 5: 19-20)

Tövratda da insanlar gözəl əxlaqa belə dəvət edilirlər:

Qoy şərdən çəkinib yaxşılıq etsin, qoy sülhü axtarıb ardınca getsin! (Məzmur, 34: 14)

Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər bəsləməyin. (Zəkəriyyə, 7: 10)

Pislikdən yaxşılığa qayıdın ki, sağ qalasınız! Beləcə, iddia etdiyiniz kimi, Rəbb həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin... (Amos, 5: 14-15)