Qədər

Bir toz zərrəsi belə Allahın xəbəri olmadan hərəkət edə bilməz


Bir toz zərrəsi belə Allahın xəbəri olmadan hərəkət edə bilməz

Dünyada olan hər şey yalnız Allah istədiyi üçün baş verir. Əgər bir insanın həyatı boyunca yaşadıqları bir video kasset kimi düşünülsə, necə ki, bu videonu hər seyr etdiyimizdə mütləq eyni görüntülərlə qarşılaşırıq, insan həyatının da bundan fərqi yoxdur. Belə ki, bu film yüzlərlə il qorunub saxlansa, yüzlərlə il sonra yenidən video seyr edilsə, eyni film olacaq. İnsanın ömür boyu yaşayacaqları da bunun kimidir. Əsla dəyişməz bir bütündür. Əgər bir insanın gedəcəyi yerə gecikməsi lazımdırsa, mütləq gecikəcək. Bunun səbəbi nəqliyyat ola bilər, xəstəlik ola bilər, unutqanlıq ola bilər. Amma nəticə əsla dəyişməz. Eynilə ölüm vaxtı gələn bir insanın ölümünə də heç bir şey mane ola bilməz. Təcili yardım gecikə bilər, yol nəqliyyat hadisəsi baş verə bilər, həkimin ehtiyatsızlığı ola bilər. Amma bu nəticə mütləq baş verəcək. İnsanın gün ərzində qarşılaşdığı hadisələrə qarşı baxışı çox fərqli olmalıdır. Əgər bir insanın pul kisəsi oğurlanırsa, deməli o insanın o pula sahib olmaması lazımdır və Allah bunun üçün bir səbəb yaradıb. Əgər universitet imtahanına gedə bilmirsə, deməli Allah o il həmin insanın universitetə qəbul olunmamasını, başqa bir şeylə məşğul olmasını istəyib. Əgər qarşı tərəf gecikdiyi üçün görüş baş tutmursa, bu, Allah bu görüşün olmamasını istədiyi üçündür.

Allah istəmədikcə heç kim gecikə bilməz, heç kim unuda bilməz, heç kim ehtiyatsızlıq edə bilməz, heç kim bir şeyi yanlış anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim nəqliyyatda tıxac yarada bilməz…

Bu mövzuda ancaq bir şeyi bilmək lazımdır: «İnsanın başına gələn hər hadisəni yaradan Allahdır» və «Allah olmalı olacaq bir şey üçün mütləq bir səbəb yaradır». Ancaq bu səbəb əsla öz-özünə meydana gəlmir. Allah istəməsə, heç kimin bunu edə biləcək gücü yoxdur. Rəbbimiz Quranda bu gerçəyi bu şəkildə bildirir:

Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən Allah biləndir, hikmət sahibidir. (İnsan surəsi, 30)

Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz! (Təkvir surəsi, 29)

“... Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır.” (Saffat surəsi, 96)