Hz. Nuh

Hz. Nuh da söz eşitməyən qövmünə Allah`ın dinini qərarlılıqla təbliğ edən peyğəmbərlərdən biridir. Uzun müddət qövmünü doğru yola dəvət edən hz. Nuh müxtəlif üsul və taktikalardan istifadə etmişdir. Ancaq qövmü onu anlamadıqları üçün doğru sözə qulaq asmağa belə dözməmişlər. Bütün peyğəmbərlər kimi hz. Nuhu da təhdid etmişlər. Hz. Nuh bütün bunlara baxmayaraq, səbir və qərarlılıqla Allah`ın varlığı və birliyindən, axirətdən bəhs etmiş, lakin qövmündən iman edənlərin sayı çox az olmuşdur. Hz. Nuhun mübarizəsi ayələrdə bu cür xəbər verilir:

O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”. (Nuh surəsi, 5-9)

Hz. Nuh da digər peyğəmbərlər kimi inkarçıların təhqir, təhdid və hücumlarına məruz qalmışdır.

Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər. (Şüəra surəsi, 111)

Onlar dedilər: “Ey Nuh! Əgər əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!” (Şüəra surəsi, 116)

Lakin zəiflik göstərmədən, cəsarət və qərarlılıqla Allah`ın əmrini qövmünə təbliğ etmişdir. Belə ki, qövmünün içində qaldığı müddət ərzində bu gözəl və üstün əxlaqı üzərində əks etdirmişdir.

Hz. Nuhda gördüyümüz əxlaq qınayanın qınamasından qorxmayan, əksinə, yalnızca Allah`ın rizasını itirməkdən qorxan və Ona tam təslimiyyətlə güvənən mömin əxlaqıdır. Nuh Peyğəmbər bu gözəl əxlaqı ilə özündən sonra yaşayan bütün müsəlmanlara nümunə olmuşdur.

Hz. Nuh, qövmünün istehzalarını, azğınlıqlarını gözə alaraq sadəcə Rəbbimizin əmrlərini yerinə yetirmiş və Allah`ın kömək etmək barədə vədinə qəti şəkildə iman etmişdir:

“Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar!” (Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (Hud surəsi, 37-39)

Allah uzun mücadilədən sonra hz. Nuhun inkar edən qövmünü cəzalandırmış, ona lağ edən, əziyyət verən və təhdid edənləri suda boğmuşdur. Hz. Nuh və onunla birlikdə olan möminləri isə qurtarmışdır. Allah hz. Nuh qissəsi vasitəsilə Öz yolunda cəsarət və qərarlılıqla mücadilə edənlərin etdiklərini qarşılıqsız qoymayacağını, səbir etdikləri üçün dünya və axirətdə mükafatlandıracağını, onlara əziyyət edib mane olmaq istəyənlərdən də mütləq intiqam alacağını xəbər vermişdir.