AXİRƏT

Axirətin xatırladılması


Axirətin xatırladılması

"Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!"

("Bəqərə" surəsi, 48).

Cahil cəmiyyətdəki insanların başlıca iman məsələlərindən biri axirətin varlığına kifayət qədər inanmamasıdır. Axirəti varlığı şübhəli bir "təmənna" kimi görürlər. Sanki həqiqətdə belə bir şey yoxdur, insanlar bunu ölüm mövzusunda özlərinə təsəlli vermək üçün "uydurmuşlar". Həmçinin inkarçı sistemin ideoloqları bu ideyanı tez-tez irəli sürürlər.
Cahil toplumun axirətə olan imandakı zəifliyinin ən böyük göstəricisi ölüm haqqında danışıldıqda yaxud da bir yaxınları öldükdə göstərdiyi rəftardır. İnkarçı şəxslər ölüm haqqında danışmağı heç sevməz, bu mövzudan söz düşəndə onu tez bitirmək və ya başqa bir mövzuya keçmək istəyərlər. Axirətə tam inanan bir insan, yəni mömin isə ölüm qarşısında üzülməz. Həyatı Allah vermişdir və yenə O geri alır. Bunun üçün üzülməyə də dəyməz: ölən insan yoxluğa deyil, əbədi yurduna gedir. Ancaq axirətə olan imandakı zəiflik cahilin axırına çıxır. Bir yaxınları öldükdə bir-birinə "üzülmə, yaxşı insan idi, inşaAllah cənnətə gedər" kimi Quran məntiqinə uyğun sözlər deyirlər, amma heç birinin qəlbi həqiqətdə axirətə iman etmədiyi üçün bu sözləri ürəkdən söyləmirlər. Ürəklərində dünyanın gerçək olduğuna, axirətin isə buludların arxasındakı mifoloji əfsanədən başqa bir şey olmadığına dair ibtidai və yanlış inanc var. Qurandakı ifadə ilə desək, "Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər" ("Rum" surəsi, 7). Halbuki axirət həqiqətin özüdür, aldadıcı və şübhə oyadacaq bir şey varsa, o da dünya həyatıdır. Cəhənnəm əhlindən "...Yer üzündə neçə il qaldınız?" deyə soruşulduqda onlar "bir gün yaxud bir gündən də az!" deyə cavab verəcəklər. Buna müqabilində Allah buyuracaq:

"Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?"

("Muminun" surəsi, 112-115).

Allah insanın nəfsinə verdiyi bütün istəkləri nemətləri ilə qarşılayır. Məsələn, insan yemək və içmək istəyir. Allah yeməklər və içkilər yaratmışdır. İnsan qarşılıqlı sevgi, hörmət və ünsiyyətdən çox böyük zövq alır. Allah insanları, qadını və kişini yaratmışdır. İnsan gözəllik, estetika istəyir. Allah bütün kainatı və dünyanı əbədi gözəlliklərlə bəzəmişdir. Qeyd etmək lazımdır ki, Allahın insana bir istək verməkdə məqsədi də ona o neməti göstərmək istəməsidir. Bir İslam dahisi bunu "vermək istəməsə, istəmək verməzdi" sözü ilə ifadə edir.
Bütün bunlarla yanaşı insan sonsuza qədər yaşamaq istəyir. Amma inkarçıların məntiqinə görə, bu istək ölüm səbəbindən təmin edilməz. Halbuki bu, onlara aid batil və xətalı bir düşüncədir. Həqiqətdə Allah axirəti və insanı əbədi bir  həyat sürəcək şəkildə yaratmaqla insanın bu istəyini də cavabsız qoymamışdır. Ölüm sadəcə bir keçid qapısıdır. İnsanın müvəqqəti və aldadıcı bir yurd olan dünyadan çıxıb axirətə tərəf gedən səfərində ilk mərhələdir. Əsl olan ruhdur, bədən deyil. Ölümlə birlikdə ruh canlı qalır, ancaq görünüş dəyişir. İnsanların etdikləri əməllərinə görə cəza və mükafat alması da axirətdə olur. Dünya həyatında bir mömin üzülüb çətin şəraitlə üzləşərkən inkarçılar çox böyük bir zənginlik, rahatlıq içində həyatlarını sürə bilirlər. Bu, dünya həyatındakı bir imtahandır. Ancaq Allahın sonsuz ədaləti möminin mükafatlandırılmasını, inkarçıların isə əzaba düçar edilməsini buyurur. Bu isə böyük bir məhkəmədə, məhşər günü ediləcək hesabla qərara bağlanacaq və mömin üçün cənnət, kafir üçün isə cəhənnəm əbədi məkan olacaqdır. Təbliğ tətbiq edilən insanın bu həqiqəti qavramasının böyük əhəmiyyəti var. Çünki axirət Allahın varlığı ilə birlikdə imanın iki təməl mövzusundan biridir. Təbliğ edilən insana Quran ayələrinə əsaslanan açıq və təsirləndirici bir Quran təsviri edilməli, məhşər günü hesab, cənnət və cəhənnəm təfsilatı ilə açıqlanmalıdır. Etdiyi hər bir əməlin Allah tərəfindən görülüb bilindiyini, məsul mələklər tərəfindən yazıldığını bilməli, axirətdə dünyada gördüyü hər işə, hətta ağlından keçirdiyi hər düşüncəyə görə cavabdeh olacağından agah olmalıdır.